Nur-Sultanda ticarət mərkəzində yanğın başlayıb01 Sentyabr 2021, 12:24 (GMT +4) Bakı, 1 sentyabr, SalamNews. Nur-Sultan şəhərindəki Tulpar ticarət evində baş verən böyük yanğının söndürülməsinə 70-dən çox adam və 19 ədəd texnika cəlb edilib.
SalamNews bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Bu gün saat 07:36-da (Bakı vaxtı ilə 05:36) Vəlixanov küçəsində "Tulpar "ticarət evində baş verən yanğınla bağlı məlumat daxil olub. Yanğınsöndürmə briqadasının gəlişi ilə dördmərtəbəli ticarət evinin ən yuxarı mərtəbəsində yerləşən butiklərdə yanğın başladığı müəyyən edilib”,- məlumatda deyilir.
Məlumata görə, yanğın nəticəsində ölən və yaralanan olmayıb.
|