Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident İlham Əliyev minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı Fərman imzalayıb

16 Sentyabr 2021, 16:23 (GMT +4)

Bakı, 16 sentyabr, SalamNews. Prezident İlham Əliyev Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.

SalamNews xəbər verir ki, Fərmanla Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlarından təmizlənməsi sahəsində əlaqələndirmə işini gücləndirmək məqsədilə qərara alınır:

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

- beynəlxalq humanitar minatəmizləmə standartları nəzərə alınmaqla, minatəmizləmə fəaliyyətinə dair tələbləri üç ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

- Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (bundan sonra – Agentlik) təklifləri əsasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin (bundan sonra – ərazilər) minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlarından (bundan sonra – minalardan və hərbi sursatdan) təmizlənməsi sahəsində prioritet təşkil edən ərazilər nəzərə alınmaqla minatəmizləmə üzrə illik planı hər il dekabrın 25-dək təsdiq etsin;

- bu Fərmanın 2.4-cü bəndində nəzərdə tutulan məlumat bazasına daxil ediləcək məlumatların növünü, həcmini, daxiledilmə müddətini və qaydasını üç ay müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

- bu Fərmanın 1.2-ci bəndində nəzərdə tutulan plana uyğun olaraq Agentlik və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (bundan sonra – minatəmizləmə sahəsində fəaliyyət göstərən digər dövlət orqanları) arasında tapşırıqların bölgüsünü (bundan sonra – tapşırıqlar bölgüsü) həyata keçirsin, həmçinin planda nəzərdə tutulmayan hallarda dövlət orqanlarının (qurumlarının) müraciəti əsasında minatəmizləmə işlərinin təşkili üçün müvafiq tədbirlər görsün;

- Agentliyin maddi-texniki təminatını gücləndirmək məqsədilə zəruri tədbirlər görülməsini təmin etsin;

- ərazilərin minalardan və hərbi sursatdan təmizlənməsi sahəsində görülmüş işlər barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

- bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Agentlik:

- minatəmizləmə sahəsində fəaliyyət göstərən digər dövlət orqanlarının, fiziki və hüquqi şəxslərin, habelə xarici ölkələrin müvafiq qurumlarının minatəmizləmə fəaliyyəti üzrə mövcud qüvvə və vasitələri nəzərə alınmaqla ərazilərdə minatəmizləmə fəaliyyətinin hər növbəti il üçün planlaşdırılmasına dair təkliflərini cari il dekabrın 1-dək hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

- tapşırıqlar bölgüsünə uyğun olaraq əlaqələndirilməni, görülmüş işlərin icrasının monitorinqini və bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulan tələblər əsasında keyfiyyətlə tamamlanmasına nəzarəti həyata keçirsin;

- minatəmizləmə sahəsində fəaliyyət göstərən digər dövlət orqanlarının şəxsi heyətinin bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulan tələblərə uyğun olaraq ixtisasının artırılması ilə bağlı tədbirlər görülməsini təmin etsin;

- “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq bu Fərmanın 1.3-cü bəndində nəzərdə tutulan məlumatlara dair elektron məlumat bazasının (bundan sonra – məlumat bazası) dörd ay müddətində formalaşdırılmasını, eləcə də onun fəaliyyətini, məlumatların mütəmadi yenilənməsini və emalını təmin etsin;

- tapşırıqlar bölgüsünə uyğun olaraq görülmüş işlər barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;

- bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Minatəmizləmə sahəsində fəaliyyət göstərən digər dövlət orqanları:

- minatəmizləmə fəaliyyətini tapşırıqlar bölgüsünə uyğun olaraq öz qüvvə və vasitələri hesabına həyata keçirsinlər;

- minatəmizləmə fəaliyyətinə cəlb edilmiş şəxsi heyətin işini bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulan tələblərə uyğun təşkil etsinlər;

- aşağıdakı məlumatların mütəmadi olaraq Agentliyə verilməsini təmin etsinlər:

- məlumat bazasına daxil edilməsi üçün bu Fərmanın 1.3-cü bəndinə uyğun olaraq müəyyənləşdirilmiş məlumatların;

- tapşırıqlar bölgüsünün icrası ilə bağlı məlumatların;

- minatəmizləmə fəaliyyəti üzrə öz qüvvə və vasitələri barədə məlumatların.

