Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

28 İyul 2021, 18:02 (GMT +4)

Müdafiə Nazirliyinin hərbi hissələrində zabit vəzifələrdə həqiqi hərbi xidmət keçmək istəyən müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ali təhsilli, 28 yaşınadək olan vətəndaşlar avqustun 9-dan 30-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində (AO TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.

Müdafiə Nazirliyindən SalamNews-a verilən məlumata görə, ehtiyat zabit hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət edən vətəndaşlar AO TTM-də fəaliyyət göstərən qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilir. Komissiyanın qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər müvafiq ixtisaslar üzrə kursa qəbul edilir.

Kursu müvəffəqiyyətlə başa vuran kursantlara “leytenant” hərbi rütbəsi verilərək həqiqi hərbi xidmətə qəbul olunmaları barədə bağlaşma bağlanır və onlar ixtisaslarına uyğun vəzifələrə təyin olunurlar.

Kursa qəbul olunmaq istəyən namizədlər AO TTM-də fəaliyyət göstərən qəbul komissiyasına müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər:
- kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);
- şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə;
- xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;- ali təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti – 1 ədəd;

 

- xarici dövlətlərdə təhsil almış namizədlər üçün, ali təhsil haqqında sənədin notarial qaydada tərcümə və təsdiq edilmiş surəti ilə yanaşı, həmin sənədə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti – 1 ədəd;
- doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti – 1 ədəd;
- nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda) – 1 ədəd;
- uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surəti (uşaq olduqda) – 1 ədəd;
- evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanından ailə tərkibi və yaşayış yeri haqqında arayış – 1 ədəd;
- 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3x4 sm və 2 ədəd 4.5x6 sm ölçüdə);
- psixiatrik, nevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar;
- qeydiyyatda olduğu poliklinikadan sağlamlıq haqqında arayış;
- qeydiyyatda olduğu poliklinikadan son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi haqqında arayış;
- hərbi biletin surəti (notarial qaydada təsdiq olunmuş) – 1 ədəd.

Qeyd: Məhkumluğu olan hərbi vəzifəlilərin “Ehtiyat zabit hazırlığı kursu”na qəbul üçün müraciət etməmələri xahiş olunur.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyi (Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi)

Telefon: (012) 538-85-62
Müraciət etmə vaxtı: 2021-ci il avqustun 9-dan 30-dək hər gün (bazar günü istisna olmaqla) saat 09:00-dan 17:00-dək.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

19 Sentyabr 2021, 16:10 (GMT +4)
Azərbaycan Premyer Liqası: "Neftçi" "Keşlə" ilə üz-üzə gəlir

19 Sentyabr 2021, 16:05 (GMT +4)
"Qarabağ" - "Sumqayıt" matçının hakimləri məlum olub

19 Sentyabr 2021, 15:30 (GMT +4)
“Araz”ın Çempionlar Liqasındakı oyunlarının təqvimi açıqlanıb

19 Sentyabr 2021, 14:55 (GMT +4)
Lionel Messi PSJ-də ilinə 30 milyon avro qazanacaq 

19 Sentyabr 2021, 13:38 (GMT +4)
İtaliya A seriyasında 4-cü turun oyunları davam edir

19 Sentyabr 2021, 13:15 (GMT +4)
Mahir Emrelinin komandası liqada növbəti oyununa çıxır

19 Sentyabr 2021, 12:00 (GMT +4)
İspaniya çempionatı: "Atletiko" öz meydanında "Atletik"lə bacarmayıb

19 Sentyabr 2021, 10:59 (GMT +4)
Türkiyə çempionatı: "Beşiktaş" səfərdə qalib gəlib

19 Sentyabr 2021, 10:43 (GMT +4)
İngiltərə Premyer Liqası: "Liverpul" böyükhesablı qələbə qazanıb, "Mançester Siti" heç-heçə edib

18 Sentyabr 2021, 21:14 (GMT +4)
Azərbaycan Premyer Liqası: "Qəbələ" "Səbail"i 5 qolla məğlub edib, Zirədə bərabərlik qeydə alınıb

18 Sentyabr 2021, 17:01 (GMT +4)
Avstraliyada karantinlə bağlı etiraz aksiyalarında 260-dan çox insan həbs edilib

18 Sentyabr 2021, 16:52 (GMT +4)
Gəncədə 600-dən yuxarı bal toplayan məzunlarla görüş keçirilib

18 Sentyabr 2021, 16:40 (GMT +4)
Pentaqon Rusiyanın ABŞ üçün Çindən daha böyük təhlükəyə çevrilə biləcəyi qənaətindədir

18 Sentyabr 2021, 16:36 (GMT +4)
“Bursaspor”un baş məşqçisi Namik Ələskərovla xüsusi görüş keçirib

18 Sentyabr 2021, 16:35 (GMT +4)
Suriyada enerji xəttinin partladılması nəticəsində əksər əyalətlər işıqsız qalıb

18 Sentyabr 2021, 16:28 (GMT +4)
Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

18 Sentyabr 2021, 16:16 (GMT +4)
Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

18 Sentyabr 2021, 16:06 (GMT +4)
İƏT OA faktaraşdırıcı missiyanın yekunlarına dair bəyanat qəbul edib 

18 Sentyabr 2021, 15:54 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

18 Sentyabr 2021, 15:42 (GMT +4)
Azərbaycanda son sutkada 2042 nəfər COVID-19-a yoluxub, 29 nəfər ölüb

18 Sentyabr 2021, 15:35 (GMT +4)
Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 7 terrorçunu məhv edib

18 Sentyabr 2021, 15:26 (GMT +4)
Suriya ordusu 10 ildən sonra Təfas qəsəbəsini nəzarətə götürüb

18 Sentyabr 2021, 15:21 (GMT +4)
MN: Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir (VİDEO)

18 Sentyabr 2021, 15:10 (GMT +4)
“Azneft”in bir qrup işçisi təltif edilib

18 Sentyabr 2021, 14:58 (GMT +4)
Çində yol qəzasında 6 nəfər ölüb, 13 nəfər yaralanıb

18 Sentyabr 2021, 14:52 (GMT +4)
Əfsanəvi futbolçu Pelenin səhhəti yenidən pisləşib

18 Sentyabr 2021, 14:51 (GMT +4)
Anar Kərimov: Ruhumuzu və mədəniyyətimizi Şuşaya qaytarmışıq

18 Sentyabr 2021, 14:41 (GMT +4)
Pakistanın baş naziri Talibanla danışıqlar apardığını bildirib

18 Sentyabr 2021, 14:30 (GMT +4)
Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib

18 Sentyabr 2021, 14:27 (GMT +4)
Rusiya Xəzər flotiliyasının iki hərbi gəmisi Bakıya gəlib (FOTO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66