Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azad edilən ərazilərdə 13 911 daşınmaz əmlakın inventarlaşdırılması tamamlanıb

31 İyul 2021, 14:40 (GMT +4)

Bakı, 31 iyul, SalamNews. Azərbaycanın işğaldan azad edilən ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılan Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər üzrə işçi qrupunnövbəti iclası keçirilib.

SalamNews xəbər verir ki, videoformatda keçirilən iclasda İqtisadi Məsələlər üzrə İşçi Qrupda təmsil olunan Prezident Administrasiyası, İqtisadiyyat, Maliyyə ,Energetika,və Kənd Təsərrüfatı nazirliklərinin, Mərkəzi Bank, Dövlət Turizm Agentliyi, Qarabağ Dirçəliş Fondu, İpoteka və Kredit Zəmanət Fondunun nümayəndələri iştirak ediblər.

Əlaqələndirmə Qərargahının təsdiq etdiyi Strateji Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən görülmüş işlər barədə məlumat verilib. Qeyd edilib ki, ötən dövr ərzində Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Ağdam, Xocavənd, Tərtər, Şuşa, Xocalı və Kəlbəcər rayonları üzrə cəmi 13 911 daşınmaz əmlakın (11 016 ədəd tikili və 2 895 ədəd infrastruktur obyekti) çöl inventarlaşdırma işləri tamamlanıb və Laçın rayonunda işlər davam etdirilir. Həmçinin ilkin inventarlaşdırması aparılmış əmlakların 5 165 (37.1 %) ədədinin əsasən yararlı, 4411 (31.7 %) ədədinin qismən yararlı, 4335 (31.2 %) ədədinin isə yararsız vəziyyətdə olduğu müəyyən edilib.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı”nın yekun layihəsi dövlət orqanları, müəssisə və təşkilatlarının, həmçinin Əlaqələndirmə Qərargahının müvafiq işçi qruplarının rəy və təkliflərinin təhlili əsasında hazırlanmış və Nazirlər Kabinetinə təqdim olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 28 may tarixli Fərmanı ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə sənaye sahəsində rəqabətqabiliyyətli məhsul istehsalı, emalı (təkrar emalı) və satışı, habelə xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən Ağdam Sənaye Parkı yaradılmışdır. Hazırda müraciətlər əsasında 12 potensial rezident secilib.

İşğaldan azad edilmiş ərazilərdə( Kəlbəcər və Laçın rayonlarında) ilkin zəruri tələbatların ödənilməsi üçün gündəlik tələbat mallar dükanlarıı, aptek, bankomat və s. acılması məqsədi ilə müvafiq şirkətlərlə görüşlər keçirilib. Razılaşdırılan qrafik və marşrut üzrə qeyd olunan rayonlar üzrə sahibkarların ərazilərə səfəri nəzərdə tutulur.

Vahid informasiya platforması rolunu oynayan Qarabağ Rəqəmsal Geo-İnformasiya Sisteminə hazırda 27 dövlət qurumunun və təşkilatının 12-sinin qoşulması təmin edilmiş, adıçəkilən proqram təminatından istifadə məqsədilə müvafiq təlimlər keçirilmişdir. Digər aidiyyəti dövlət qurumları və təşkilatlarının həmin sistemə qoşulması istiqamətində işlər davam etdirilir.

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı 676 müraciət olub. İnvestisiya layihələrinin prioritetliyi təhlil edilir, potensial layihələr müəyyənləşdirilir və informasiya bazasına daxil edilir.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi tərəfindən verilən məlumata görə, işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların istifadəyə verilməsi məqsədilə şirkətlərlə görüşlər keçirilib. Həmin şirkətlərlə 14497,25 hektar torpaq sahəsini əhatə etməklə torpaqdan istifadə ilə bağlı müqavilələr bağlanılıb və əkin aparılan 9557.25 hektar əkin sahəsinə subsidiyalar ödənilib. 23 iyul tarixinədək 8957.5 hektar taxıl sahəsi biçilib. Pilot layihə çərçivəsində Kəlbəcər rayonundan olan fermerlərə məxsus 3661 arı ailələrinin və 8569 baş xırdabuynuzlu heyvanların köçürülməsini həyata keçirib. Laçın rayonunun ərazisində arı ailələrinin yerləşdirilməsi məqsədilə monitorinq aparılmış və Ağcabədi, İsmayıllı, Qax rayonlarında məskunlaşan Laçın rayonundan olan fermerlərə məxsus 531 arı ailələrinin köçürülməsi həyata keçirilib.

