Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Sosial şəbəkələrdə onlayn narkotik satan qadın və dəstə üzvləri saxlanılıb

21 Sentyabr 2021, 11:50 (GMT +4)

Bakı, 21 sentyabr, SalamNews. Daxili İşlər Nazirliyi tərəfindən təmassız, yəni onlayn yolla narkotik vasitə və psixotrop maddələrin sosial şəbəkələrdə satışı ilə məşğul olan, bu yolla əldə olunan külli miqdarda pul vəsaitlərinin qeyri-leqal yolla dövriyyəsinə nəzarət edən daha bir mütəşəkkil cinayətkar dəstənin üzvlərinin ifşa edilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirilib.

Bu barədə SalamNews-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Tədbir zamanı əvvəlcə nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən instaqram və digər sosial şəbəkələr vasitəsi ilə ölkə ərazisində narkotiklərin satışı ilə məşğul olan səhifələrin hərtərəfli monitorinqi aparılıb və əldə edilən məlumatlar təhlil edilib. Əməliyyat yolu ilə əldə olunan elektron sübutlar və digər materiallar araşdırılan zaman müəyyən olunub ki, "İnstagram" sosial şəbəkəsində açılmış səhifələr vasitəsi ilə narkotik maddələr, əsasən "patı", "şüşə" adlanan metamfetamin və "kola", "kakos" adlanan heroinin satışı təşkil olunur. Həmin səhifələrdə müxtəlif banklara məxsus kartların şəkilləri "Whatsapp" ani mesajlaşma tətbiqi ilə alıcılara göndərilir. Ölkə daxilində alıcılar həmin kartlara pul ödədikdən sonra narkotik vasitələr kuryerlər vasitəsi ilə onlara çatdırılır. "İnstagram" sosial şəbəkəsində fəaliyyət göstərən çoxsaylı belə səhifələrin ünvanları dəqiqləşdirilib və Nazirliyin "Facebook" şirkəti ilə qarşılıqlı əməkdaşlıq fəaliyyəti çərçivəsində həmin səhifələrin xarici ölkələrdən idarə olunduğuna dair rəsmi cavab alınıb.

Araşdırma zamanı müəyyən edilib ki, narkoşəbəkəyə daxil olan şəxslər gizliliyi təmin etmək məqsədi ilə bir-birilərini tanımadan fəaliyyət göstərirlər və iki əsas hissəyə ayrılırlar. Şəbəkəyə daxil olan birinci dəstə əsasən narkotik vasitələrin istifadəçilərindən ibarət olmaqla xaricdəki narkotacirlər üçün ölkə ərazisində kuryerlik fəaliyyəti ilə məşğul olublar. Yəni, həmin narkotacirlərin "Whatsapp" ani mesajlaşma sistemi vasitəsi ilə göndərdikləri ünvanlara narkotik maddələri çatdırıblar. İkinci dəstənin üzvləri isə narkotik vasitələrin satışından əldə edilən pul vəsaitlərinin leqallaşdırılmasını təmin ediblər. Bu məqsədlə onlar müxtəlif vətəndaşlara şirnikləndirici asan yolla pul qazanmaq vədi verərək adlarına, hətta bir adamın adına bir-neçə bank kartı açıblar. Daha sonra həmin kartlara narkotik vasitələrin onlayn yolla satışından əldə edilən pul vəsaitləri toplanıb.

Baş İdarə əməkdaşlarının müxtəlif vaxtlarda və məkanlarda həyata keçirdikləri əməliyyatlar zamanı ölkə daxilində narkotik vasitələrin satışından əldə olunan pul vəsaitlərinin toplanaraq deyilən ünvanlara çatdırılmasına rəhbərlik edən şəxslər Fərqanə Nağıyeva, onun həyat yoldaşı Adəm Nağıyev, eləcə də dəstəyə daxil olan daha 18 nəfər - Əli Ağayev, Abbas Məhərrəmov, Naib Abdullayev, Rüzgar Qəribov, Rəhim İbrahimov, Kamil Məmmədov, Əminə Yusifova, Cavid İsmayılov, Məcid Hüseynov, Orxan Cəfərov, Orxan Fərəcli, Yavər Həsənov, Elman Əliyev, Əliqulu Bayramov, Orman Səfərov, Mirsəid Əliyev, Ramiz Nağıyev və Toğrul Əbdüləzimov saxlanılıb.

Dəstə üzvlərinin ətraflarında aparılan əməliyyat-axtarış tədbirlərilə müəyyən edilib ki, onlar ölkə ərazisində müxtəlif şəxslərə aid narkotik vasitələrin satışı zamanı istifadə edilən 2 minə yaxın kart hesabı açıblar. Həmin şəxslərin yaşadıqları ünvanlara baxış zamanı qeyd edilən kartların böyük bir qismi, həmçinin narkotik vasitələrin anbar kimi saxlanıldığı paytaxt və bölgələrdəki evlərdən isə külli miqdarda heroin, metamfetamin, psixotrop tərkibli dərmanlar, elektron tərəzilər və digər maddi sübutlar aşkar edilib.

Araşdırma zamanı dəstə üzvlərinin narkotik vasitələrin satışı zamanı kart hesablarına toplanan pullar vasitəsi ilə internet üzərindən müxtəlif kriptovalyutalar və həmin ölkəyə idxal edilən digər məhsullar alaraq xaricdəki narkotacirlərə göndərdikləri müəyyən edilib.

