Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

DGK yanında İctimai Şuraya seçkilərin təşkili məqsədilə namizədlərin qeydiyyatı aparılıb

02 Sentyabr 2021, 17:49 (GMT +4)

Bakı, 2 sentyabr, SalamNews. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (DGK) yanında İctimai Şuraya seçkilərin təşkili məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 22 noyabr 2013-cü il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq 23.07.2021-ci il tarixdən 23.08.2021-ci il tarixədək namizədlərin qeydiyyatı həyata keçirilib.

DGK-dən SalamNews-a bildirilib ki, İctimai Şuraya namizədliyi irəli sürülmüş vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 23 nəfərin namizədliyi qeydə alınmışdır. Namizədlərin siyahısı ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: https://customs.gov.az/modules/pdf/pdffolder/108/FILE_B9AB9D-A9D620-40DB4F-C20D43-55213D-4BFA41.pdf

Xatırladırıq ki, Seçki Komissiyasının qərarı ilə Dövlət Gömrük Komitəsi yanında İctimai Şura üzvlərinin sayı 13 nəfər müəyyən edilmişdir.

Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya üzvlər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda 21.09.2021-ci il tarixdə saat 09:00-dan 16:00-dək Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində (Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küç, 4a) gizli səsvermə yolu ilə seçiləcəkdir.

Birgə yığıncaqda təmsilçisinin iştirak etməsinə maraq göstərən vətəndaş cəmiyyəti institutları seçkidə seçici qismində iştirak edəcək nümayəndə barədə zəruri məlumatları göstərməklə, Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya seçkilərin təşkilini həyata keçirən Seçki Komissiyasına müraciət etməlidir.

Seçicilərə dair tələblər

· İctimai Şuraya seçkidə seçici qismində yalnız vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak edə bilərlər;

· İctimai Şuraya seçkidə seçici qismində iştirak etməsi üçün hər bir vətəndaş cəmiyyəti institutu bir təmsilçisinin namizədliyini irəli sürməlidir;

· Seçki komissiyasının üzvləri İctimai Şuraya seçkidə seçici qismində çıxış edə bilməzlər.

Seçicinin (vətəndaş cəmiyyəti institutunun təmsilçisinin) qeydiyyatı məsələsinə baxılması üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

1. seçicinin qeydiyyata alınması üçün müraciət (soyadı, adı, atasının adı, təvəllüdü, yaşayış yeri, əlaqə telefonu göstərilməklə);

2. seçicinin şəxsiyyət vəsiqəsinin surəti;

3. seçicinin vətəndaş cəmiyyəti institutuna üzvlüyünü təsdiq edən sənədin surəti;

4. vətəndaş cəmiyyəti institutunun dövlət qeydiyyatını təsdiq edən sənədin surəti.

Sənədlərin qəbulu və baxılması

Seçicilərin qeydiyyatı məsələsinə Seçki komissiyası tərəfindən baxılır. Qeydiyyat üçün sənədlər 11.09.2021-ci il tarixinədək ictimaisura.gomruk@gmail.com elektron poçt ünvanına göndərilməlidir.

Namizədliyi qeydə alınmış şəxsləri, onların nümayəndələrini, eləcə də maraqlı olan KİV təmsilçilərini seçki gününə bir gün qalanadək, Dövlət Gömrük Komitəsinə şəxsən və ya ictimaisura.gomruk@gmail.com elektron poçtu vasitəsilə məlumat verməklə seçki prosesini izləməyə dəvət edirik.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

