Mobil versiya RU AZ
_




DÜNYA » DİN

İmam Huseyn qiyamıyla cəmiyyətdə oturuşmuş səhv təfəkkürlərə qarşı çıxdı – İlqar Kamil

14 Avqust 2021, 12:18 (GMT +4)

Bakı, 14 avqust, SalamNews. “Zalımın taziyanəsinin səsini eşidəndə heç vaxt soruşma ki, kimdir şallaqlanan; sənsən şallaqlanan. Və elə ona görə də hansısa məzlumun ah-naləsini duyanda dərhal soruşma ki, görəsən, kimdir zülmə məruz qalan; sənsən zülmə məruz qalan... İmam Huseyn öz qiyamıyla həm də oturuşmuş təfəkkürə qarşı çıxır, onu dəyişmək istəyirdi.”

SalamNews xəbər verir ki, bunu ilahiyyatçı yazar İlqar Kamil Aşura faciəsilə bağlı fikirlərini bölüşərkən yazıb.

O, Aşuranı yaradan səbəblər haqda fikirlərini bölüşüb və o səbəblərdən birinin cəmiyyətin zülmə, zalıma və məzluma biganə yanaşması olduğunu deyib. Onun sözlərinə görə İmam Hüseynin qiyamının əsas səbəblərindən biri də cəmiyyətdə oturuşmuş səhv düşüncələri aradan qaldırmaqdır.

İlqar Kamil yazır:

“Dünyada elə bir insan yoxdur ki, ada kimi tək-tənha dayanıb dursun: hər insan qitənin bir hissəsi, qurunun bir parçasıdır; dalğalar sahildəki qayanı yuyub aparsa Avropa bir qaya qədərində kiçilər, tufan sənin, ya dostunun evini yerlə yeksan eləsə dünya bir ev azalar; eləcə də hər insanın ölümü mənim ömrümü gödəldir, çünki mən bəşəriyyətin ayrılmaz bir parçasıyam və elə ona görə də kilsə zənginin harayını eşidəndə heç vaxt soruşma ki, kimdir dünyadan köçən; sənsən dünyadan köçən!

Ernest Heminqueyin "Əcəl zəngi" adlı romanının epiqrafını məşhur ingilis şairi Con Donun dillər əzbəri olan bu sözləri bəzəyir. Necə də təsirli və düşündürücüdür: "...və elə ona görə də kilsə zənginin harayını eşidəndə heç vaxt soruşma ki, kimdir dünyadan köçən; sənsən dünyadan köçən!" Və elə ona görə də zalımın taziyanəsinin səsini eşidəndə heç vaxt soruşma ki, kimdir şallaqlanan; sənsən şallaqlanan. Və elə ona görə də hansısa məzlumun ah-naləsini duyanda dərhal soruşma ki, görəsən, kimdir zülmə məruz qalan; sənsən zülmə məruz qalan...! - Con Donun sözlərini belə və başqa əlli cürə də improvizə eləmək olar, ardınca da qəti qənaətə gəlmək olar ki, zalımın zalım sayılması üçün konkret sənə (də) zülm etməsi şərt deyil.

Zülm əcəl kimidir, əzizim, o, mütləq bir gün sənin də qapını döyəcək, bu, birmənalıdır, amma müsəlman heç vaxt bunu anlamadı, əksinə, iki gün sonrasını belə düşünə bilmədən, bütün canlılar kimi, (insan kimi deyil), məhz instinktinin diliylə danışmağı seçdi:

"məni çalmayan ilan, buyursun, min il yaşasın".

