Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » HADİSƏLƏR

Bakıda daha 10 qanunsuz heyvan kəsimi məntəqəsi aşkarlanıb

24 İyun 2021, 16:13 (GMT +4)

Bakı, 24 iyun, SalamNews. “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli 199 nömrəli Sərəncamının icrası ilə bağlı olaraq baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədi üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət orqanları ilə birlikdə ardıcıl monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçirir.

AQTA-dan  SalamNews-a verilən məlumata görə, aparılan müntəzəm yoxlama-nəzarət zamanı qanunsuz heyvan kəsimi fəaliyyəti ilə bağlı aşkar olunmuş faktlar üzrə məlumatlar Agentlik tərəfindən müvafiq tədbirlərin görülməsi üçün yerli icra hakimiyyəti orqanlarına göndərilsə də, bir sıra heyvan kəsimi məntəqələri qanunsuz fəaliyyətini hələ də davam etdirməkdədir.

2021-ci il 24 iyun tarixində Bakı şəhərinin Pirallahı və Xəzər rayonları üzrə keçirilən monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onlardan bəzilərinin qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub.

Həmin qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrinin ünvanları aşağıdakılardır:

Pirallahı rayonu üzrə:

1. Bakı şəhəri, Pirallahı rayonu,Səməd Vurğun küç. 14 ünvanında yerləşən, fiziki şəxs Alyarov Səyavuş Müsavi oğluna məxsus heyvan kəsimi məntəqəsi;

2. Bakı şəhəri, Pirallahı rayonu, Kamil Rzayev küç. 40 ünvanında yerləşən, fiziki şəxs Cəfərov Cəfər Eyyub oğluna məxsus heyvan kəsimi məntəqəsi;

3. Bakı şəhəri, Pirallahı rayonu, Kamil Rzayev küç. 6 ünvanında yerləşən, fiziki şəxs Atakişiyev Laçın Atakişi oğluna məxsus heyvan kəsimi məntəqəsi;

4. Bakı şəhəri, Pirallahı rayonu, Əzizbəyov küç.17 ünvanında yerləşən, fiziki şəxs Əliyev Rafiq Bulud oğluna məxsus heyvan kəsimi məntəqəsi;

5. Bakı şəhəri, Pirallahı rayonu, Əzizbəyov küç. 90 ünvanında yerləşən, fiziki şəxs Həsənov Arif Şahlar oğluna məxsus heyvan kəsimi məntəqəsi;

6. Bakı şəhəri, Pirallahı rayonu, Yavər Əliyev küç. 26 ünvanında yerləşən , fiziki şəxs Məmmədli Qoşqar Qnyaz oğluna məxsus heyvan kəsimi məntəqəsi;

7. Bakı şəhəri, Pirallahı rayonu, Süleyman Bağırov küç. 3 ünvanında yerləşən, fiziki şəxs Səfərov Zaur Faiq oğluna məxsus heyvan kəsimi məntəqəsi.

Xəzər rayonu üzrə:

1. Bakı şəhəri, Xəzər rayonu, Zirə qəs., Şirvani küç.3 ünvanında yerləşən, fiziki şəxs Əzimov Oktay İsmayıl oğluna məxsus heyvan kəsimi məntəqəsi;

2. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəs., Xanlar küçəsində yerləşən , fiziki şəxs Bayramov Ənnağı Mahir oğluna məxsus heyvan kəsimi məntəqəsi;

3. Bakı şəhəri, Xəzər rayonu, Zirə qəs., Şirvani küçəsində yerləşən, fiziki şəxs Hüseynov Azər Əmir oğluna məxsus heyvan kəsimi məntəqəsi.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

28 İyul 2021, 18:02 (GMT +4)
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

28 İyul 2021, 17:58 (GMT +4)
Almaniyada daşqınlar nəticəsində ölənlərin sayı 180-i keçib

28 İyul 2021, 17:53 (GMT +4)
Təyyarə ilə Azərbaycana giriş-çıxışına icazə veriləcək şəxslər müəyyənləşib

