Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Pərviz Şahbazov: “Rusiya şirkətləri neft-qaz sektorumuza 4,9 mlrd dollar pul qoyub"

20 Sentyabr 2021, 13:24 (GMT +4)

Bakı, 20 sentyabr, SalamNews. "Azərbaycan ən əlverişli investisiya şərtlərinə malik ölkələrdən biridir. Hökumət ölkənin investisiya cəlbediciliyini artırmaq üçün daim çalışır. Bu tədbirlər sayəsində Dünya Bankı "Doing Business 2020" hesabatında Azərbaycanı ən qabaqcıl 20 islahatçı ölkə sırasına daxil edib".

SalamNews-un məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazovun Rusiyanın "Nefteqazovaya Vertikal" jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, böyük karbohidrogen ehtiyatlarına malik olan Azərbaycanın neft və qaz sektoru da hər zaman xarici investisiyalar üçün cəlbedici olub: “2000-ci ildən 2020-ci ilə qədər olan dövrdə Azərbaycanın neft-qaz sektoruna 109,5 milyard ABŞ dolları sərmayə qoyulub ki, bunun da 79,5 %-i xarici investisiyalardır. Rusiya investisiyalarına gəldikdə, ilk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan və Rusiya prezidentlərinin səyləri sayəsində ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələr durmadan inkişaf edir və bu gün strateji əməkdaşlıq səviyyəsinə çatıb”.

Nazir bildirib ki, bu amil iqtisadiyyatın bütün sahələrində, o cümlədən neft-qaz sektorunda əməkdaşlıq üçün geniş imkanlar açır: “Həmçinin qeyd etmək lazımdır ki, 2014-cü ildə Azərbaycan Respublikası hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında "İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında" Saziş imzalanıb ki, bu da öz növbəsində ikitərəfli əməkdaşlıqda iqtisadiyyatın inkişafına mühüm töhfə verir”.

P. Şahbazov bildirib ki, bunun üçün də Azərbaycan ilə Rusiya arasında qarşılıqlı sərmayə qoyuluşu sahəsində yaxşı bir dinamikanın olması təəccüblü deyil: “Bu gün Azərbaycanda Rusiya kapitallı mindən çox şirkət fəaliyyət göstərir. Rusiya şirkətlərinin Azərbaycanın neft-qaz sektoruna sərmayələrinin ümumi həcmi bu ilin 1 aprel tarixinə 4,9 milyard ABŞ dolları təşkil edib”.

Nazir xatırladıb ki, “Lukoil” Azərbaycanın neft və qaz sektorunda işə başlayan ilk şirkətlərdən biridir: “Şirkət 1990-cı illərin əvvəllərində “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsi layihəsi ilə başlayıb. Şirkət həmçinin dünyanın ən böyük layihələrindən biri olan “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsində iştirak edir. Bundan başqa təbii qazın Avropaya nəql edildiyi Cənubi Qafqaz Qaz Kəməri layihəsində 10 % paya malikdir. “Lukoil”in Azərbaycanda öz yanacaqdoldurma məntəqələri şəbəkəsi də var”.

Rusiya şirkəti ilə gələcək əməkdaşlığa gəlincə isə P. Şahbazov vurğulayıb ki, 21 yanvar 2021-ci ildə Azərbaycan Respublikası hökuməti ilə Türkmənistan hökuməti arasında Xəzər dənizindəki “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı və işlənməsinə dair Anlaşma Memorandumu imzalanıb: “Lukoil” "Dostluq" yatağının işlənməsində operator olaraq iştirak etmək niyyətini bildirib”.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

