Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » HADİSƏLƏR

Eldar Həsənovun barəsində cinayət işinin istintaqı tamamlanıb

16 Avqust 2021, 15:16 (GMT +4)

Bakı, 16 avqust, SalamNews. Sabiq səfir Eldar Həsənovun barəsində Baş Prokurorluğun İstintaq İdarəsində aparılan cinayət işinin istintaqı tamamlanıb.

Baş Prokurorluqdan SalamNews-a verilən məlumata görə, aparılmış istintaqla Həsənov Eldar Hümbət oğlunun Azərbaycan Respublikasının Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17.931.316 manat (16.893.868 avro) pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf etmə və mənimsəməsinə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11.804.661 manat (11.156.716 avro) məbləğində pul vəsaitini leqallaşdırmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməsinə, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373 manat (180.728 avro) məbləğində mühüm zərər vurmasına və dövlət büdcəsinin xeyli miqdar təşkil edən 192.387 manat (101.761 avro) pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr müəyyən edilib:

"Buna görə, Eldar Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Avqustun 16-da cinayət işi üzrə ittiham aktı təsdiq edilməklə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Eldar Həsənovun birgə ittiham olunduğu cinayətlərin digər iştirakçıları barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaqı davam etdirilir.

Son zamanlar bəzi sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində Eldar Həsənovun səhhəti ilə bağlı həqiqətəuyğun olmayan məlumatlar yayılmaqdadır. Bununla bağlı bildirilir ki, o, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin hərbi hospitalında müayinə və müalicə olunub, barəsində cinayət təqibinin həyata keçirilməsinə mane olan hər hansı xəstəliyi aşkar olunmayıb".





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

07 Dekabr 2021, 00:43 (GMT +4)
UEFA "Qarabağ"la bağlı paylaşım edib - (FOTO)

07 Dekabr 2021, 00:19 (GMT +4)
Kərim Benzema “Real” – “İnter” matçını buraxa bilər

06 Dekabr 2021, 22:00 (GMT +4)
Gənclər və idman naziri təlim-məşq bazasının açılışında iştirak edib

06 Dekabr 2021, 20:50 (GMT +4)
"Beşiktaş" "Borussiya" ilə oyuna ciddi itkilərlə çıxacaq

06 Dekabr 2021, 19:20 (GMT +4)
Lionel Messinin 30 milyon avroluq oteli sökülür

06 Dekabr 2021, 18:02 (GMT +4)
İndoneziyada vulkan püskürməsindən ölənlərin sayı 22-yə çatıb

06 Dekabr 2021, 17:52 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

06 Dekabr 2021, 17:42 (GMT +4)
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

06 Dekabr 2021, 17:38 (GMT +4)
Səudiyyə Ərəbistanı koalisiyası son beş gündə Yəmənə 130 aviazərbə endirib

06 Dekabr 2021, 17:28 (GMT +4)
Azərbaycanda telefon rabitəsinin 140 illiyi ilə bağlı poçt markası buraxılıb

06 Dekabr 2021, 17:17 (GMT +4)
Şəhid və qazi övladları üçün növbəti xeyriyyə aksiyası təşkil olunub (FOTO)

06 Dekabr 2021, 17:07 (GMT +4)
İran “Omicron” virusunun təhlükəsilə bağlı yeddi Afrika ölkəsindən gələnlərə qadağalar tətbiq edib

06 Dekabr 2021, 16:52 (GMT +4)
Avstriyanın yeni kansleri and içib

06 Dekabr 2021, 16:42 (GMT +4)
Daha bir koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

06 Dekabr 2021, 16:30 (GMT +4)
Baş Prokurorluq: “Korrupsiya cinayətləri törədən 41 şəxs amnistiyaya düşüb"

06 Dekabr 2021, 16:19 (GMT +4)
Rusiya prezidenti Vladimir Putin Hindistana rəsmi səfərə gedib

06 Dekabr 2021, 16:15 (GMT +4)
“Bazarstore”un idxal etdiyi bibərlərdə virus aşkarlanıb

06 Dekabr 2021, 16:05 (GMT +4)
Sosial şəbəkədə tanış olduqları şəxsləri alçaldıcı videolara çəkən dəstə üzvləri həbs edilib (VİDEO)

06 Dekabr 2021, 16:00 (GMT +4)
Avropa Cüdo Birliyi Azərbaycan Cüdo Federasiyasını təltif edib

06 Dekabr 2021, 15:52 (GMT +4)
Helikopter qəzasında şəhid olanların ailələrinə 11 min manat ödəniləcək

06 Dekabr 2021, 15:42 (GMT +4)
Amnistiya aktının tətbiqi ilə 500 min manatdan çox cərimə ləğv edilib

06 Dekabr 2021, 15:31 (GMT +4)
İran XİN rəhbəri ölkədə uranın 90% zənginləşdirilməsilə bağlı xəbərlərə münasibət bildirib

06 Dekabr 2021, 15:30 (GMT +4)
Baş Prokurorluq: Helikopter qəzası ilə bağlı araşdırmalar davam edir

06 Dekabr 2021, 15:20 (GMT +4)
Rusiyada ilk dəfə COVID-19-un “Omikron” ştammı qeydə alınıb

06 Dekabr 2021, 15:08 (GMT +4)
Cəlilabad rayon İH başçısı mərkəzi xəstəxanada müalicə alan qaziyə baş çəkib (FOTO)

06 Dekabr 2021, 15:00 (GMT +4)
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 44 % artıb

06 Dekabr 2021, 14:50 (GMT +4)
Prezident Quba Olimpiya İdman Kompleksində yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub

06 Dekabr 2021, 14:45 (GMT +4)
İlham Əliyev Quba-Qonaqkənd avtomobil yolunun açılışını edib

06 Dekabr 2021, 14:40 (GMT +4)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubaya səfərə gediblər

06 Dekabr 2021, 14:30 (GMT +4)
Şərqi Zəngəzurda əhalinin artım səviyyəsi ölkə üzrə orta göstəricidən yuxarıdır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66