Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

USAID Azərbaycanda qadın sahibkarlığının inkişafına həsr olunmuş dəyirmi masa təşkil edib (FOTO)

30 İyul 2021, 09:20 (GMT +4)

Bakı, 30 iyul, SalamNews. USAID-in Özəl Sektorun İnkişafı Layihəsi çərçivəsində təşkil etdiyi “Azərbaycanda Qadın Sahibkarlığının Perspektivləri və Qadınların Milli Biznes Gündəliyinin Rolu” mövzusunda dəyirmi masada Oklahoma ştatının kənd təsərrüfatı katibi xanım Bleyn Artur və Oklahoma ştatının kommersiya işləri üzrə katibi cənab Skot Muller iştirak edib.

ABŞ səfirliyinin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, görüş zamanı iştirakçılar qadın sahibkarlığının təbliğatının əhəmiyyətini və qadınların üzləşdiyi çətinlikləri müzakirə ediblər və Qadınların Milli Biznes Gündəliyinin mövcud çətinliklərin vahid səslə ünvanladırılmasında rolunu vurğulayıblar.

Oklahoma tarixində ilk qadın kənd təsərrüfatı katibi Bleyn Artur qadınların kənd təsərrüfatına verdiyi töhfələrin çox vaxt diqqətdən kənarda qalmasını və bu töhfələrin qiymətləndirilməsinin artırılmasının vacibliyini vurğulayıb.

“Hər iki ölkənin qarşılıqlı faydalı əməkdaşlığı çərçivəsində gələcək fürsətlərin dəyərləndirilməsi məqsədilə Azərbaycandakı biznes qadınları ilə əlaqələrin qurulması fürsətini qiymətləndirirəm”, - katib Artur qeyd edib.

Katib cənab Muller xanım Arturun şərhinə əlavə edərək bildirib ki, iqtisadiyyatın diversifikasiya edilməsi kifayət deyil və uzunmüddətli davamlılığı və iqtisadi böyüməni təmin etmək üçün işçi qüvvəsinin diversifikasiya edilməsi vacibdir.

USAID-in Özəl Sektorun İnkişafı Layihəsi çərçivəsində təşkil olunmuş dəyirmi masada Birləşmiş Millətlər Təşkilatı, Azərbaycanda Amerika Ticarət Palatası, Azərbaycan Sahibkarlar Konfederasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası, Azərbaycan Kənd Qadınları Assosiasiyası, Azərbaycan Biznes Qadınları, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası və Gənc Mühasiblər İctimai Birliyinin nümayəndələri iştirak edib.

Sahibkar və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva qadın sahibkarlığı sahəsində elm və təcrübənin birləşmədiyini qeyd edərək daha çox qadının dünya biznesində rolunu artırmaq məqsədilə təcrübəli mentorların bu istiqamətə cəlb edilməsinin mühüm amil olduğunu bildirib.

Qeyd edək ki, USAID-in Özəl Sektorun İnkişafı layihəsinin (2019-2024) məqsədi qarşılıqlı tərəfdaşlıq və investisiya istiqamətlərini prioritetləşdirərək Azərbaycan iqtisadiyyatının dayanıqlığını artırmaq və sahibkarlar üçün daha əlverişli biznes mühiti yaratmaqdır. Layihənin diqqət mərkəzində duran əsas təşəbbüslərə qadınların iqtisadi fəaliyyətə cəlb olunması, o cümlədən kənd təsərrüfatı və təsərrüfat fəaliyyətlərinin genişləndirilməsi, Azərbaycanda özəl sektorun rəqabət qabiliyyətinin artırılması, sahibkarlığa dəstək xidmətlərinin potensialının artırılması və mikro, kiçik və orta sahibkarlığın inkişafında maneələrin azaldılması daxildir.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

