Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

Mətbuat Şurasında jurnalistlərin növbəti vaksinasiyası həyata keçiriləcək

08 Sentyabr 2021, 14:03 (GMT +4)

Bakı, 8 sentyabr, SalamNews. Sentyabrın 13-də Azərbaycan Mətbuat Şurasında jurnalistlərin COVID-19 infeksiyası əleyhinə növbəti vaksinasiyası həyata keçiriləcək.

MŞ-dən SalamNews-a verilən məlumata görə, Şura bu barədə TƏBİB-lə razılığa gəlib.

Qeyd edək ki, MŞ-də jurnalistlərin sonuncu vaksinasiyası 2021-ci ilin avqustun 5-də keçirilib.

Həmin gün vaksinin ilk dozası tətbiq edilmiş jurnalistlər sentyabrın 13-də ikinci dozanın tətbiqi üçün yaxınlaşa bilərlər.

Eyni zamanda media təmsilçilərinin COVID-19 infeksiyası əleyhinə peyvəndin ilk dozası üçün də müraciət etmələri mümkündür.

Onu da bildiririk ki, respublikamızın müxtəlif şəhər və bölgələrindəki tibb müəssisələrində vətəndaşların COVID-19 infeksiyası əleyhinə peyvəndlənməsi həyata keçirilir. Hazırkı vaxtda Şuranın TƏBİB-lə birgə reallaşdırdığı bu aksiya media təmsilçilərinin əlavə vaxt itkisinin qarşısını almaq məqsədilə həyata keçirilir. Xahiş edirik ki, KİV redaksiyaları və jurnalistlər bunu nəzərə alsınlar, prosesə həssas yanaşsınlar, mütəşəkkil şəkildə aksiyaya qoşulsunlar.

KİV redaksiyaları yaşı 18-dən yuxarı olan və vaksinasiyadan hələ keçməmiş əməkdaşlarının siyahısını Şuraya ünvanlamalıdırlar. Orada vaksinasiya olunacaq jurnalistlərlə bağlı aşağıdakılar yer almalıdır:

Adı, soyadı, atasının adı;

Doğum tarixi;

Şəxsiyyət vəsiqəsinin rekvizitləri (seriya və nömrə və ya fin kod);

Əlaqə vasitələri (şəhər telefonu və mobil telefon).

Siyahı şəxsən də, Mətbuat Şurasının info@presscouncil.az və metbuatshurasi@gmail.com ünvanlarına da (PDF faylda skan olunmuş) göndərilə bilər.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

02 Dekabr 2021, 13:20 (GMT +4)
Fuad Muradov Britaniyaya səfərə gedib

02 Dekabr 2021, 13:10 (GMT +4)
DİN: Son 8 gündə yol qəzalarında 14 nəfər ölüb

02 Dekabr 2021, 13:00 (GMT +4)
Bakı metrosunda cibgirlik edən şəxs saxlanılıb

02 Dekabr 2021, 12:50 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

02 Dekabr 2021, 12:40 (GMT +4)
Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb

02 Dekabr 2021, 12:36 (GMT +4)
Türkiyə prezidenti ilə BƏƏ vəliəhdi arasında telefon danışığı olub

02 Dekabr 2021, 12:30 (GMT +4)
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini təbrik edib

02 Dekabr 2021, 12:27 (GMT +4)
“QIZIL BUTA” mükafatının təqdimatı olacaq

02 Dekabr 2021, 12:20 (GMT +4)
Azərbaycan və Ukrayna prokurorluqları arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb

02 Dekabr 2021, 12:10 (GMT +4)
Bakıda qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısı alınıb

02 Dekabr 2021, 12:00 (GMT +4)
Ermənistan nümayəndələrinin UNESCO-nun iclasını siyasiləşdirməsinin qarşısı alınıb

02 Dekabr 2021, 11:55 (GMT +4)
Gələn ilin Novruz, Ramazan və Qurban bayramı günləri açıqlanıb

02 Dekabr 2021, 11:50 (GMT +4)
Ötən gün 4 nəfər cərimə olunub, 73 nəfər şənliyə buraxılmayıb

02 Dekabr 2021, 11:48 (GMT +4)
Gənclər və İdman naziri dünya çempionatında medal qazanmış idmançılarla görüşüb

02 Dekabr 2021, 11:46 (GMT +4)
MAQATE sədri İranda uranın 90 faizlik zənginləşdirilməsini təkzib edib

02 Dekabr 2021, 11:40 (GMT +4)
Hikmət Hacıyev: Dayanıqlı sülh bütün region ölkələri üçün faydalı olacaq

02 Dekabr 2021, 11:30 (GMT +4)
“Qırmızı kitab”a düşən ağacları kəsən şəxsə cinayət işi açılıb

02 Dekabr 2021, 11:22 (GMT +4)
"Bazel"in prezidenti: "Qarabağ"a qarşı finala bərabər matçımız var

02 Dekabr 2021, 11:20 (GMT +4)
“Azəriqaz” media mənsubları üçün “Açıq qapı” aksiyası keçirəcək

02 Dekabr 2021, 11:19 (GMT +4)
BMT Baş Assambleyası İsraildən Suriyanın Colan Yüksəkliklərini tərk etməyi istəyib

02 Dekabr 2021, 11:10 (GMT +4)
Heydər Əliyev Fondu Bakıdakı katolik kilsəsində bərpa işlərini başa çatdırıb

02 Dekabr 2021, 11:00 (GMT +4)
Laçında ağacəkmə aksiyası keçirilib

02 Dekabr 2021, 10:55 (GMT +4)
"Barselona" sabiq baş məşqçisinə 4 milyon avro təzminat ödəyəcək

02 Dekabr 2021, 10:50 (GMT +4)
Əkinçilik Elmi-Tədqiqat İnstitutunda Türkiyə şirkəti ilə toxumçuluğun inkişafına dair görüş keçirilib

02 Dekabr 2021, 10:47 (GMT +4)
İran XİN ölkə sərhədçiləri ilə Taliban qüvvələrinin atışmasına münasibət bildirib

02 Dekabr 2021, 10:40 (GMT +4)
“Azəralüminium”un Müşahidə Şurasının iclası keçirilib

02 Dekabr 2021, 10:30 (GMT +4)
İlham Əliyev Türkiyənin Ali Təhsil Şurasının sədrini qəbul edib

02 Dekabr 2021, 10:25 (GMT +4)
“Real”a getməkdənsə, ölməyi üstün tuturam - Jerar Pike

02 Dekabr 2021, 10:23 (GMT +4)
Ekspert: Məlumatların oğurlanmaması üçün hər gün müasir təhlükəsizlik tədbirləri görülməlidir

02 Dekabr 2021, 10:21 (GMT +4)
BMT Talibanın səfirini tanımayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66