Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Şənlik mərasimlərində karantin şərtlərinə əməl olunması vəziyyəti araşdırılıb

24 İyul 2021, 17:02 (GMT +4)

Bakı, 24 iyul, SalamNews. Şənlik məkanlarında tədbirlərin müəyyən edilmiş qayda və tələblərə uyğun təşkilinə nəzarət məqsədilə gündəlik monitorinqlər davam etdirilir.

SalamNews-un İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, şənlik mərasimlərinin başlanmasına icazə verildiyi tarixdən bu günədək aidiyyəti qurumların nümayəndələri tərəfindən 1 000-ə yaxın obyektdə monitorinqlər aparılıb. Monitorinqlər göstərir ki, əksər şadlıq evlərində karantin qayda və tələblərinə əməl olunur, xidmət personalı və qonaqlar arasında peyvənd və ya immunitet barədə müvafiq sənədlərə malik olanların sayı əvvəlki dövrlərlə müqayisədə artır.

Bununla belə, monitorinqlər zamanı şənlik mərasimlərinin təşkil olunduğu bəzi obyektlərdə qayda pozuntusu hallarına da rast gəlinir. Monitorinq qrupları tərəfindən məkan sahibləri ilə izahat işləri aparıldıqdan sonra həll oluna bilən pozuntu halları aradan qaldırılır və tədbirin qaydalara uyğun həyata keçirilməsi təmin olunur, nümunəvi toy mərasimlərinin təşkil edildiyi məkanlarda yeni evlənənlərə hədiyyələr təqdim olunur.

Əsas rast gəlinən pozuntu halları məkan sahiblərinin şənlik mərasimlərini müvafiq icaze.e-gov.az portalında qeydə almadan təşkil etməsi, zalların ölçüsü imkan vermədəyi halda, daha çox qonaq üçün sifariş qəbul edlməsi, toylarda qonaqların say və stollararası məsafə məhdudiyyətinin pozulmasıdır.

Məkan və toy sahiblərinin nəzərinə bir daha çatdırılır ki, bu tədbirlərin təşkili zamanı karantin rejiminin qayda və tələblərinə ciddi əməl etsinlər. Bu, hamımızın sağlamlığı üçün vacib şərtdir.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

27 Sentyabr 2021, 19:50 (GMT +4)
Şahmatçılarımız dünya çempionatına heç-heçə ilə başlayıb

27 Sentyabr 2021, 18:39 (GMT +4)
İordaniya və İraq mətbuatı azərbaycanlı şərqşünasın məqaləsini yayıb

27 Sentyabr 2021, 18:10 (GMT +4)
Peskov: İran prezidentinin Soçidə keçiriləcək Putin-Ərdoğan görüşündə iştirakı gözlənilmir

27 Sentyabr 2021, 18:02 (GMT +4)
Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

27 Sentyabr 2021, 18:00 (GMT +4)
"Keşlə" klubu şəhid azarkeşin xatirəsini yad edib

27 Sentyabr 2021, 17:52 (GMT +4)
Ərdoğan Anım Günü ilə əlaqədar Prezident İlham Əliyevə zəng edib

27 Sentyabr 2021, 17:45 (GMT +4)
“Kiçik Ürəklərdə Böyük Xatirələr” yaddaşlarda həkk olunacaq (VİDEO)

27 Sentyabr 2021, 17:36 (GMT +4)
Putin Rusiyanın əsas düşmənlərini açıqlayıb

27 Sentyabr 2021, 17:27 (GMT +4)
İordaniya Suriya ilə sərhəddə yerləşən strateji sərhəd keçidini yenidən açıb

27 Sentyabr 2021, 17:20 (GMT +4)
Xaçmazda şəhidlərin xatirəsi yad edilib (FOTO)

27 Sentyabr 2021, 17:10 (GMT +4)
Gürcüstanın Baş naziri: Azərbaycanlı qardaşlarımıza vasitəçilik təklif edirik

27 Sentyabr 2021, 17:02 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

27 Sentyabr 2021, 16:50 (GMT +4)
Talibana tərəfdar hakerlər sabiq prezident Əşrəf Qəninin facebook və tvitter səhifələrini sındırıblar

27 Sentyabr 2021, 16:47 (GMT +4)
"Fənərbaxça" və "Beşiktaş"ın keçmiş futbolçusu silahla adam öldürüb 

27 Sentyabr 2021, 16:42 (GMT +4)
Azərbaycanda son sutkada 558 nəfər COVID-19-a yoluxub, 19 nəfər ölüb

27 Sentyabr 2021, 16:38 (GMT +4)
"Həmas" Şin Bet rəhbərinin kimliyini ifşa edib

27 Sentyabr 2021, 16:32 (GMT +4)
Naxçıvanda Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

27 Sentyabr 2021, 16:20 (GMT +4)
Dövlət Komitəsi beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

27 Sentyabr 2021, 16:12 (GMT +4)
"Əsgərlərimiz qanı ilə, canı ilə Vətən yazdılar" - Qara Qarayev

27 Sentyabr 2021, 16:06 (GMT +4)
DSX-də Anım Günü münasibətilə tədbir keçirilib

27 Sentyabr 2021, 15:53 (GMT +4)
Başqırdıstanda terror aktının qarşısı alınıb

27 Sentyabr 2021, 15:48 (GMT +4)
Azərbaycan lideri: Zəngəzur dəhlizinin yaradılması ilə bağlı genişmiqyaslı işlərə başlanılıb

27 Sentyabr 2021, 15:39 (GMT +4)
Sahibkarlardan hədə-qorxu ilə pul tələb edən saxta jurnalist saxlanılıb

27 Sentyabr 2021, 15:28 (GMT +4)
Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb

27 Sentyabr 2021, 15:17 (GMT +4)
Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib

27 Sentyabr 2021, 15:06 (GMT +4)
ÜST COVID-19-un mənşəyi ilə bağlı yenidən istintaqa başlamağı planlaşdırır

27 Sentyabr 2021, 15:02 (GMT +4)
Prezident: Ermənistan 10 noyabr bəyanatının şərtlərini kobud şəkildə pozur, müzakirələr nəticəsiz qalır

27 Sentyabr 2021, 14:50 (GMT +4)
Azərbaycan Prezidenti İranın yük maşınları və hərbi təlimləri barədə danışıb

27 Sentyabr 2021, 14:37 (GMT +4)
Gürcüstanda son sutkada 27 nəfər COVID-19-dan ölüb  

27 Sentyabr 2021, 14:29 (GMT +4)
İranda Sepah-ın araşdırma mərkəzində yanğın nəticəsində iki nəfər ölüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66