19 Sentyabr 2021, 16:10 (GMT +4)
Azərbaycan Premyer Liqası: "Neftçi" "Keşlə" ilə üz-üzə gəlir

19 Sentyabr 2021, 16:05 (GMT +4)
"Qarabağ" - "Sumqayıt" matçının hakimləri məlum olub

19 Sentyabr 2021, 15:30 (GMT +4)
“Araz”ın Çempionlar Liqasındakı oyunlarının təqvimi açıqlanıb

19 Sentyabr 2021, 14:55 (GMT +4)
Lionel Messi PSJ-də ilinə 30 milyon avro qazanacaq 

19 Sentyabr 2021, 13:38 (GMT +4)
İtaliya A seriyasında 4-cü turun oyunları davam edir

19 Sentyabr 2021, 13:15 (GMT +4)
Mahir Emrelinin komandası liqada növbəti oyununa çıxır

19 Sentyabr 2021, 12:00 (GMT +4)
İspaniya çempionatı: "Atletiko" öz meydanında "Atletik"lə bacarmayıb

19 Sentyabr 2021, 10:59 (GMT +4)
Türkiyə çempionatı: "Beşiktaş" səfərdə qalib gəlib

19 Sentyabr 2021, 10:43 (GMT +4)
İngiltərə Premyer Liqası: "Liverpul" böyükhesablı qələbə qazanıb, "Mançester Siti" heç-heçə edib

18 Sentyabr 2021, 21:14 (GMT +4)
Azərbaycan Premyer Liqası: "Qəbələ" "Səbail"i 5 qolla məğlub edib, Zirədə bərabərlik qeydə alınıb

18 Sentyabr 2021, 17:01 (GMT +4)
Avstraliyada karantinlə bağlı etiraz aksiyalarında 260-dan çox insan həbs edilib

18 Sentyabr 2021, 16:52 (GMT +4)
Gəncədə 600-dən yuxarı bal toplayan məzunlarla görüş keçirilib

18 Sentyabr 2021, 16:40 (GMT +4)
Pentaqon Rusiyanın ABŞ üçün Çindən daha böyük təhlükəyə çevrilə biləcəyi qənaətindədir

18 Sentyabr 2021, 16:36 (GMT +4)
“Bursaspor”un baş məşqçisi Namik Ələskərovla xüsusi görüş keçirib

18 Sentyabr 2021, 16:35 (GMT +4)
Suriyada enerji xəttinin partladılması nəticəsində əksər əyalətlər işıqsız qalıb

18 Sentyabr 2021, 16:28 (GMT +4)
Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

18 Sentyabr 2021, 16:16 (GMT +4)
Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

18 Sentyabr 2021, 16:06 (GMT +4)
İƏT OA faktaraşdırıcı missiyanın yekunlarına dair bəyanat qəbul edib 

18 Sentyabr 2021, 15:54 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

18 Sentyabr 2021, 15:42 (GMT +4)
Azərbaycanda son sutkada 2042 nəfər COVID-19-a yoluxub, 29 nəfər ölüb

18 Sentyabr 2021, 15:35 (GMT +4)
Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 7 terrorçunu məhv edib

18 Sentyabr 2021, 15:26 (GMT +4)
Suriya ordusu 10 ildən sonra Təfas qəsəbəsini nəzarətə götürüb

18 Sentyabr 2021, 15:21 (GMT +4)
MN: Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir (VİDEO)

18 Sentyabr 2021, 15:10 (GMT +4)
“Azneft”in bir qrup işçisi təltif edilib

18 Sentyabr 2021, 14:58 (GMT +4)
Çində yol qəzasında 6 nəfər ölüb, 13 nəfər yaralanıb

18 Sentyabr 2021, 14:52 (GMT +4)
Əfsanəvi futbolçu Pelenin səhhəti yenidən pisləşib

18 Sentyabr 2021, 14:51 (GMT +4)
Anar Kərimov: Ruhumuzu və mədəniyyətimizi Şuşaya qaytarmışıq

18 Sentyabr 2021, 14:41 (GMT +4)
Pakistanın baş naziri Talibanla danışıqlar apardığını bildirib

18 Sentyabr 2021, 14:30 (GMT +4)
Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib

18 Sentyabr 2021, 14:27 (GMT +4)
Rusiya Xəzər flotiliyasının iki hərbi gəmisi Bakıya gəlib (FOTO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66