- bu Fərmandan irəli gələn digər məsələləri həll etsinlər.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

18 Oktyabr 2021, 17:30 (GMT +4)
Rusiya NATO-dakı daimi nümayəndəliyinin fəaliyyətini dayandırır

18 Oktyabr 2021, 16:58 (GMT +4)
Azərbaycanla Qətər arasında Komissiya iclasının Protokolu imzalanıb

18 Oktyabr 2021, 16:50 (GMT +4)
ABŞ-ın keçmiş dövlət katibi Kolin Pauell vəfat edib

18 Oktyabr 2021, 16:47 (GMT +4)
Koronavirusa görə BDU-da 2 qrup distant təhsilə keçib

18 Oktyabr 2021, 16:37 (GMT +4)
Xəzərdə zəlzələ olub

18 Oktyabr 2021, 16:27 (GMT +4)
Universitetdə Müstəqilliyin bərpası günü ilə əlaqədar elmi-praktik konfrans keçirilib

18 Oktyabr 2021, 16:14 (GMT +4)
Azərbaycan və Rusiya vergi sahəsində birgə pilot layihə həyata keçirə bilər

18 Oktyabr 2021, 16:03 (GMT +4)
Yəmən paytaxtında Məhəmməd peyğəmbərin mövludu münasibətilə izdihamlı bayram tədbiri keçirilir (VİDEO)

18 Oktyabr 2021, 16:02 (GMT +4)
Rusiya XİN və BQXK prezidenti Qarabağdakı vəziyyəti müzakirə edib

18 Oktyabr 2021, 15:58 (GMT +4)
Avropa İttifaqının xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

18 Oktyabr 2021, 15:44 (GMT +4)
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik edib

18 Oktyabr 2021, 15:36 (GMT +4)
Kərim Benzema "Real"la yeni müqavilə imzalayacaq

18 Oktyabr 2021, 15:34 (GMT +4)
İranla Səudiyyə Ərəbistanı arasında danışıqların dördüncü turu davam edir – Rəsmi Tehran

18 Oktyabr 2021, 15:30 (GMT +4)
Gürcüstanda son sutkada 2,4 mindən çox insan COVID-19-a yoluxub

18 Oktyabr 2021, 15:17 (GMT +4)
Maduro ABŞ-ı Karakasla müxalifət arasındakı dialoqu pozmaqda ittiham edib

18 Oktyabr 2021, 15:15 (GMT +4)
"Barselona" 3 xalı 3 qolla qazanıb - (VİDEO)

18 Oktyabr 2021, 15:05 (GMT +4)
ABŞ-ın altı şəhərində “Azərbaycan Günü” elan edilib

18 Oktyabr 2021, 14:52 (GMT +4)
Zakir Həsənov NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi ilə görüşüb

18 Oktyabr 2021, 14:45 (GMT +4)
Türkiyənin "Bursaspor" klubu Azərbaycanı təbrik edib - (FOTO)

18 Oktyabr 2021, 14:42 (GMT +4)
Sahil Babayev Türkiyədə əmək müqaviləsi olmadan işləyən azərbaycanlılardan danışıb

18 Oktyabr 2021, 14:31 (GMT +4)
İsrail və HƏMAS arasında onlarla əsir və məhbusun mübadiləsi gözlənilir

18 Oktyabr 2021, 14:28 (GMT +4)
İngiltərə millət vəkili Amessin qətlinin motivləri üzə çıxıb

18 Oktyabr 2021, 14:24 (GMT +4)
Azərbaycan BMT məhkəməsini Ermənistana qarşı müvəqqəti tədbirlər tətbiq etməyə çağırır

18 Oktyabr 2021, 14:13 (GMT +4)
Qaxda əlillik dərəcəsi vədi ilə vətəndaşların 17 min manatını mənimsəyən şəxs saxlanılıb

18 Oktyabr 2021, 14:02 (GMT +4)
Bərdədə sabiq bələdiyyə sədri həbs edilib

18 Oktyabr 2021, 13:52 (GMT +4)
İlham Əliyev: Xudafərin körpüsü Azərbaycan xalqının istedadının sübutudur

18 Oktyabr 2021, 13:40 (GMT +4)
Quterreş: Vaksin paylanmasında qeyri-bərabərlik yeni koronavirus növlərinin yaranmasına səbəb olur

18 Oktyabr 2021, 13:38 (GMT +4)
Türkiyə çempionatı: "Trabzonspor" "Fənərbaxça"ya qalib gələrək lider olub - (VİDEO)

18 Oktyabr 2021, 13:35 (GMT +4)
Balakəndə karantin qaydalarını pozan toy sahibi cərimələnib

18 Oktyabr 2021, 13:24 (GMT +4)
Bakıda 20 nömrəli məktəb-lisey koronavirusa görə bağlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66