Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Əlcəzair portalı Şuşanın turizm potensialından yazıb

09 Sentyabr 2021, 13:49 (GMT +4)

Bakı, 9 sentyabr, SalamNews. Əlcəzairin “Əl Hərir” portalında şərqşünas Həşim Məmmədov və Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadənin müəllifi olduqları Şuşa şəhərinin turizm potensialından bəhs edən məqalə yayımlanıb.

SalamNews xəbər verir ki, məqalədə Azərbaycan hakimiyyətinin işğaldan azad olunmuş Şuşa şəhərində tarixi mədəniyyət abidələrinin bərpası istiqamətində apardığı genişmiqyaslı tədbirlərdən bəhs edilib. Müəlliflər qeyd ediblər ki, bərpa-quruculuq işləri və ən yüksək standartlara uyğun olan mehmanxanaların açılması Azərbaycanın mədəniyyət paytaxtının həm də turizm mərkəzi olacağından xəbər verir.

Məqalədə diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Şuşaya səfər edib, burada həyata keçirilən layihələrin icrası ilə tanış olub, həmçinin açılışlarda iştirak ediblər. Uzunluğu 101 kilometr olan Zəfər yolunun inşasının qısa müddətdə başa çatdırılması da əlamətdar hadisədir. Yüksək komfortlu “Qarabağ” hotelinin açılışında iştirak edən Prezident İlham Əliyev bildirib ki, tezliklə dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək Şuşa həm də xarici turistlərin diqqətini cəlb edəcək. Bu baxımdan şəhərdə “beş”, “dörd” və “üç” ulduzlu otellərin tikilməsi zəruridir. Hazırda Şuşada yenidən qurulan Park oteldə işlər başa çatdıqdan sonra otel qonaqlarını müasir səviyyədə qarşılaya biləcək. Eyni zamanda, bu şəhərdə “Otel və Konfrans Mərkəzi”nin təməli qoyulub.

Yazıda qeyd olunub ki, Şuşada keçirilən Vaqif Poeziya Günləri və “Xarıbülbül” festivalı, bərpa olunan tarixi-mədəniyyət abidələri turistlərin böyük marağına səbəb olacaq. Həmçinin qədim mədəniyyət paytaxtında beynəlxalq və regional miqyasda müxtəlif tədbirlər də təşkil ediləcək.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

18 Oktyabr 2021, 11:50 (GMT +4)
Azad edilən ərazilərə icazəsiz daxil olan şəxslər saxlanılıb

18 Oktyabr 2021, 11:40 (GMT +4)
Prezident İlham Əliyev xalqa müraciət edib

18 Oktyabr 2021, 11:36 (GMT +4)
İran XİN Azərbaycanla münasibətlər haqda: İcazə verin danışıqları diplomatik kanallar aparsın

18 Oktyabr 2021, 11:30 (GMT +4)
Göygöldə karantini pozan obyektin sahibi məsuliyyətə cəlb olunub

18 Oktyabr 2021, 11:20 (GMT +4)
Perunun media qurumunda Fərid Şəfiyevlə müsahibə dərc olunub

18 Oktyabr 2021, 11:10 (GMT +4)
Xəzərdə Azərbaycanın sərhədini pozmağa cəhd olunub, xəbərdarlıq atəşi açılıb

18 Oktyabr 2021, 11:05 (GMT +4)
Pentaqon rəhbəri: ABŞ Gürcüstanın müdafiəsini gücləndirməyə hazırdır

18 Oktyabr 2021, 11:02 (GMT +4)
İranla 4+1 dövlətlərinin nüvə danışıqları cari həftə başlayır

18 Oktyabr 2021, 11:00 (GMT +4)
Azərbaycan və Qətər XİN başçıları arasında görüş başlayıb

18 Oktyabr 2021, 10:50 (GMT +4)
Bu il Azərbaycanda yol qəzalarında həlak olan kişi və qadınların sayı açıqlanıb

18 Oktyabr 2021, 10:40 (GMT +4)
Bu il Azərbaycanda 1 171 yol qəzası olub, 504 nəfər ölüb

18 Oktyabr 2021, 10:35 (GMT +4)
İsrail generalı: Müharibə olsa Hizbullah günə iki min raket atacaq

18 Oktyabr 2021, 10:30 (GMT +4)
Bu gün beynəlxalq məhkəmədə Azərbaycanın Ermənistana qarşı iddiası üzrə dinləmə keçiriləcək

18 Oktyabr 2021, 10:27 (GMT +4)
Rusiyada şagird məktəbdə atışma təşkil edib

18 Oktyabr 2021, 10:20 (GMT +4)
Ceyhun Bayramov Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib

18 Oktyabr 2021, 10:10 (GMT +4)
Xudafərin körpüsünün işğaldan azad olunmasından 1 il ötür

18 Oktyabr 2021, 10:00 (GMT +4)
Azərbaycanın müstəqilliyini bərpa etməsindən 30 il ötür

18 Oktyabr 2021, 07:48 (GMT +4)
İran Silahlı Qüvvələrinin Baş qərargah rəisi Pakistandan sonra Rusiyaya gedib

18 Oktyabr 2021, 06:53 (GMT +4)
İraqda parlament seçkilərinin nəticələrinə etirazlar başlayıb

17 Oktyabr 2021, 17:50 (GMT +4)
Azərbaycan Prezidenti Füzuli şəhərinin təməl daşını qoyub

17 Oktyabr 2021, 17:40 (GMT +4)
Azərbaycanda son sutkada 1 896 nəfər COVID-19-a yoluxub, 19 nəfər vəfat edib

17 Oktyabr 2021, 17:30 (GMT +4)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzulidə səfərdə olublar

17 Oktyabr 2021, 14:00 (GMT +4)
Ombudsman Ermənistanın Gəncəyə raket zərbəsi endirməsinin ildönümü ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib

17 Oktyabr 2021, 12:20 (GMT +4)
Hikmət Hacıyev: Ötən ilin bu günündə ermənilərin Füzulidəki əsas qalası darmadağın edildi

17 Oktyabr 2021, 09:25 (GMT +4)
MN: Azərbaycan Ordusunun Arazdəyən istiqamətində atəş açması Ermənistanın növbəti yalanıdır

17 Oktyabr 2021, 09:00 (GMT +4)
Gəncə şəhərində terror hadisəsinin ildönümü ilə bağlı yürüş təşkil edilib

17 Oktyabr 2021, 00:09 (GMT +4)
Ermənistanın Gəncə və Mingəçevirdə törətdiyi növbəti terrordan bir il keçir

17 Oktyabr 2021, 00:06 (GMT +4)
Bu gün Füzuli şəhərinin işğaldan azad olunmasından 1 il ötür

16 Oktyabr 2021, 17:02 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

16 Oktyabr 2021, 16:50 (GMT +4)
Bakıda Ukrayna Mərkəzi açılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66