İşğaldan azad edilmiş ərazilərdə turizm resurslarının qiymətləndirilməsinin təşkili ilə bağlı Andorranın PGİ və Türkiyənin İNOVA şirkətləri ilə danışıqlar aparılıb. Avqust ayının 1-də Dövlət Turizm Agentliyinin əməkdaşlarının Şuşa şəhərinə səfəri planlaşdırılır. Səfər müddətində Daşaltının turizm imkanları qiymətləndiriləcək.

Təqdim olunan hesabatlar İşçi qrupunun üzvləri tərəfindən geniş müzakirə olunub və qərarlar qəbul edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

19 Sentyabr 2021, 16:10 (GMT +4)
Azərbaycan Premyer Liqası: "Neftçi" "Keşlə" ilə üz-üzə gəlir

19 Sentyabr 2021, 16:05 (GMT +4)
"Qarabağ" - "Sumqayıt" matçının hakimləri məlum olub

19 Sentyabr 2021, 15:30 (GMT +4)
“Araz”ın Çempionlar Liqasındakı oyunlarının təqvimi açıqlanıb

19 Sentyabr 2021, 14:55 (GMT +4)
Lionel Messi PSJ-də ilinə 30 milyon avro qazanacaq 

19 Sentyabr 2021, 13:38 (GMT +4)
İtaliya A seriyasında 4-cü turun oyunları davam edir

19 Sentyabr 2021, 13:15 (GMT +4)
Mahir Emrelinin komandası liqada növbəti oyununa çıxır

19 Sentyabr 2021, 12:00 (GMT +4)
İspaniya çempionatı: "Atletiko" öz meydanında "Atletik"lə bacarmayıb

19 Sentyabr 2021, 10:59 (GMT +4)
Türkiyə çempionatı: "Beşiktaş" səfərdə qalib gəlib

19 Sentyabr 2021, 10:43 (GMT +4)
İngiltərə Premyer Liqası: "Liverpul" böyükhesablı qələbə qazanıb, "Mançester Siti" heç-heçə edib

18 Sentyabr 2021, 21:14 (GMT +4)
Azərbaycan Premyer Liqası: "Qəbələ" "Səbail"i 5 qolla məğlub edib, Zirədə bərabərlik qeydə alınıb

18 Sentyabr 2021, 17:01 (GMT +4)
Avstraliyada karantinlə bağlı etiraz aksiyalarında 260-dan çox insan həbs edilib

18 Sentyabr 2021, 16:52 (GMT +4)
Gəncədə 600-dən yuxarı bal toplayan məzunlarla görüş keçirilib

18 Sentyabr 2021, 16:40 (GMT +4)
Pentaqon Rusiyanın ABŞ üçün Çindən daha böyük təhlükəyə çevrilə biləcəyi qənaətindədir

18 Sentyabr 2021, 16:36 (GMT +4)
“Bursaspor”un baş məşqçisi Namik Ələskərovla xüsusi görüş keçirib

18 Sentyabr 2021, 16:35 (GMT +4)
Suriyada enerji xəttinin partladılması nəticəsində əksər əyalətlər işıqsız qalıb

18 Sentyabr 2021, 16:28 (GMT +4)
Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

18 Sentyabr 2021, 16:16 (GMT +4)
Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

18 Sentyabr 2021, 16:06 (GMT +4)
İƏT OA faktaraşdırıcı missiyanın yekunlarına dair bəyanat qəbul edib 

18 Sentyabr 2021, 15:54 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

18 Sentyabr 2021, 15:42 (GMT +4)
Azərbaycanda son sutkada 2042 nəfər COVID-19-a yoluxub, 29 nəfər ölüb

18 Sentyabr 2021, 15:35 (GMT +4)
Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 7 terrorçunu məhv edib

18 Sentyabr 2021, 15:26 (GMT +4)
Suriya ordusu 10 ildən sonra Təfas qəsəbəsini nəzarətə götürüb

18 Sentyabr 2021, 15:21 (GMT +4)
MN: Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir (VİDEO)

18 Sentyabr 2021, 15:10 (GMT +4)
“Azneft”in bir qrup işçisi təltif edilib

18 Sentyabr 2021, 14:58 (GMT +4)
Çində yol qəzasında 6 nəfər ölüb, 13 nəfər yaralanıb

18 Sentyabr 2021, 14:52 (GMT +4)
Əfsanəvi futbolçu Pelenin səhhəti yenidən pisləşib

18 Sentyabr 2021, 14:51 (GMT +4)
Anar Kərimov: Ruhumuzu və mədəniyyətimizi Şuşaya qaytarmışıq

18 Sentyabr 2021, 14:41 (GMT +4)
Pakistanın baş naziri Talibanla danışıqlar apardığını bildirib

18 Sentyabr 2021, 14:30 (GMT +4)
Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib

18 Sentyabr 2021, 14:27 (GMT +4)
Rusiya Xəzər flotiliyasının iki hərbi gəmisi Bakıya gəlib (FOTO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66