Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzinin açılışı olub

31 İyul 2021, 16:00 (GMT +4)

Bakı, 31 iyul, SalamNews. Açılış mərasimində Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər iştirak edib

Azərbaycan Dillər Universitetində (ADU) Pakistan Mədəniyyət Mərkəzinin açılışı olub. Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, açılış mərasimində Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər, Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee, Azərbaycan Milli Məclisinin deputatları və başqaları iştirak edib.

Universitetdən SalamNews-a bildirilib ki, ADU-nun rektoru, akademik Kamal Abdulla qonağı rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnun olduğunu bildirib. Rektor 44 günlük Vətən müharibəsinin Azərbaycan üçün böyük sınaq olduğunu deyib: “Azərbaycan xalqı bu sınaqdan Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında böyük inamla, qələbə ilə çıxdı. Biz 44 günlük Vətən müharibəsində qalib gəldik, ərazilərimizin bütövlüyünü bərpa elədik. Bu çətin sınaq dövründə bir çox qardaş ölkələr bizim yanımızda oldu. Bu dövlətlər arasında Pakistan ön sıralarda idi. Bunun üçün öz həmkarlarım adından, Azərbaycan ziyalıları adından minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, bu minnətdarlıq hissi Azərbaycan xalqının qəlbindən əsrlərlə silinməyəcək”.

Akademik Kamal Abdulla əlavə edib ki, böyük mədəniyyətə, zəngin elmi irsə malik olan Pakistanın mədəniyyət mərkəzinin ADU-da açılması əlamətdar hadisədir. Pakistanın Azərbaycanda ilk mədəni məkanı olan mərkəzin açılmasının pakistanlı və azərbaycanlı gənclər, eyni zamanda, hər iki ölkənin alimləri üçün çox səmərəli fəaliyyətin başlanğıcı olacaq: “Biz istəyirik ki, bu mərkəzdə azərbaycanlı gənclər Pakistan xalqını daha yaxşı tanısın. Biz istəyirik ki, Pakistanın böyük elm və ədəbiyyat xadimlərinin əsərləri auditoriyalarda məhəbbətlə səslənsin. İstəyirik ki, Azərbaycan Dillər Universitetində olan Pakistan Mədəniyyət Mərkəzi kimi Azərbaycan Mədəniyyət Mərkəzi də Pakistanda qurulsun. Artıq bu işə sizin tövsiyyənizlə başlamışıq. İnanıram ki, siz də, sizin həmkarlarınız da bu xeyirxah işdə bizi dəstəkləyəcəksiniz. Bir daha Azərbaycan Dillər Universitetinə xoş gəlmisiniz. Sizi əmin edirəm ki, növbəti səfərinizdə bu mərkəz vasitəsi ilə urdu dilində danışan tələbələrlə görüşəcəksiniz”.

Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee bildirib ki, Pakistan Mədəniyyət Mərkəzinin açılışı iki xalqın elm, təhsil və mədəni əlaqələrinin inkişafına böyük töhfə verəcək: “İnanıram ki, bu mərkəz vasitəsi ilə Pakistanın tarixi, dili, mədəniyyəti, adət-ənənələri ən gözəl şəkildə öyrəniləcək. İstərdik, bu gələcəkdə bu mərkəz o qədər inkişaf etsin ki, fakültə kimi fəaliyyətə başlasın və tələbələr ölkəmiz haqqında daha yaxşı məlumat əldə etsinlər”.

Səfir vurğulayıb ki, Pakistan gəncləri Azərbaycan gəncləri kimi Qarabağı öz ürəklərində hiss edirlər: “Biz sevinirik ki, Qarabağ işğaldan azad edilib. Arzu edirəm ki, Azərbaycan gəncləri də Kəşmiri öz ürəklərində hiss etsinlər və tezliklə Kəşmirin azadlığını Azərbaycanla birlikdə qeyd edək”.

Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər mərkəzin açılışına, Pakistan tarixinə və mədəniyyətinə olan diqqətə görə təşəkkürünü bildirib: “Pakistanda açılacaq Azırbaycan Mədəniyyət Mərkəzi üçün hər cür köməklik, dəstək göstərməyə hazırıq. Təhsil sahəsində əməkdaşlıq çox vacibdir. Biz gələcəkdə iki ölkə arasında tələbə mübadiləsi, elmi əməkdaşlıq sahəsində addımlar atacağıq. Eyni zamanda qarşılıqlı şəkildə diplomların tanınması məsələsi də gələcəkdə görüləcək işlərdir”.

