Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Nazir: Ermənistanın qeyri-konstruktiv mövqeyi üçtərəfli bəyanatların tam icrasına mane olur

26 İyul 2021, 14:50 (GMT +4)

Bakı, 26 iyul, SalamNews. Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən ötən il noyabrın 10-da və bu ilin yanvar ayının 11-də imzalanan üçtərəfli bəyanatların bir sıra müddəaları icra olunub, bəzi müddəalar icra olunur, ancaq Ermənistan tərəfindən sərgilənən qeyri-konstruktiv mövqe bu bəyanatların tam icrasına mane olur.

SalamNews-un məlumatlna görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə bağlı bir sıra məqamlara diqqət çəkib: “Olduqca vacib olan məqamlardan biri mina təhlükəsidir. Hərbi əməliyyatlar başa çatsa da minalar hərbi təhdidin davamıdır. Əgər hərbi əməliyyatlar başa çatıbsa, razılaşma əldə edilibsə, mina xəritələri də təqdim edilməlidir. Lakin Ermənistan tərəfi mina xəritələrini Azərbaycana təqdim etmir. Üçtərəfli bəyanat imzalanandan sonra altı ay müddətində Ermənistan minalanmış ərazilərin xəritələrinin olmasını inkar edirdi. Ancaq beynəlxalq təşkilatların da müdaxiləsindən sonra Ermənistan minalanmış ərazilərinin xəritələrinin bir qismini təqdim etdi. Nəyə görə bu 6 ay çəkdi? Nəyə görə qismən təqdim edildi? Nəticədə, 150-dən artıq insan həlak oldu, yaralandı”.

Nazir bildirib ki, üçtərəfli bəyanatlarda vacib məqamlardan biri kommunikasiyaların açlmasıdır: “Bununla bu ilin yanvar ayında ayrıca üçtərəfli bəyanat imzalandı, işçi qrupu yaradıldı, bizdə hansısa ümidlər yarandı. Lakin Ermənistan hələ də bu məsələ ilə bağlı konstruktiv mövqe nümayiş etdirmir, hansısa zidd bəyanatlar verməklə prosesə zərbə vurur”.

C.Bayramov əlavə edib ki, sərhədlərin delimitasiyası prosesində də Ermənistan tərəfi zidd hərəkətlər edir: “Ermənistan bu məsələdə də konstruktiv mövqe nümayiş etdirmir. Bu destruktiv yanaşma prosesi pozan yanaşmadır. Bu gün əsas diskussiya üçtərəfli bəyanatların icrası olmalıdır. Lakin Ermənistan hansısa keçmişdə olan prinsipləri gündəmə gətirmək istəyir və qsa zamanda da ifşa olunur.

Münasibətlərin normallaşmanın qarşısını almaq, qəbuledilməz fikirlər səsləndirmək bölgədə sülh prosesini zədələyən hərəkətlərdir və bundan ən çox əziyyət çəkən Ermənistan özü olacaq. Ümid edirəm ki, Ermənistan bunu anlayacaq və biz konstruktiv addımlar görəcəyik”.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

27 Sentyabr 2021, 18:39 (GMT +4)
İordaniya və İraq mətbuatı azərbaycanlı şərqşünasın məqaləsini yayıb

27 Sentyabr 2021, 18:10 (GMT +4)
Peskov: İran prezidentinin Soçidə keçiriləcək Putin-Ərdoğan görüşündə iştirakı gözlənilmir

27 Sentyabr 2021, 18:02 (GMT +4)
Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

27 Sentyabr 2021, 17:52 (GMT +4)
Ərdoğan Anım Günü ilə əlaqədar Prezident İlham Əliyevə zəng edib

27 Sentyabr 2021, 17:45 (GMT +4)
“Kiçik Ürəklərdə Böyük Xatirələr” yaddaşlarda həkk olunacaq (VİDEO)

27 Sentyabr 2021, 17:36 (GMT +4)
Putin Rusiyanın əsas düşmənlərini açıqlayıb

27 Sentyabr 2021, 17:27 (GMT +4)
İordaniya Suriya ilə sərhəddə yerləşən strateji sərhəd keçidini yenidən açıb

27 Sentyabr 2021, 17:20 (GMT +4)
Xaçmazda şəhidlərin xatirəsi yad edilib (FOTO)

27 Sentyabr 2021, 17:10 (GMT +4)
Gürcüstanın Baş naziri: Azərbaycanlı qardaşlarımıza vasitəçilik təklif edirik

27 Sentyabr 2021, 17:02 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

27 Sentyabr 2021, 16:50 (GMT +4)
Talibana tərəfdar hakerlər sabiq prezident Əşrəf Qəninin facebook və tvitter səhifələrini sındırıblar

27 Sentyabr 2021, 16:42 (GMT +4)
Azərbaycanda son sutkada 558 nəfər COVID-19-a yoluxub, 19 nəfər ölüb

27 Sentyabr 2021, 16:38 (GMT +4)
"Həmas" Şin Bet rəhbərinin kimliyini ifşa edib

27 Sentyabr 2021, 16:32 (GMT +4)
Naxçıvanda Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

27 Sentyabr 2021, 16:20 (GMT +4)
Dövlət Komitəsi beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

27 Sentyabr 2021, 16:12 (GMT +4)
"Əsgərlərimiz qanı ilə, canı ilə Vətən yazdılar" - Qara Qarayev

27 Sentyabr 2021, 16:06 (GMT +4)
DSX-də Anım Günü münasibətilə tədbir keçirilib

27 Sentyabr 2021, 15:53 (GMT +4)
Başqırdıstanda terror aktının qarşısı alınıb

27 Sentyabr 2021, 15:48 (GMT +4)
Azərbaycan lideri: Zəngəzur dəhlizinin yaradılması ilə bağlı genişmiqyaslı işlərə başlanılıb

27 Sentyabr 2021, 15:39 (GMT +4)
Sahibkarlardan hədə-qorxu ilə pul tələb edən saxta jurnalist saxlanılıb

27 Sentyabr 2021, 15:28 (GMT +4)
Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb

27 Sentyabr 2021, 15:17 (GMT +4)
Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib

27 Sentyabr 2021, 15:06 (GMT +4)
ÜST COVID-19-un mənşəyi ilə bağlı yenidən istintaqa başlamağı planlaşdırır

27 Sentyabr 2021, 15:02 (GMT +4)
Prezident: Ermənistan 10 noyabr bəyanatının şərtlərini kobud şəkildə pozur, müzakirələr nəticəsiz qalır

27 Sentyabr 2021, 14:50 (GMT +4)
Azərbaycan Prezidenti İranın yük maşınları və hərbi təlimləri barədə danışıb

27 Sentyabr 2021, 14:37 (GMT +4)
Gürcüstanda son sutkada 27 nəfər COVID-19-dan ölüb  

27 Sentyabr 2021, 14:29 (GMT +4)
İranda Sepah-ın araşdırma mərkəzində yanğın nəticəsində iki nəfər ölüb

27 Sentyabr 2021, 14:22 (GMT +4)
"Qarabağ"ın rəqibi olan "Bazel" doğma meydanda qələbəyə sevinib

27 Sentyabr 2021, 14:21 (GMT +4)
Milli Məclisin sədri Qazaxıstana işgüzar səfər edib

27 Sentyabr 2021, 14:11 (GMT +4)
Azərbaycan Prezidenti Rusiya sülhməramlı qüvvələrinin Qarabağdakı fəaliyyətindən danışıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66