20 Oktyabr 2021, 01:39 (GMT +4)
Azərbaycan 1-ci Divizionunda 5-ci turun oyunları keçirilir

20 Oktyabr 2021, 00:59 (GMT +4)
Çempionlar Liqası: "Liverpul" və "Real" qələbə qazanıb, "Beşiktaş" uduzub

19 Oktyabr 2021, 22:22 (GMT +4)
"Barselona" Ansu Fati ilə razılığa gəlib

19 Oktyabr 2021, 21:00 (GMT +4)
“Qəbələ” UEFA Gənclər Liqasında mübarizəni dayandırıb

19 Oktyabr 2021, 19:58 (GMT +4)
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

19 Oktyabr 2021, 19:36 (GMT +4)
Jurnalist Elnur Əşrəfoğlu koronavirusdan vəfat edib

19 Oktyabr 2021, 18:02 (GMT +4)
Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsində Ermənistana qarşı tələblərini səsləndirib

19 Oktyabr 2021, 17:59 (GMT +4)
Rusiya Ermənistana təxminən 1 milyard dollar sərmayə qoymağı planlaşdırır

19 Oktyabr 2021, 17:52 (GMT +4)
BVF Azərbaycanda inflyasiya ilə bağlı proqnozlarını açıqlayıb

19 Oktyabr 2021, 17:42 (GMT +4)
Sumqayıtda narkotik alverçisi olan qadın və daha 11 nəfər saxlanılıb

19 Oktyabr 2021, 17:31 (GMT +4)
İraqda ABŞ hərbi karvanına hücum olub

19 Oktyabr 2021, 17:29 (GMT +4)
“Qarabağ”ın rəqibi ingiltərəli milyarderə satılıb

19 Oktyabr 2021, 17:25 (GMT +4)
Polşa Baş naziri AB-ni şantajda ittiham edib

19 Oktyabr 2021, 17:16 (GMT +4)
Metronun "Koroğlu" stansiyasında koronavirus xəstəsi saxlanılıb

19 Oktyabr 2021, 17:10 (GMT +4)
NEQSOL Holding, Ukraynanın ən böyük sement istehsalçısının paylarını almaq niyyətini şərh edib

19 Oktyabr 2021, 17:03 (GMT +4)
Milli Məclisdə Zəfər bayramı adlı tədbir keçiriləcək

19 Oktyabr 2021, 16:50 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

19 Oktyabr 2021, 16:45 (GMT +4)
Kreml Ərdoğanın "dünya beşdən böyükdür" açıqlamasını şərh edib

19 Oktyabr 2021, 16:38 (GMT +4)
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı yenidən 2000-i ötüb

19 Oktyabr 2021, 16:35 (GMT +4)
ABŞ Əfqanıstanla bağlı Moskvada keçiriləcək toplantıda iştirak etməyəcək

19 Oktyabr 2021, 16:28 (GMT +4)
“Kayrat”ın braziliyalı forvardı “Qarabağ”la oyunu buraxacaq

19 Oktyabr 2021, 16:22 (GMT +4)
Çexiya Senatı Zemanın prezidentlikdən uzaqlaşdırılmasını müzakirə edəcək

19 Oktyabr 2021, 16:16 (GMT +4)
Prezident Azərbaycanla TDƏŞ arasında imzalanan Anlaşma Memorandumunu təsdiqləyib

19 Oktyabr 2021, 16:05 (GMT +4)
ANAMA sədri Britaniya səfiri ilə minatəmizləmə əməliyyatlarını müzakirə edib

19 Oktyabr 2021, 15:53 (GMT +4)
Gəncədə antisanitar şəraitdə işləyən çörək sexi bağlanıb

19 Oktyabr 2021, 15:44 (GMT +4)
"Arsenal" son dəqiqədə məğlubiyyətdən xilas olub - (VİDEO)

19 Oktyabr 2021, 15:40 (GMT +4)
İraqda parlament seçkilərinin nəticələrinə etiraz aksiyaları keçirilir

19 Oktyabr 2021, 15:32 (GMT +4)
Prezident Məhərrəm Əliyevi “Şöhrət” ordeni ilə təltif edib

19 Oktyabr 2021, 15:27 (GMT +4)
Gürcüstanda daha 5,7 min nəfərdə koronavirusa yoluxma qeydə alınıb

19 Oktyabr 2021, 15:22 (GMT +4)
Sahibə Qafarova Parlament Sədrlərinin Avropa Konfransında iştirak edəcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66