Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » HADİSƏLƏR

Hərbçiləri şantaj edən şəxslər barəsində cinayət işi açılıb

23 İyul 2021, 14:15 (GMT +4)

Bakı, 23 iyul, SalamNews. “Ltv 7” xəbər kanalının bölgə müxbiri Fazil Quliyev və bloqçu Vüsal Zeynalovun hədə-qorxu ilə pul tələb etmələri barədə daxil olmuş müraciət üzrə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, istintaq zamanı müəyyən edilmişdir ki, Fazil Quliyev və Vüsal Zeynalov özlərini jurnalist kimi təqdim edib 13.02.2021-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin ərazisinə qanunsuz daxil olaraq mobil telefonları ilə hərbi hissənin təsərrüfat fəaliyyətinə dair videoçəkilişlər aparmaqla qeyd olunan çəkilişi sosial şəbəkələrdə yayacaqları hədəsi ilə hərbi hissənin rəhbərliyindən 500 manat məbləğində pul tələb edinlər.

Eyni zamanda, “Ltv 7” internet kanalının direktoru Ceyhun Şəmilovun kanalın direktor müavini Gülmirə Rəcəbova, müxbirləri Sevil Mərəndski, Gülnarə Məmmədova və şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri ilə birlikdə ayrı-ayrı şəxslər barədə əvvəlcə ölkə ərazisində pandemiya ilə bağlı karantin qaydalarının pozulmasına yol verilməsi barədə məlumat toplayıb, ictimaiyətə çatdırmaqla həmin şəxsləri rüsvay edəcəkləri barədə hədə-qorxu gəlməklə pul tələb edib almaları müəyyən edilib.

Qeyd edilən əməllərə görə Fazil Quliyev, Vüsal Zeynalov, Ceyhun Şəmilov, Gülmirə Rəcəbova, Sevil Mərəndski və Gülnarə Məmmədova Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində müvafiq olaraq həbs və polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.

“Ltv 7” internet kanalının əməkdaşlarının cinayət əməllərindən zərər çəkən vətəndaşlardan Baş Prokurorluğun “961” qaynar xəttinə və İstintaq İdarəsinə müraciət etmələri xahiş olunur. (ünvan: 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə, əlaqə nömrələri: (+994 12) 361-16-14; (+994 12) 361-16-13)

 




Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

04 Dekabr 2021, 16:50 (GMT +4)
Buster doza ilə vaksin olunanların sayı 1 milyona çatır

04 Dekabr 2021, 16:41 (GMT +4)
İranın Qərbi-Azərbaycan əyalətində ölkəyə qaçaq yolla gətirilmiş silah yükü aşkarlanıb

04 Dekabr 2021, 16:30 (GMT +4)
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

04 Dekabr 2021, 16:00 (GMT +4)
Dövlət Komitəsinin sədri Londonda Lordlar Palatasının üzvləri ilə görüşüb

04 Dekabr 2021, 15:50 (GMT +4)
Emanuel Makron körfəz ərəb dövlətlərinə səfəri çərçivəsində Səudiyyə Ərəbistanına gedib

04 Dekabr 2021, 15:46 (GMT +4)
İngiltərə klubları Avropa Super Liqasına qoşulmaq istəyirlər

04 Dekabr 2021, 15:40 (GMT +4)
Londonda Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib

04 Dekabr 2021, 15:30 (GMT +4)
Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib (FOTO)

04 Dekabr 2021, 15:25 (GMT +4)
"Zenit"in futbolçuları meydana sahibsiz itlərlə çıxıb - (FOTO)

04 Dekabr 2021, 15:20 (GMT +4)
"Yevlax Pilot Aqropark”da 1 500 nəfər işlə təmin ediləcək

04 Dekabr 2021, 15:10 (GMT +4)
Mediasiya Şurasının İdarə Heyətinə yeni üzv seçilib

04 Dekabr 2021, 15:00 (GMT +4)
Prezident İlham Əliyev Tailand Kralını təbrik edib

04 Dekabr 2021, 14:55 (GMT +4)
1954-cü il dünya çempionatının son yadigarı dünyasını dəyişib

04 Dekabr 2021, 14:52 (GMT +4)
Rusiya İsraili “kütləvi qırğın silahların olmadığı Yaxın Şərq” danışıqlarına qoşulmağa çağırıb

04 Dekabr 2021, 14:50 (GMT +4)
Azərbaycan Prezidenti finlandiyalı həmkarını təbrik edib

04 Dekabr 2021, 14:40 (GMT +4)
Azərbaycan Güləş Federasiyasından oğurluq edən şəxslər saxlanılıb (VİDEO)

04 Dekabr 2021, 14:38 (GMT +4)
Dünya Güləş Birliyi daha bir güləşçimizə pul ayırıb

04 Dekabr 2021, 14:30 (GMT +4)
Ağdaşda koronavirus xəstələri ictimai yerlərdə saxlanılıb

04 Dekabr 2021, 14:20 (GMT +4)
Ağcabədi, Ağdam və Tərtərdə aqrar sahədə məlumatlandırma sessiyaları keçirilib

04 Dekabr 2021, 14:10 (GMT +4)
Azərbaycan Ordusunun komando hərbi hissəsində taktiki təlim keçirilib (VİDEO)

04 Dekabr 2021, 14:00 (GMT +4)
Azərbaycan və Ermənistan XİN başçılarının İsveçdə görüşünün baş tutmamasının səbəbi açıqlanıb

04 Dekabr 2021, 13:52 (GMT +4)
Əfqanıstanda əyalət rəhbərinə qarşı sui-qəsd olub, yaralananlar var

04 Dekabr 2021, 13:50 (GMT +4)
Sosial reabilitasiya layihəsinə cəlb edilən uşaqların sayı açıqlanıb

04 Dekabr 2021, 13:42 (GMT +4)
Misirdə futbol matçı zamanı məşqçi komandasının qolunu qeyd edərkən ölüb

04 Dekabr 2021, 13:40 (GMT +4)
ƏƏSMN: Daha 39 nəfər imtiyazlı şəxs sanatoriya-kurort, müalicə mərkəzlərinə yola salınıb

04 Dekabr 2021, 13:30 (GMT +4)
Bakıda qəbiristanlıq gözətçisi bıçaqlanıb

04 Dekabr 2021, 13:20 (GMT +4)
Gəncədə mağazadan oğurluq edən şəxs saxlanılıb

04 Dekabr 2021, 13:10 (GMT +4)
İsveçrə və Belçika koronavirusla bağlı məhdudiyyətləri sərtləşdirəcək

04 Dekabr 2021, 13:04 (GMT +4)
İsrail qüvvələri əl-Xəlil şəhərində 24 fələstinlini saxlayıblar

04 Dekabr 2021, 13:02 (GMT +4)
Azərbaycan Kubokunda 1/8 finalın oyun cədvəli açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66