Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Şuşada təşkil edilən sərgilərlə tanış olublar

30 Avqust 2021, 14:04 (GMT +4)

Bakı, 30 avqust, SalamNews. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 30-da Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən təşkil edilən “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” və “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” sərgiləri ilə tanış olublar.

SalamNews xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə Şuşa Rəsm Qalereyasında “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” adlı sərgi ilə tanış olublar.

Qeyd edək ki, Qarabağ Azərbaycan incəsənətinin və mədəniyyətinin mərkəzi kimi qədim tarixə sahibdir. İşğal dövründə talan edilən muzeylərdə Azərbaycana məxsus qiymətli tarix və mədəniyyət nümunələri, dünyada məşhur Azərbaycan xalçaları və Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, həmçinin digər dəyərli eksponatlar olub. Məhv edilən həmin xəzinələr təkcə Azərbaycanın yox, həm də bütün dünya mədəniyyətinin nümunələri idi.

Sərgidə nümayiş olunan rəsm və heykəltəraşlıq nümunələri ziyarətçiləri sevincli və kədərli, real və fantastik, açıq və gizli, rəngarəng və monoxrom dünyaya səyahətə aparır. Burada nümayiş etdirilən əsərlərdə əsas ilham mənbəyi Qarabağdır. Azərbaycanın tarixi diyarı olan Qarabağ uzun illər ərzində özünəməxsus atmosferi ilə fərqli nəsillərdən və cərəyanlardan olan rəssamların və heykəltəraşların dünyagörüşünə böyük təsir edib.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən sərgidə Böyükağa Mirzəzadə, Toğrul Nərimanbəyov, Maral Rəhmanzadə, Nadir Abdurrəhmanov, Mikayıl Abdullayev, Ucal Haqverdiyev, Müseyib Əmirov və Azərbaycanın digər görkəmli rəssamlarının əsərləri yer alıb. Sərgidə Qarabağın mənzərələri, ədibləri, xalçası, atı, muğamı, Vətən müharibəsində qələbə mövzularına geniş yer verilib. Altmışdan çox əsərin nümayiş olunduğu sərgidə Xalq rəssamı Altay Hacıyevin “Məclisi-üns”, Xalq rəssamı Səttar Bəhlulzadənin “Yuxarı Daşaltı”, Əməkdar rəssam İnna Kostinanın “Qarabağın zənginliyi”, Leyla Əliyevanın “Xarıbülbül” əsərləri, Faiq Hacıyevin “Qarabağ atı”, Orxan Nəbizadənin “Qarabağ gözəli” kimi heykəltəraşlıq nümunələri və digər əsərlər nümayiş olunur.

X X X

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən bərpa və təmir olunaraq yaradılan Şuşadakı Xalçaçılıq Qalereyasında “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” sərgisi ilə tanış olublar. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan Milli Xalça Muzeyinin təqdim etdiyi sərgidə xovlu və xovsuz xalçalar, xalça məmulatları, milli tikmə və geyim dəstləri, bədii metal nümunələri nümayiş olunur. Sərgidə, həmçinin Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasına daxil olan xalça nümunələri də yer alıb.

Qeyd edək ki, yenidən öz doğma diyarında sərgilənən bu eksponatların əksəriyyəti Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialından Bakıya gətirilib. Sərgidə əsrlər boyu çox yüksək dəyərləndirilən, xarici muzey və şəxsi kolleksiyaların nadir inciləri sırasına daxil olan Qarabağ xalçalarının müxtəlif bölgələrə aid nümunələrini görmək mümkündür. Buraya maldarlıqla məşğul olan əhalinin həyat tərzini əks etdirən damğa naxışlı, həm də şəhər mədəniyyətini özündə ehtiva edən, peşəkar emalatxanalarda toxunan nəbati naxışlı və süjetli xalçalar – “Vərni”, “Zili”, “Çələbi”, “Ləmpə”, “Malıbəyli”, “Qasımuşağı”, “Əyan məclisi” və digərləri aiddir. İri ölçüsü, mükəmməl kompozisiya quruluşu və əlvan koloriti ilə “Ləmpə” dəst xalı-gəbəsi xüsusi maraq doğuran eksponatlardandır. Beləliklə, “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” sərgisi qədim torpağın ruhunu, əsrlərlə burada yaşayıb-yaradan insanların həyat və məişətini, estetik zövqünü, sənətkarların bədii dünyagörüşünü duymağa, həmin tarixi dövrlərə səyahət etməyə imkan yaradır.

X X X

Heydər Əliyev Fondu tərəfindən Vaqif Poeziya Günləri çərçivəsində Şuşada “Yaddaş. Fotoqrafik tarix” sərgisi də təşkil edilib. Fotosərgi Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, gözəl təbiətini, ənənələrini təcəssüm etdirir. Ermənistan vaxtilə işğal altında saxladığı ərazilərdə mədəni irsimizə, tarixi-memarlıq nümunələrimizə qarşı vandalizm həyata keçirib, düşmən tərəfindən tarixi-mədəni obyektlər, dini ocaqlar məhv edilərək, bir sıra rayon və şəhərlər yerlə-yeksan olunub.

