Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlılarının təlimi başa çatıb (VİDEO)

21 Sentyabr 2021, 10:00 (GMT +4)

Bakı, 21 sentyabr, SalamNews. Sentyabrın 20-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə “Üç qardaş - 2021” beynəlxalq təliminin bağlanışına həsr olunan təntənəli mərasim keçirilib.

Bu barədə SalamNews-a Müdafiə Nazirliyindən məlumat verilib.

Birgə təlimlərin başa çatması münasibəti ilə Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyev hərbi qulluqçuları təbrik edib.

İştirakçı ölkələrin Dövlət himnləri ifa olunduqdan sonra general-leytenant H.Mirzəyev qonaqlara və şəxsi heyətə müraciət edərək bildirib: “Təlimdə iştirakçılar yüksək bacarıq nümayiş etdirərək tapşırıqları uğurla yerinə yetirdilər. Əminəm ki, təlimlər zamanı bacarıqlarınızın artırılması ilə yanaşı, peşəkar həyatınız üçün çox faydalı olan fikir və təcrübə mübadiləsi imkanı əldə etdiniz. Birgə təlimlər xalqlarımız arasındakı dostluğun, ölkələrimiz arasında sıx əməkdaşlığın bir nümunəsidir. Təlim döyüş sahəsində üç qardaş ölkənin hərbçilərinin bir yerdə olması, çiyin-çiyinə tapşırıq yerinə yetirməsi hər birimizi qürurlandırdı”.

Təlim iştirakçılarını salamlayan Türkiyə Silahlı Qüvvələrinin XTQ komandanı general-leytenant Ömer Ertuğrul Erbakan böyük qürur hissi ilə vurğulayıb ki, “Üç qardaş-2021” təlimi uğurla tamamlanmışdır. O, bildirib: "Aramızda var olan qardaşlıq bağları çox güclü olub və bundan sonra daha da güclənəcəkdir. Üç ölkənin xüsusi təyinatlıları arasındakı qarşılıqlı işbirliyi, təhsil və təlim fəaliyyətləri bundan sonra da davam edəcəkdir".

Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Təhlükəsizlik və Antiterror İdarəsinin rəisi general-mayor Mümtaz Hüseyn isə qeyd edib: “Çiyin-çiyinə dayanan Azərbaycan, Türkiyə və Pakistandan olan xüsusi təyinatlı qardaşlar arasında icra edilən birgə təlimin şahidi olmaq mənim üçün həqiqətən böyük şərəf və qürurdur. Təlim zamanı xüsusi təyinatlılar tərəfindən nümayiş olunan peşəkarlıq təqdirəlayiqdir. “Üç qardaş-2021” təliminin həyata keçirilməsi üçün qarşıya qoyulan məqsədlərə nail olunmuşdur. Bu da bütün iştirakçıların peşəkarlıq səviyyəsinin artırılmasına öz töhfəsini verəcəkdir”.

Çıxışlardan sonra təlim iştirakçılarına xatirə hədiyyələri təqdim edilib və onlara gələcək xidmətlərində uğurlar arzulanıb.

“Üç qardaş - 2021” beynəlxalq təliminin bağlanışına həsr olunan təntənəli mərasimin rəsmi hissəsi başa çatdıqdan sonra əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbaninin senarisi və rejissorluğu ilə hazırlanan "Bu gün bir yerdəyik, sabah da bir yerdə olacağıq!” adlı teatrlaşdırılmış mədəni proqram təqdim edilib.