18 Oktyabr 2021, 17:30 (GMT +4)
Rusiya NATO-dakı daimi nümayəndəliyinin fəaliyyətini dayandırır

18 Oktyabr 2021, 16:58 (GMT +4)
Azərbaycanla Qətər arasında Komissiya iclasının Protokolu imzalanıb

18 Oktyabr 2021, 16:50 (GMT +4)
ABŞ-ın keçmiş dövlət katibi Kolin Pauell vəfat edib

18 Oktyabr 2021, 16:47 (GMT +4)
Koronavirusa görə BDU-da 2 qrup distant təhsilə keçib

18 Oktyabr 2021, 16:37 (GMT +4)
Xəzərdə zəlzələ olub

18 Oktyabr 2021, 16:27 (GMT +4)
Universitetdə Müstəqilliyin bərpası günü ilə əlaqədar elmi-praktik konfrans keçirilib

18 Oktyabr 2021, 16:14 (GMT +4)
Azərbaycan və Rusiya vergi sahəsində birgə pilot layihə həyata keçirə bilər

18 Oktyabr 2021, 16:03 (GMT +4)
Yəmən paytaxtında Məhəmməd peyğəmbərin mövludu münasibətilə izdihamlı bayram tədbiri keçirilir (VİDEO)

18 Oktyabr 2021, 16:02 (GMT +4)
Rusiya XİN və BQXK prezidenti Qarabağdakı vəziyyəti müzakirə edib

18 Oktyabr 2021, 15:58 (GMT +4)
Avropa İttifaqının xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

18 Oktyabr 2021, 15:44 (GMT +4)
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik edib

18 Oktyabr 2021, 15:36 (GMT +4)
Kərim Benzema "Real"la yeni müqavilə imzalayacaq

18 Oktyabr 2021, 15:34 (GMT +4)
İranla Səudiyyə Ərəbistanı arasında danışıqların dördüncü turu davam edir – Rəsmi Tehran

18 Oktyabr 2021, 15:30 (GMT +4)
Gürcüstanda son sutkada 2,4 mindən çox insan COVID-19-a yoluxub

18 Oktyabr 2021, 15:17 (GMT +4)
Maduro ABŞ-ı Karakasla müxalifət arasındakı dialoqu pozmaqda ittiham edib

18 Oktyabr 2021, 15:15 (GMT +4)
"Barselona" 3 xalı 3 qolla qazanıb - (VİDEO)

18 Oktyabr 2021, 15:05 (GMT +4)
ABŞ-ın altı şəhərində “Azərbaycan Günü” elan edilib

18 Oktyabr 2021, 14:52 (GMT +4)
Zakir Həsənov NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi ilə görüşüb

18 Oktyabr 2021, 14:45 (GMT +4)
Türkiyənin "Bursaspor" klubu Azərbaycanı təbrik edib - (FOTO)

18 Oktyabr 2021, 14:42 (GMT +4)
Sahil Babayev Türkiyədə əmək müqaviləsi olmadan işləyən azərbaycanlılardan danışıb

18 Oktyabr 2021, 14:31 (GMT +4)
İsrail və HƏMAS arasında onlarla əsir və məhbusun mübadiləsi gözlənilir

18 Oktyabr 2021, 14:28 (GMT +4)
İngiltərə millət vəkili Amessin qətlinin motivləri üzə çıxıb

18 Oktyabr 2021, 14:24 (GMT +4)
Azərbaycan BMT məhkəməsini Ermənistana qarşı müvəqqəti tədbirlər tətbiq etməyə çağırır

18 Oktyabr 2021, 14:13 (GMT +4)
Qaxda əlillik dərəcəsi vədi ilə vətəndaşların 17 min manatını mənimsəyən şəxs saxlanılıb

18 Oktyabr 2021, 14:02 (GMT +4)
Bərdədə sabiq bələdiyyə sədri həbs edilib

18 Oktyabr 2021, 13:52 (GMT +4)
İlham Əliyev: Xudafərin körpüsü Azərbaycan xalqının istedadının sübutudur

18 Oktyabr 2021, 13:40 (GMT +4)
Quterreş: Vaksin paylanmasında qeyri-bərabərlik yeni koronavirus növlərinin yaranmasına səbəb olur

18 Oktyabr 2021, 13:38 (GMT +4)
Türkiyə çempionatı: "Trabzonspor" "Fənərbaxça"ya qalib gələrək lider olub - (VİDEO)

18 Oktyabr 2021, 13:35 (GMT +4)
Balakəndə karantin qaydalarını pozan toy sahibi cərimələnib

18 Oktyabr 2021, 13:24 (GMT +4)
Bakıda 20 nömrəli məktəb-lisey koronavirusa görə bağlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66