Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

ASCO-da Rusiyanın dənizçilik təhsili müəssisəsinin rektoru ilə görüş olub

27 İyul 2021, 10:00 (GMT +4)

Bakı, 27 iyul, SalamNews. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyev Rusiyanın Admiral S.O.Makarov adına Dövlət Dəniz və Çay Donanması Universitetinin rektoru C.O.Barışnikovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə SalamNews-a ASCO-dan məlumat verilib.

Məlumata görə, R.Vəliyev əvvəlcə qonaqlara son illərdə ölkəmizdə nəqliyyat-logistika, xüsusilə gəmiçilik sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Sədr qeyd edib ki, dünyanı cənginə alan koronavirus pandemiyasına baxmayaraq, bu il ASCO üçün bir çox əlamətdar hadisələrlə yadda qaldı. Donanmamızın tərkibi ilk milli RoPax tipli “Azərbaycan” gəmisi ilə zənginləşdirildi, dünyanın ilk tanker-muzeyi – “Suraxanı” fəaliyyətə başladı, həmçinin ASCO əməkdaşları üçün yeni inzibati binanın açılışı olub.

Sədr bildirib ki, postsovet məkanında, o cümlədən Avropada peşəkar dənizçi kadrların hazırlanmasında zəngin təcrübəsi olan Dövlət Dəniz və Çay Donanması Universiteti ilə ASCO-nun tərkibində fəaliyyət göstərən Azərbaycan Dövlət Dəniz Akademiyası arasında əməkdaşlıq üçün geniş imkanlar var. O, mövcud potensialdan istifadə etməyin vacib olduğunu önə çəkərək gələcəkdə bu istiqamətdə konkret addımların atılmasında ASCO-nun maraqlı olduğunu diqqətə çatdırıb.

C.O.Barışnikov Rusiyada son zamanlar su nəqliyyatı sahəsində əldə olunan nailiyyətlər, həmçinin təmsil etdiyi təhsil müəssisəsində tədrisin keyfiyyəti barədə ətraflı məlumat verib. Rektor qeyd edib ki, pandemiya dövründə Dövlət Dəniz və Çay Donanması Universiteti online təhsil sisteminin uğurlu tətbiqinə nail olub, nəticədə tədris prosesində hər hansı çətinlik yaranmayıb.

Dövlət Dəniz və Çay Donanması Universitetində 17 000 tələbə təhsil alır. Dünyanın 39 ölkəsindən 350 xarici tələbənin oxuduğu universitetdə azərbaycanlılar da təmsil olunur. Rektor bildirib ki, onlar təhsillərini yüksək göstəricilərlə davam etdirirlər.

C.O.Barışnikov Azərbaycan Dövlət Dəniz Akademiyası ilə əməkdaşlıqda maraqlı olduğunu, eyni zamanda təcrübələrini azərbaycanlı həmkarları ilə bölüşməyə hazır olduqlarını bildirib.

Azərbaycanda səfərdə olduğu müddətdə bir çox görüşlər keçirməyi nəzərdə tutan qonaqlar Azərbaycan Dövlət Dəniz Akademiyasının fəaliyyəti ilə yaxından tanış olacaq, təhsil sahəsində əməkdaşlığın detallarını müzakirə edəcəklər.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

23 Sentyabr 2021, 18:02 (GMT +4)
Fotoqraf Reza Deqati Azərbaycan Mətbuat Şurasında olub 

23 Sentyabr 2021, 17:55 (GMT +4)
Sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd olunacaq

23 Sentyabr 2021, 17:50 (GMT +4)
Rusiyada radardan itən təyyarə tapılıb

23 Sentyabr 2021, 17:45 (GMT +4)
Təhsil Nazirliyi: 30 məktəbə yeni direktor təyin edilib

23 Sentyabr 2021, 17:35 (GMT +4)
Çinli alimlər COVID-19-un mənşəyi ilə bağlı yeni versiya irəli sürüb

23 Sentyabr 2021, 17:33 (GMT +4)
Azərbaycanın paralimpiya yığmalarına yeni baş məşqçilər təyin olunub

23 Sentyabr 2021, 17:22 (GMT +4)
Azərbaycanın XİN başçısı daha 3 ölkədən olan həmkarları ilə görüşüb

23 Sentyabr 2021, 17:15 (GMT +4)
AFFA "Qəbələ"ni 4 min manat məbləğində cərimələyib

23 Sentyabr 2021, 17:10 (GMT +4)
Nazir: “Ermənistanın təcavüzkar siyasətinə rəğmən Azərbaycan münasibətləri normallaşdırmağa hazırdır”

