Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » HADİSƏLƏR

Hökməli və Aşağı Güzdəkdə çətənə yetişdirən şəxslər saxlanılıblar 

05 Avqust 2021, 15:09 (GMT +4)

Bakı, 5 avqust, SalamNews. Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, həmçinin, narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyatlar həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, Polis Bölməsinə əvvəllər məhkum olunmuş Əli Kiçikbəyovun Hökməli qəsəbəsində yaşadığı evin həyətində çətənə bitkilərini əkib-becərdiyi, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirdiyi barədə əməliyyat məlumatı daxil olub. Dərhal polislər tərəfindən həmin ünvana baxış keçirilib. Baxış zamanı Əli Kiçikbəyovun həyətində xüsusi qulluq edərək yetişdirdiyi 11 ədəd çətənə bitkisi aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq ondan əlavə olaraq marixuana, çətənə toxumları, 5 büküm heroin, 2 büküm metamfetamin və elektron tərəzi aşkar edilib. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri bu ilin əvvəlində əkdiyini və xüsusi qulluq etdiyini bildirib.

Qobu Polis Bölməsinin əməkdaşlarının Aşağı Güzdək qəsəbəsi ərazisində həyata keçirdikləri digər bir əməliyyat zamanı isə narkotik tərkibli çətənə kollarının kultivasiyası ilə məşğul olan, əvvəllər dəfələrlə məhkum edilmiş qəsəbə sakini Rasim Rzaxanov da saxlanılıb. Onun evinin həyətinə baxış zamanı 1 kiloqrama yaxın marixuana və 15 ədəd xüsusi qulluq edərək yetrişdirdiyi çətənə kolu aşkar edilib. Rasim Rzaxanov ifadəsində narkotik tərkibli bitkiləri əkib-becərdiyini və xüsusi qulluq edərək yetişdirdiyini etiraf edib.

Qeyd edək ki, narkotik vasitələrin kultivasiyası, eləcə də qanunsuz dövriyyəsində şübhəli bilinən Rasim Rzaxanov ölmüş iri buynuzlu qidaya yararsız mal və at ətlərinin Respublikanın müxtəlif rayonlarından toplanması, tədarükü, həmçinin emalı ilə məşğul olduğu üçün bir neçə il bundan əvvəl saxlanılan mütəşəkkil dəstə başçısı Alıbəy Rzaxanovun qardaşıdır.

Faktlarla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin ətrafında əməliyyat- istintaq tədbirləri davam etdirilir.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

07 Dekabr 2021, 00:43 (GMT +4)
UEFA "Qarabağ"la bağlı paylaşım edib - (FOTO)

07 Dekabr 2021, 00:19 (GMT +4)
Kərim Benzema “Real” – “İnter” matçını buraxa bilər

06 Dekabr 2021, 22:00 (GMT +4)
Gənclər və idman naziri təlim-məşq bazasının açılışında iştirak edib

06 Dekabr 2021, 20:50 (GMT +4)
"Beşiktaş" "Borussiya" ilə oyuna ciddi itkilərlə çıxacaq

06 Dekabr 2021, 19:20 (GMT +4)
Lionel Messinin 30 milyon avroluq oteli sökülür

06 Dekabr 2021, 18:02 (GMT +4)
İndoneziyada vulkan püskürməsindən ölənlərin sayı 22-yə çatıb

06 Dekabr 2021, 17:52 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

06 Dekabr 2021, 17:42 (GMT +4)
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

06 Dekabr 2021, 17:38 (GMT +4)
Səudiyyə Ərəbistanı koalisiyası son beş gündə Yəmənə 130 aviazərbə endirib

06 Dekabr 2021, 17:28 (GMT +4)
Azərbaycanda telefon rabitəsinin 140 illiyi ilə bağlı poçt markası buraxılıb

06 Dekabr 2021, 17:17 (GMT +4)
Şəhid və qazi övladları üçün növbəti xeyriyyə aksiyası təşkil olunub (FOTO)

06 Dekabr 2021, 17:07 (GMT +4)
İran “Omicron” virusunun təhlükəsilə bağlı yeddi Afrika ölkəsindən gələnlərə qadağalar tətbiq edib

06 Dekabr 2021, 16:52 (GMT +4)
Avstriyanın yeni kansleri and içib

06 Dekabr 2021, 16:42 (GMT +4)
Daha bir koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

06 Dekabr 2021, 16:30 (GMT +4)
Baş Prokurorluq: “Korrupsiya cinayətləri törədən 41 şəxs amnistiyaya düşüb"

06 Dekabr 2021, 16:19 (GMT +4)
Rusiya prezidenti Vladimir Putin Hindistana rəsmi səfərə gedib

06 Dekabr 2021, 16:15 (GMT +4)
“Bazarstore”un idxal etdiyi bibərlərdə virus aşkarlanıb

06 Dekabr 2021, 16:05 (GMT +4)
Sosial şəbəkədə tanış olduqları şəxsləri alçaldıcı videolara çəkən dəstə üzvləri həbs edilib (VİDEO)

06 Dekabr 2021, 16:00 (GMT +4)
Avropa Cüdo Birliyi Azərbaycan Cüdo Federasiyasını təltif edib

06 Dekabr 2021, 15:52 (GMT +4)
Helikopter qəzasında şəhid olanların ailələrinə 11 min manat ödəniləcək

06 Dekabr 2021, 15:42 (GMT +4)
Amnistiya aktının tətbiqi ilə 500 min manatdan çox cərimə ləğv edilib

06 Dekabr 2021, 15:31 (GMT +4)
İran XİN rəhbəri ölkədə uranın 90% zənginləşdirilməsilə bağlı xəbərlərə münasibət bildirib

06 Dekabr 2021, 15:30 (GMT +4)
Baş Prokurorluq: Helikopter qəzası ilə bağlı araşdırmalar davam edir

06 Dekabr 2021, 15:20 (GMT +4)
Rusiyada ilk dəfə COVID-19-un “Omikron” ştammı qeydə alınıb

06 Dekabr 2021, 15:08 (GMT +4)
Cəlilabad rayon İH başçısı mərkəzi xəstəxanada müalicə alan qaziyə baş çəkib (FOTO)

06 Dekabr 2021, 15:00 (GMT +4)
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 44 % artıb

06 Dekabr 2021, 14:50 (GMT +4)
Prezident Quba Olimpiya İdman Kompleksində yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub

06 Dekabr 2021, 14:45 (GMT +4)
İlham Əliyev Quba-Qonaqkənd avtomobil yolunun açılışını edib

06 Dekabr 2021, 14:40 (GMT +4)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubaya səfərə gediblər

06 Dekabr 2021, 14:30 (GMT +4)
Şərqi Zəngəzurda əhalinin artım səviyyəsi ölkə üzrə orta göstəricidən yuxarıdır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66