Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » HADİSƏLƏR

Sabunçu rayonunda küçə təmir edilib

18 Avqust 2021, 13:53 (GMT +4)

Bakı, 18 avqust, SalamNews. Bu ilin İnvestisiya Proqramına uyğun olaraq rayonun Bakıxanov qəsəbəsində 3.1 km uzunluğa malik Bəşir Bünyadov küçəsində aparılan təmir-tikinti işləri yekunlaşıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən SalamNews-a verilən məlumata görə,paytaxtın ən böyük yollarından biri olan və Bakıxanov qəsəbəsini “Koroğlu” yol qovşağı ilə birləşdirən küçə, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə çıxışı da təmin edir. Eni ortalama 14 metr olan küçə ilə paytaxtın mərkəzi istiqamətlərindən Bakıxanov qəsəbəsinə doğru avtomobillərin sərbəst və təhlükəsiz hərəkətinə imkan yaranır.

Aparılan təmir işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Frezlənmiş əraziyə əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyü döşənib. Bu işlərə paralel olaraq küçə boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub. Bununla yanaşı küçə boyu zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, köhnə səki daşları yenisi ilə əvəz edilib “İnşaat Norma və Qaydaları”na uyğun olaraq küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

Sonuncu mərhələdə küçə boyu avtonəqliyyat vasitələrinin normal hərəkətinin üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılaraq küçə yeni görkəmdə vətəndaşların istifadəsinə verilib.

Təbii ki, əsaslı şəkildə təmiri aparılan adı çəkilən küçə Sabunçu rayonu vətəndaşlarının əsas istifadə etdiyi yollardan olduğu üçün işlərin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxaracaq.

Görülən bütün işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılıb. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Növbəti Sərəncam və İnvestisiya Proqramları çərçivəsində rayon üzrə digər küçə və yollarda da təmir işlərinin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2019-2020-ci illərdə Sabunçu rayonunun qəsəbələrini əhatə edən ümumi uzunluğu 200 km-dən çox olan küçə və yola asfalt-beton örtüyü döşənib.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

01 Dekabr 2021, 09:30 (GMT +4)
XİN Laçının işğaldan azad olunmasının 1 ili ilə bağlı paylaşım edib

01 Dekabr 2021, 09:20 (GMT +4)
Fələstin səfirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib

01 Dekabr 2021, 09:10 (GMT +4)
Selcuk Bayraktar: Azərbaycanda baş verən helikopter qəzası ürəyimizi parçaladı

01 Dekabr 2021, 09:05 (GMT +4)
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusda yerləşdirilməsinə hazır olduğunu bildirib

01 Dekabr 2021, 09:00 (GMT +4)
Laçının erməni işğalından azad olunmasından bir il ötür

01 Dekabr 2021, 02:03 (GMT +4)
İtaliya çempionatı: "Yuventus" səfərdə qalib gəlib

01 Dekabr 2021, 00:38 (GMT +4)
"Real"ın yarımmüdafiəçisi Eden Hazard yenidən zədələnib

01 Dekabr 2021, 00:18 (GMT +4)
"Neftçi"nin qış təlim-məşq toplanışı Türkiyədə baş tutacaq

30 Noyabr 2021, 22:55 (GMT +4)
I Divizion: MOİK və "Qaradağ Lökbatan" qələbə qazanıb, "Qarabağ" heç-heçə edib

30 Noyabr 2021, 22:00 (GMT +4)
"Qarabağ" Polşa klubu ilə qarşılaşacaq

30 Noyabr 2021, 21:58 (GMT +4)
AZAL-ın təyyarəsi güclü duman səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıdıb

30 Noyabr 2021, 21:41 (GMT +4)
Azərbaycanlı hakimlər Türkiyədə VAR seminarında iştirak edir

30 Noyabr 2021, 21:25 (GMT +4)
İranın Xarici İşlər Nazirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib

30 Noyabr 2021, 19:50 (GMT +4)
Ərdoğan Azərbaycan Prezidentinə başsağlığı verib

30 Noyabr 2021, 19:30 (GMT +4)
2021-ci ilin ən yaxşı oyunçusu Benzemadır - "Real"ın yarımmüdafiəçisi

30 Noyabr 2021, 18:04 (GMT +4)
MM sədri helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib

30 Noyabr 2021, 17:57 (GMT +4)
Aİ-nin xüsusi nümayəndəsi Ermənistanda səfərdədir

30 Noyabr 2021, 17:47 (GMT +4)
Prokuror Zakir Sultanova 12 il həbs cəzası istəyib

30 Noyabr 2021, 17:34 (GMT +4)
Mətbuat Şurasında “Xalq cəbhəsi” qəzetinin 20 illiyinə həsr olunmuş toplantı keçirilib

30 Noyabr 2021, 17:22 (GMT +4)
Putin ilk dəfə olaraq NATO-nun təlimlərindən narahat olduğunu açıq şəkildə dilə gətirib

30 Noyabr 2021, 17:16 (GMT +4)
Bakıda bir neçə marşrutun hərəkət sxemlərində müvəqqəti dəyişiklik edilib

30 Noyabr 2021, 17:05 (GMT +4)
Peyvənd olunanların sayı açıqlanıb

30 Noyabr 2021, 16:54 (GMT +4)
İran səfirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib

30 Noyabr 2021, 16:47 (GMT +4)
Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub

30 Noyabr 2021, 16:37 (GMT +4)
Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb

30 Noyabr 2021, 16:28 (GMT +4)
Baş Prokurorluq: Helikopter qəzası ilə bağlı cinayət işi başlanıb

30 Noyabr 2021, 16:17 (GMT +4)
DSX helikopter qəzasında həlak olan və yaralanan hərbçilərin adlarını açıqlayıb

30 Noyabr 2021, 16:09 (GMT +4)
Prezident İlham Əliyev helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib

30 Noyabr 2021, 15:58 (GMT +4)
Türkiyənin müdafiə naziri Elçin Quliyevə və Zakir Həsənova başsağlığı verib

30 Noyabr 2021, 15:43 (GMT +4)
ABŞ dövlət katibi Latviyadan Rusiyaya xəbərdarlıq edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66