Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » HADİSƏLƏR

Bakıda internat məktəbinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

13 Avqust 2021, 16:00 (GMT +4)

Bakı, 13 avqust, SalamNews. Korrupsiyaya qarşı mübarizə, vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə hallarının qarşısının alınması istiqamətində prokurorluq orqanları tərəfindən ardıcıl və sistemli tədbirlər həyata keçirilir.

Baş Prokurorluqdan SalamNews-a bildirilib ki, bu tədbirlərin davamı kimi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan 11 nömrəli İnteqrasiya Təlimli İnternat Məktəbinin vəzifəli şəxslərinin səlahiyyətlərindən sui-istifadə edib saxtakarlığa yol verməklə külli miqdarda pul vəsaitini mənimsəmələri faktları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Mcəlləsinin 179.3.2 (Mənimsəmə külli miqdarda törədildikdə), 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq istintaqı aparılır.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilmişdir ki, həmin məktəbin direktoru işləmiş Gülnarə Abdullayeva 2020-ci ilin yanvar ayından 2021-ci ilin avqust ayınadək olan müddətdə şəxsən və həmin məktəbin əməkdaşları vasitəsilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə faktiki olaraq işə gəlməyən müəllimlərin guya işə gəlməklə tədris həyata keçirməsi, müəllim və tərbiyəçilərin dərs saatlarının artıq göstərilməsi, gündəlik məktəbə gələn uşaqların sayının artıq göstərilməsi ilə onların qidalanması üçün tələb olunan qida məhsulları və içməli suyun artıq rəsmiləşdirilməsinə nail olmaqla 88 min 622 manat pul vəsaitini nağdlaşdıraraq mənimsəməsinə, vəzifə saxtakarlığına yol verərək səlahiyyətlərindən sui-istifadə edib.

Cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, G.Abdullayevanın otağına keçirilmiş baxış zamanı ayrı-ayrı şəxslərin adına olan 4 ədəd plastik kart, işçilərə pul vəsaiti verməsi ilə bağlı qeydlərin aparıldığı dəftərçəsi aşkar olunaraq götürülüb.

Hazırda cinayət işi üzrə bütün təqsirli şəxslərin dairəsinin müəyyən edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

01 Dekabr 2021, 11:10 (GMT +4)
Yevlaxda dəyirmanda yanğın olub

01 Dekabr 2021, 11:00 (GMT +4)
Xocavəndə icazəsiz keçən 9 nəfər saxlanılıb

01 Dekabr 2021, 10:50 (GMT +4)
Şamaxıda restoran sahibi barəsində cinayət işi başlanılıb

01 Dekabr 2021, 10:49 (GMT +4)
Avropalı diplomatlar nüvə sazişilə bağlı danışıqlarda irəliləyişin olduğunu bildiriblər

01 Dekabr 2021, 10:30 (GMT +4)
XİN Aİ-nin Azərbaycandakı nümayəndəsinə təşəkkür edib

01 Dekabr 2021, 10:20 (GMT +4)
Pakistan səfirliyi Azərbaycana başsağlığı verib

01 Dekabr 2021, 10:17 (GMT +4)
Taliban son dörd ayda Əfqanıstanda 100-dən çox polis və təhlükəsizlik işçisini edam edib - Human Rights Watch

01 Dekabr 2021, 10:10 (GMT +4)
Azərbaycanın xarici işlər naziri Stokholma işgüzar səfərə yola düşüb.

01 Dekabr 2021, 10:00 (GMT +4)
Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna asfalt örtüyü döşənir

01 Dekabr 2021, 09:50 (GMT +4)
İctimai yerlərdə koronavirus xəstələri aşkar edilərək saxlanılıblar

01 Dekabr 2021, 09:40 (GMT +4)
Azərbaycan nefti 5 %-dən çox ucuzlaşıb

01 Dekabr 2021, 09:40 (GMT +4)
Göygöldə bir neçə ildir cinayətlər törədən “fizika müəllimi” və dəstəsi ifşa edilib

01 Dekabr 2021, 09:40 (GMT +4)
Laçında hərbi və mülki təyinatlı obyektlər su ilə təchiz edilib

01 Dekabr 2021, 09:35 (GMT +4)
İraqın Seçki Komissiyası yekun nəticələri açıqlayıb, Sədrin partiyası öndə gedir

01 Dekabr 2021, 09:30 (GMT +4)
XİN Laçının işğaldan azad olunmasının 1 ili ilə bağlı paylaşım edib

01 Dekabr 2021, 09:20 (GMT +4)
Fələstin səfirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib

01 Dekabr 2021, 09:10 (GMT +4)
Selcuk Bayraktar: Azərbaycanda baş verən helikopter qəzası ürəyimizi parçaladı

01 Dekabr 2021, 09:05 (GMT +4)
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusda yerləşdirilməsinə hazır olduğunu bildirib

01 Dekabr 2021, 09:00 (GMT +4)
Laçının erməni işğalından azad olunmasından bir il ötür

01 Dekabr 2021, 02:03 (GMT +4)
İtaliya çempionatı: "Yuventus" səfərdə qalib gəlib

01 Dekabr 2021, 00:38 (GMT +4)
"Real"ın yarımmüdafiəçisi Eden Hazard yenidən zədələnib

01 Dekabr 2021, 00:18 (GMT +4)
"Neftçi"nin qış təlim-məşq toplanışı Türkiyədə baş tutacaq

30 Noyabr 2021, 22:55 (GMT +4)
I Divizion: MOİK və "Qaradağ Lökbatan" qələbə qazanıb, "Qarabağ" heç-heçə edib

30 Noyabr 2021, 22:00 (GMT +4)
"Qarabağ" Polşa klubu ilə qarşılaşacaq

30 Noyabr 2021, 21:58 (GMT +4)
AZAL-ın təyyarəsi güclü duman səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıdıb

30 Noyabr 2021, 21:41 (GMT +4)
Azərbaycanlı hakimlər Türkiyədə VAR seminarında iştirak edir

30 Noyabr 2021, 21:25 (GMT +4)
İranın Xarici İşlər Nazirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib

30 Noyabr 2021, 19:50 (GMT +4)
Ərdoğan Azərbaycan Prezidentinə başsağlığı verib

30 Noyabr 2021, 19:30 (GMT +4)
2021-ci ilin ən yaxşı oyunçusu Benzemadır - "Real"ın yarımmüdafiəçisi

30 Noyabr 2021, 18:04 (GMT +4)
MM sədri helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66