Əməliyyat zamanı dəstənin xaricdə yaşayan başçılarından, yəni narkotacirlərin də bir neçəsinin şəxsiyyəti müəyyən edilib və onların saxlanılaraq yaşadıqları ölkələrdə məsuliyyətə cəlb edilmələri və ya Azərbaycana ekstradisiya olunmaları istiqamətində tədbirlər davam etdirilir.

Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin 193-1.3.1(mütəşəkkil dəstə halında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırlması), 206.4, 234.4.1, 234.4.3 və 240.3.1 (mütəşəkkil dəstə halında qaçaqmalçılıq yolu ilə narkotik vasitələri, psixotrop maddələri və güclü təsir edən maddələri əldə etmə, saxlama, daşıma, satma) maddələri ilə cinayət işi başlanılıb. Dəstə üzvlərinin hər biri barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, zəruri əməliyyat-istintaq və əməliyyat-texniki tədbirlər davam etdirilir.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

28 Oktyabr 2021, 09:53 (GMT +4)
XİN: İraqda uşaq evlərində saxlanılan 38 azərbaycanlı uşaq ölkəmizə gətirilib

28 Oktyabr 2021, 09:52 (GMT +4)
Türkiyədə zəlzələ baş verib

28 Oktyabr 2021, 09:42 (GMT +4)
Husilər Yəmənin Mərib əyalətində iki rayonu nəzarətə götürüblər

28 Oktyabr 2021, 09:40 (GMT +4)
Bakıda içərisində 2 avtomobil olan qaraj yanıb

28 Oktyabr 2021, 09:30 (GMT +4)
Azərbaycanda zəlzələ olub

28 Oktyabr 2021, 09:20 (GMT +4)
Moskvada koronavirusla bağlı vəziyyətlə əlaqədar qeyri-iş günləri başlayıb

28 Oktyabr 2021, 09:15 (GMT +4)
İran nüvə danışıqlarına qayıdacağı zamanı açıqlayıb

28 Oktyabr 2021, 09:10 (GMT +4)
FHN: Gəncədə evdə yanğın zamanı ata və iki övladı ölüb

28 Oktyabr 2021, 09:00 (GMT +4)
Ermənistanın Bərdədə törətdiyi növbəti terrordan bir il ötür

28 Oktyabr 2021, 08:43 (GMT +4)
Azərbaycanla münasibətlərdə media sahəsindəki gərginliklər geridə qalıb – İran XİN

27 Oktyabr 2021, 18:01 (GMT +4)
Azərbaycan və Xorvatiya arasında mədəni əməkdaşlıq genişləndiriləcək

27 Oktyabr 2021, 17:47 (GMT +4)
Avropa Məhkəməsi Polşa hökumətini cərimələyib

27 Oktyabr 2021, 17:45 (GMT +4)
Nazirlik 8 Noyabr - Zəfər Günü ilə bağlı keçiriləcək tədbirlərin siyahısını açıqlayıb

27 Oktyabr 2021, 17:34 (GMT +4)
General Rövşən Əkbərov 10 il azadlıqdan məhrum edilib

27 Oktyabr 2021, 17:23 (GMT +4)
Taylandda "Delta Plus" koronavirus ştammı aşkar edilib

27 Oktyabr 2021, 17:20 (GMT +4)
DSX: Vətən müharibəsinin bir qrup iştirakçısı ehtiyata buraxılıb

27 Oktyabr 2021, 17:10 (GMT +4)
İraq hökuməti İŞİD-ə qoşulmuşların 38 övladını Azərbaycana təhvil verib

27 Oktyabr 2021, 16:58 (GMT +4)
Azərbaycan və Dünya Bankı 65 mln dollarlıq yeni kredit müqaviləsi imzalayıb

27 Oktyabr 2021, 16:49 (GMT +4)
Nigeriyada 12 milyon uşaq oğurlanmaq qorxusu ilə təhsil almaqdan çəkinir

27 Oktyabr 2021, 16:38 (GMT +4)
Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb

27 Oktyabr 2021, 16:27 (GMT +4)
ABŞ ekstradisiya zamanı Assanjın “xüsusi tədbirlərə” məruz qalmayacağına söz verib

27 Oktyabr 2021, 16:16 (GMT +4)
“Məşğulluq marafonu”na 563 işəgötürən qoşulub

27 Oktyabr 2021, 16:02 (GMT +4)
Səhiyyə Nazirliyi risk qrupuna daxil olan uşaqların valideynlərinə müraciət edib

27 Oktyabr 2021, 15:51 (GMT +4)
Lavrov Əfqanıstanın qonşularını NATO-nun ərazilərinə daxil olmasının qarşısını almağa çağırıb

27 Oktyabr 2021, 15:44 (GMT +4)
Afrika Birliyi çevrilişə görə Sudanla bağlı layihələri və planlarını dayandırıb

27 Oktyabr 2021, 15:40 (GMT +4)
DİN kibercinayətkarlıqlarla bağlı vətəndaşlara müraciət edib

27 Oktyabr 2021, 15:28 (GMT +4)
Gürcüstanda COVID-19-a yoluxanların sayı 703 min nəfəri keçib

27 Oktyabr 2021, 15:25 (GMT +4)
"Nar" növbəti satış və xidmət mərkəzini yeniləyib - FOTO

27 Oktyabr 2021, 15:15 (GMT +4)
Prezident İlham Əliyev Çexiya Prezidentini təbrik edib

27 Oktyabr 2021, 15:05 (GMT +4)
Əlqaidənin Suriya qanadı “Türkmən dağları”nı nəzarətə götürüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66