O çağın ümmətinə baxaq... bəyəm Yezidin necə bir ilan olduğunu bilməyən, duymayan vardı? Hazırda "Qisseye Kərbəla" kitabını oxuyuram, müəllifin yazdıqlarından belə çıxır ki, ümmətin az qala hamısı, hər şeyin fərqindəydi, lakin, formalaşmış təfəkkür tərzi anlaya bilmirdi ki, ilanın ilan sayılması üçün konkret səni sancması, zalımın zalım yerinə qoyulması üçün konkret sənə zülm etməsi şərt deyil. İmam Huseyn öz qiyamıyla həm də bu oturuşmuş təfəkkürə qarşı çıxır, onu dəyişmək istəyirdi: ilanın ağına da lənət, qarasına da!

Yeri gəlmişkən, Ruminin bu haqda gözəl bir təmsili var, deyir, bir nəfər qarlı-buzlu havada ova gedir və dağda, şaxtada donmuş bir ilan görür. İlanı ölü sanıb evinə gətirir. Evdə isti dəyən kimi ilan dirçəlir və dərhal da ovçunu sancır. Rumi bu təmsili danışandan sonra öz irfani qənaətini belə verir:

(İn nəfs əjdərhast, u key morde əst?

Əz ğəme-bihaləti əfsorde əst).

Yəni, nəfs (oxu: zalım) ilana bənzəyir, o nə vaxt ölüb! Sadəcə, halsızlıqdan rəngi solub.

Odur ki, arxayınlaşmamalı insan, onu sancmayan ilanın başını əzə bilmirsə də, heç olmasa ona uzun ömür arzulamamalı, dedim axı, zalımın zalım sayılması üçün konkret mənə də, sənə də zülm etməsi şərt deyil.

...və elə ona görə də, əzizim, kilsə zənginin harayını eşidəndə dərhal soruşma ki, kimdir dünyadan köçən; sənsən dünyadan köçən, sənsən dünyadan köçən!”



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Bu gün İmam Hüseynin (ə) mövlud günüdür

“İmam Hüseyn (ə) və Şərqşünaslıq” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

İmam Hüseynin (ə) Ziyarətgahı İdarəsi Ərbəin ziyarətinin uğurla başa çatdığını bildirib

Ərbəin günündə İmam Hüseyn (ə) hərəminin səmadan möhtəşəm görüntüləri (FOTO,VİDEO)

Kərbəla və İmam Hüseynin hərəminə aid 100 il öncənin nadir görüntüləri yayımlanıb (VİDEO)

Kərbəlada İmam Hüseynin (ə) ziyarətgahı kompleksində yanğın olub

Misir prezidentinin iştirakı ilə Qahirədə İmam Hüseyn məscidinin açılışı olub (FOTO)

Bu gün İmam Hüseynin (ə) mövlud günüdür

OPEK-in baş katibi Kərbəlada İmam Hüseynin (ə) məzarını ziyarət edib (FOTO)

Kərbəla şəhəri və İmam Hüseynin (ə) məqbərəsi Ərbəin günündə (VIDEO)

Selçuk Bayraktar İmam Hüseyn və Aşura günü ilə bağlı paylaşım edib

İran imam Hüseyn (ə) eşqini bütün dünyaya nümayiş etdirib

Bu gün İmam Hüseyn (ə) yolunda qan vermək daha çox savab sayılır - Allahşükür Paşazadə

Hacı Şahin Həsənli: "İmam Hüseyn (ə) məktəbi harada varsa, orada əmin-amanlıq var"

İmam Hüseyn (ə) öz qanı ilə islama birlik bəxş edib, dini oyatdı - ilahiyyatçı

İmam Hüseyn (ə) Aşura günü dini və müsəlmanlığı xilas etdi - ilahiyyatçı

Biz hamımız İmam Hüseynə (ə) borcluyuq - ilahiyyatçı

İmam Hüseynin (ə) bütün həyatı bizim üçün örnək və ibrətdir - ilahiyyatçı

İmkan verməməliyik İmam Hüseynin (ə) adından sui-istifadə edilsin - Hacı Şahin Həsənli

İmam Hüseyn (ə) təkcə şiələrin deyil, həm də sünnilərindir - Allahşükür Paşazadə


Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66