Ziyarətçilərə, həmçinin işğaldan azad olunmuş rayon və şəhərlərdə ermənilərin törətdiyi vəhşiliklərə, dağıntılara dair fotolar da təqdim edilir. Sərgidə Vətən müharibəsi zamanı Ermənistan tərəfindən mülki əhaliyə qarşı törədilən cinayətləri əks etdirən fotolar da nümayiş olunur.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

18 Oktyabr 2021, 13:00 (GMT +4)
Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

18 Oktyabr 2021, 12:50 (GMT +4)
Azad edilən kəndlərdə hər bir evin ən azı 12 sot torpaq sahəsi olacaq

18 Oktyabr 2021, 12:48 (GMT +4)
Suriya hökumət və müxalifəti ölkə konstitusiyası ilə bağlı danışıqlara başlayıblar

18 Oktyabr 2021, 12:40 (GMT +4)
Azərbaycanın XİN başçısı Ermənistandakı revanşist qüvvələrə xəbərdarlıq edib

18 Oktyabr 2021, 12:30 (GMT +4)
İlham Əliyev Türkiyənin əmək və sosial müdafiə nazirini qəbul edib

18 Oktyabr 2021, 12:20 (GMT +4)
Prezident Qətərin Baş nazirinin müavinini qəbul edib

18 Oktyabr 2021, 12:10 (GMT +4)
İlham Əliyev Füzulinin Dövlətyarlı kəndində “Ağıllı kənd”in təməlini qoyub

18 Oktyabr 2021, 12:00 (GMT +4)
Bu il pensiya və ünvanlı yardım üzrə əhaliyə ödənilən vəsaitin məbləği açıqlanıb

18 Oktyabr 2021, 11:57 (GMT +4)
Hindistanda leysan yağışlarında ölənlərin sayı 26-ya yüksəlib

18 Oktyabr 2021, 11:50 (GMT +4)
Azad edilən ərazilərə icazəsiz daxil olan şəxslər saxlanılıb

18 Oktyabr 2021, 11:40 (GMT +4)
Prezident İlham Əliyev xalqa müraciət edib

18 Oktyabr 2021, 11:36 (GMT +4)
İran XİN Azərbaycanla münasibətlər haqda: İcazə verin danışıqları diplomatik kanallar aparsın

18 Oktyabr 2021, 11:30 (GMT +4)
Göygöldə karantini pozan obyektin sahibi məsuliyyətə cəlb olunub

18 Oktyabr 2021, 11:20 (GMT +4)
Perunun media qurumunda Fərid Şəfiyevlə müsahibə dərc olunub

18 Oktyabr 2021, 11:10 (GMT +4)
Xəzərdə Azərbaycanın sərhədini pozmağa cəhd olunub, xəbərdarlıq atəşi açılıb

18 Oktyabr 2021, 11:05 (GMT +4)
Pentaqon rəhbəri: ABŞ Gürcüstanın müdafiəsini gücləndirməyə hazırdır

18 Oktyabr 2021, 11:02 (GMT +4)
İranla 4+1 dövlətlərinin nüvə danışıqları cari həftə başlayır

18 Oktyabr 2021, 11:00 (GMT +4)
Azərbaycan və Qətər XİN başçıları arasında görüş başlayıb

18 Oktyabr 2021, 10:50 (GMT +4)
Bu il Azərbaycanda yol qəzalarında həlak olan kişi və qadınların sayı açıqlanıb

18 Oktyabr 2021, 10:40 (GMT +4)
Bu il Azərbaycanda 1 171 yol qəzası olub, 504 nəfər ölüb

18 Oktyabr 2021, 10:37 (GMT +4)
Blinken Qətər xarici işlər naziri ilə Əfqanıstandakı vəziyyəti müzakirə edib

18 Oktyabr 2021, 10:35 (GMT +4)
İsrail generalı: Müharibə olsa Hizbullah günə iki min raket atacaq

18 Oktyabr 2021, 10:30 (GMT +4)
Bu gün beynəlxalq məhkəmədə Azərbaycanın Ermənistana qarşı iddiası üzrə dinləmə keçiriləcək

18 Oktyabr 2021, 10:27 (GMT +4)
Rusiyada şagird məktəbdə atışma təşkil edib

18 Oktyabr 2021, 10:20 (GMT +4)
Ceyhun Bayramov Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib

18 Oktyabr 2021, 10:10 (GMT +4)
Xudafərin körpüsünün işğaldan azad olunmasından 1 il ötür

18 Oktyabr 2021, 10:00 (GMT +4)
Azərbaycanın müstəqilliyini bərpa etməsindən 30 il ötür

18 Oktyabr 2021, 07:48 (GMT +4)
İran Silahlı Qüvvələrinin Baş qərargah rəisi Pakistandan sonra Rusiyaya gedib

18 Oktyabr 2021, 06:53 (GMT +4)
İraqda parlament seçkilərinin nəticələrinə etirazlar başlayıb

17 Oktyabr 2021, 17:50 (GMT +4)
Azərbaycan Prezidenti Füzuli şəhərinin təməl daşını qoyub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66