Daha sonra tədbirdə Pakistan haqqında qısa film nümayiş olunub.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

19 Sentyabr 2021, 21:10 (GMT +4)
Azərbaycan Premyer Liqası: "Neftçi" "Keşlə"yə qalib gəlib - (YENİLƏNİB)

19 Sentyabr 2021, 16:05 (GMT +4)
"Qarabağ" - "Sumqayıt" matçının hakimləri məlum olub

19 Sentyabr 2021, 15:30 (GMT +4)
“Araz”ın Çempionlar Liqasındakı oyunlarının təqvimi açıqlanıb

19 Sentyabr 2021, 14:55 (GMT +4)
Lionel Messi PSJ-də ilinə 30 milyon avro qazanacaq 

19 Sentyabr 2021, 13:38 (GMT +4)
İtaliya A seriyasında 4-cü turun oyunları davam edir

19 Sentyabr 2021, 13:15 (GMT +4)
Mahir Emrelinin komandası liqada növbəti oyununa çıxır

19 Sentyabr 2021, 12:00 (GMT +4)
İspaniya çempionatı: "Atletiko" öz meydanında "Atletik"lə bacarmayıb

19 Sentyabr 2021, 10:59 (GMT +4)
Türkiyə çempionatı: "Beşiktaş" səfərdə qalib gəlib

19 Sentyabr 2021, 10:43 (GMT +4)
İngiltərə Premyer Liqası: "Liverpul" böyükhesablı qələbə qazanıb, "Mançester Siti" heç-heçə edib

18 Sentyabr 2021, 21:14 (GMT +4)
Azərbaycan Premyer Liqası: "Qəbələ" "Səbail"i 5 qolla məğlub edib, Zirədə bərabərlik qeydə alınıb

18 Sentyabr 2021, 17:01 (GMT +4)
Avstraliyada karantinlə bağlı etiraz aksiyalarında 260-dan çox insan həbs edilib

18 Sentyabr 2021, 16:52 (GMT +4)
Gəncədə 600-dən yuxarı bal toplayan məzunlarla görüş keçirilib

18 Sentyabr 2021, 16:40 (GMT +4)
Pentaqon Rusiyanın ABŞ üçün Çindən daha böyük təhlükəyə çevrilə biləcəyi qənaətindədir

18 Sentyabr 2021, 16:36 (GMT +4)
“Bursaspor”un baş məşqçisi Namik Ələskərovla xüsusi görüş keçirib

18 Sentyabr 2021, 16:35 (GMT +4)
Suriyada enerji xəttinin partladılması nəticəsində əksər əyalətlər işıqsız qalıb

18 Sentyabr 2021, 16:28 (GMT +4)
Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

18 Sentyabr 2021, 16:16 (GMT +4)
Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

18 Sentyabr 2021, 16:06 (GMT +4)
İƏT OA faktaraşdırıcı missiyanın yekunlarına dair bəyanat qəbul edib 

18 Sentyabr 2021, 15:54 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

18 Sentyabr 2021, 15:42 (GMT +4)
Azərbaycanda son sutkada 2042 nəfər COVID-19-a yoluxub, 29 nəfər ölüb

18 Sentyabr 2021, 15:35 (GMT +4)
Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 7 terrorçunu məhv edib

18 Sentyabr 2021, 15:26 (GMT +4)
Suriya ordusu 10 ildən sonra Təfas qəsəbəsini nəzarətə götürüb

18 Sentyabr 2021, 15:21 (GMT +4)
MN: Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir (VİDEO)

18 Sentyabr 2021, 15:10 (GMT +4)
“Azneft”in bir qrup işçisi təltif edilib

18 Sentyabr 2021, 14:58 (GMT +4)
Çində yol qəzasında 6 nəfər ölüb, 13 nəfər yaralanıb

18 Sentyabr 2021, 14:52 (GMT +4)
Əfsanəvi futbolçu Pelenin səhhəti yenidən pisləşib

18 Sentyabr 2021, 14:51 (GMT +4)
Anar Kərimov: Ruhumuzu və mədəniyyətimizi Şuşaya qaytarmışıq

18 Sentyabr 2021, 14:41 (GMT +4)
Pakistanın baş naziri Talibanla danışıqlar apardığını bildirib

18 Sentyabr 2021, 14:30 (GMT +4)
Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib

18 Sentyabr 2021, 14:27 (GMT +4)
Rusiya Xəzər flotiliyasının iki hərbi gəmisi Bakıya gəlib (FOTO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66