23 Sentyabr 2021, 16:58 (GMT +4)
Rusiyada miqrasiya ilə bağlı yeni qanun hazırlanır

23 Sentyabr 2021, 16:54 (GMT +4)
Husilər Yəmənin əl-Bəyda əyalətini tamamilə nəzarətə götürdüklərini bildiriblər (VİDEO)

23 Sentyabr 2021, 16:52 (GMT +4)
Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

23 Sentyabr 2021, 16:42 (GMT +4)
Polşalı azarkeş Mahir Emreliye sevgisini Azərbaycan dilində göstərib - (FOTO)

23 Sentyabr 2021, 16:40 (GMT +4)
Azərbaycanda son sutkada 1 178 nəfər COVID-19-a yoluxub, 24 nəfər ölüb

23 Sentyabr 2021, 16:32 (GMT +4)
Naxçıvanda müharibə əlillərinə ev tikintisi üçün 1 milyon manat ayrılıb

23 Sentyabr 2021, 16:20 (GMT +4)
ABŞ və Mərkəzi Asiya Xarici İşlər nazirliklərinin rəhbərləri görüş keçirib

23 Sentyabr 2021, 16:12 (GMT +4)
Azərbaycan, Rusiya və Ermənistan Baş prokurorlarının üçtərəfli görüşü keçirilib

23 Sentyabr 2021, 16:01 (GMT +4)
Azərbaycan-Türkiyə birgə hökumətlərarası komissiyanın tərkibində dəyişiklik edilib

23 Sentyabr 2021, 16:00 (GMT +4)
“Qarabağ”ın rəqibi “Liverpul”un futbolçusunu istəyir

23 Sentyabr 2021, 15:51 (GMT +4)
Qəddafinin oğlundan sonra general Haftar da Liviyada prezidentliyə namizədliyini verir

23 Sentyabr 2021, 15:43 (GMT +4)
Bülbülün Şuşadakı ev muzeyinə direktor təyin edilib

23 Sentyabr 2021, 15:32 (GMT +4)
Birinci milli “CEO Award Azerbaijan” müsabiqəsinin qalibləri elan edilib

23 Sentyabr 2021, 15:27 (GMT +4)
AB AUKUS-a cavab olaraq yeni müdafiə ittifaqı qura bilər

23 Sentyabr 2021, 15:18 (GMT +4)
"Moderna" rəhbəri koronavirus pandemiyasının sona çatacağı vaxtla bağlı proqnoz verib

23 Sentyabr 2021, 15:17 (GMT +4)
Siyəzən rayonunun 2 kəndində içməli su layihəsinin icrası yekunlaşdırılıb

23 Sentyabr 2021, 15:04 (GMT +4)
Nazir ATƏT sədrini Ermənistanın üçtərəfli bəyanata zidd davranışı barədə məlumatlandırıb

23 Sentyabr 2021, 14:52 (GMT +4)
Rusiyada son sutkada 21 438 nəfər koronavirusa yoluxub

23 Sentyabr 2021, 14:50 (GMT +4)
Taliban türkmənşəli həzarələri Əfqanıstanın üç bölgəsindən məcburən köçürür - KİV

23 Sentyabr 2021, 14:47 (GMT +4)
Suraxanıda avtomobil yollarının yenidən qurulmasına 6 milyon manat ayrılıb

23 Sentyabr 2021, 14:38 (GMT +4)
Fransa çempionatında kütləvi dava baş verib - (FOTOLAR)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66