 





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

20 Oktyabr 2021, 01:39 (GMT +4)
Azərbaycan 1-ci Divizionunda 5-ci turun oyunları keçirilir

20 Oktyabr 2021, 00:59 (GMT +4)
Çempionlar Liqası: "Liverpul" və "Real" qələbə qazanıb, "Beşiktaş" uduzub

19 Oktyabr 2021, 22:22 (GMT +4)
"Barselona" Ansu Fati ilə razılığa gəlib

19 Oktyabr 2021, 21:00 (GMT +4)
“Qəbələ” UEFA Gənclər Liqasında mübarizəni dayandırıb

19 Oktyabr 2021, 19:58 (GMT +4)
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

19 Oktyabr 2021, 19:36 (GMT +4)
Jurnalist Elnur Əşrəfoğlu koronavirusdan vəfat edib

19 Oktyabr 2021, 18:02 (GMT +4)
Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsində Ermənistana qarşı tələblərini səsləndirib

19 Oktyabr 2021, 17:59 (GMT +4)
Rusiya Ermənistana təxminən 1 milyard dollar sərmayə qoymağı planlaşdırır

19 Oktyabr 2021, 17:52 (GMT +4)
BVF Azərbaycanda inflyasiya ilə bağlı proqnozlarını açıqlayıb

19 Oktyabr 2021, 17:42 (GMT +4)
Sumqayıtda narkotik alverçisi olan qadın və daha 11 nəfər saxlanılıb

19 Oktyabr 2021, 17:31 (GMT +4)
İraqda ABŞ hərbi karvanına hücum olub

19 Oktyabr 2021, 17:29 (GMT +4)
“Qarabağ”ın rəqibi ingiltərəli milyarderə satılıb

19 Oktyabr 2021, 17:25 (GMT +4)
Polşa Baş naziri AB-ni şantajda ittiham edib

19 Oktyabr 2021, 17:16 (GMT +4)
Metronun "Koroğlu" stansiyasında koronavirus xəstəsi saxlanılıb

19 Oktyabr 2021, 17:10 (GMT +4)
NEQSOL Holding, Ukraynanın ən böyük sement istehsalçısının paylarını almaq niyyətini şərh edib

19 Oktyabr 2021, 17:03 (GMT +4)
Milli Məclisdə Zəfər bayramı adlı tədbir keçiriləcək

19 Oktyabr 2021, 16:50 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

19 Oktyabr 2021, 16:45 (GMT +4)
Kreml Ərdoğanın "dünya beşdən böyükdür" açıqlamasını şərh edib

19 Oktyabr 2021, 16:38 (GMT +4)
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı yenidən 2000-i ötüb

19 Oktyabr 2021, 16:35 (GMT +4)
ABŞ Əfqanıstanla bağlı Moskvada keçiriləcək toplantıda iştirak etməyəcək

19 Oktyabr 2021, 16:28 (GMT +4)
“Kayrat”ın braziliyalı forvardı “Qarabağ”la oyunu buraxacaq

19 Oktyabr 2021, 16:22 (GMT +4)
Çexiya Senatı Zemanın prezidentlikdən uzaqlaşdırılmasını müzakirə edəcək

19 Oktyabr 2021, 16:16 (GMT +4)
Prezident Azərbaycanla TDƏŞ arasında imzalanan Anlaşma Memorandumunu təsdiqləyib

19 Oktyabr 2021, 16:05 (GMT +4)
ANAMA sədri Britaniya səfiri ilə minatəmizləmə əməliyyatlarını müzakirə edib

19 Oktyabr 2021, 15:53 (GMT +4)
Gəncədə antisanitar şəraitdə işləyən çörək sexi bağlanıb

19 Oktyabr 2021, 15:44 (GMT +4)
"Arsenal" son dəqiqədə məğlubiyyətdən xilas olub - (VİDEO)

19 Oktyabr 2021, 15:40 (GMT +4)
İraqda parlament seçkilərinin nəticələrinə etiraz aksiyaları keçirilir

19 Oktyabr 2021, 15:32 (GMT +4)
Prezident Məhərrəm Əliyevi “Şöhrət” ordeni ilə təltif edib

19 Oktyabr 2021, 15:27 (GMT +4)
Gürcüstanda daha 5,7 min nəfərdə koronavirusa yoluxma qeydə alınıb

19 Oktyabr 2021, 15:22 (GMT +4)
Sahibə Qafarova Parlament Sədrlərinin Avropa Konfransında iştirak edəcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66