28 İyul 2021, 17:45 (GMT +4)
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı 700-ü ötüb

28 İyul 2021, 17:32 (GMT +4)
Ukraynada yüngül mühərrikli təyyarə evin üzərinə düşüb, ölənlər var

28 İyul 2021, 17:27 (GMT +4)
İslam dünyasında Qədir-Xum bayramı qeyd edilir

28 İyul 2021, 17:25 (GMT +4)
“Yeni Klinika”nın üç əməkdaşı məhkəmə zalında həbs edildib

28 İyul 2021, 17:15 (GMT +4)
Şeyxülislam ABŞ-ın Stirlinq Fondunun baş icraçı direktorunu qəbul edib

28 İyul 2021, 17:05 (GMT +4)
Kaspersky fövqəladə halların təhlili üçün nəzərdə tutulan intellektual sistemi sınaqdan keçirir

28 İyul 2021, 16:54 (GMT +4)
Sumqayıtda kəsilmiş ağacların yerinə yeniləri əkilib

28 İyul 2021, 16:45 (GMT +4)
KİV: "Şimali Axın-2" üzərindəki işlərin 99 faizi tamamlanıb

28 İyul 2021, 16:37 (GMT +4)
İraqda aralarında İŞİD komandirləri olmaqla 14 təhlükəli terrorçu ələ keçirilib

28 İyul 2021, 16:33 (GMT +4)
Təhsil tələbə kreditlərinin verilməsi qaydası açıqlanıb

28 İyul 2021, 16:22 (GMT +4)
Tramp koronavirus məhdudiyyətlərinin sərtləşməsinə qarşıdır

28 İyul 2021, 16:14 (GMT +4)
Bakıda 3 saylı "ASAN Kommunal" mərkəzinin açılışı olub

28 İyul 2021, 16:03 (GMT +4)
Politico: Bayden Putinə qarşı sanksiya tətbiq etməkdən çəkinir

28 İyul 2021, 15:51 (GMT +4)
Zakir Həsənov: Sərhəddəki insidentə görə məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür

28 İyul 2021, 15:41 (GMT +4)
İran Parlamenti xarici sosial şəbəkələrə məhdudiyyət barədə qanun layihəsini qəbul edib

28 İyul 2021, 15:38 (GMT +4)
Kəlbəcər və Laçın yol tikintisinə 10 milyon manat ayrılıb (SƏRƏNCAM)

28 İyul 2021, 15:28 (GMT +4)
Ceyhun Bayramov Ermənistanın sərhəddə törətdiyi təxribata münasibət bildirib

28 İyul 2021, 15:27 (GMT +4)
Tokio-2020: Tennis yarışlarında 1/4 final cütləri müəyyənləşib

28 İyul 2021, 15:17 (GMT +4)
Kurtulmuş: Azərbaycanın Qarabağdakı uğuru ədalətin zəfəridir

28 İyul 2021, 15:08 (GMT +4)
I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilib

28 İyul 2021, 14:57 (GMT +4)
Gürcüstanda koronavirusa yoluxanların sayı 410 mini keçib

28 İyul 2021, 14:50 (GMT +4)
Tokio-2020: Almaniya millisi qrupda qalıb

28 İyul 2021, 14:48 (GMT +4)
Tərtərdə 5 yaşayış məntəqəsinin yolu əsaslı şəkildə yenidən qurulur

28 İyul 2021, 14:37 (GMT +4)
Putin: Müsəlman ölkələr böhranlarla mübarizədə Rusiyanın dəstəyinə güvənə bilərlər

28 İyul 2021, 14:29 (GMT +4)
Mədət Quliyev Efiopiyanın müdafiə nazirinin müavini ilə görüşüb

28 İyul 2021, 14:17 (GMT +4)
Ayətullah Xamenei İranda növbəti hökuməti Qərbə etibar etməməyə çağırıb

28 İyul 2021, 14:15 (GMT +4)
"Neftçi" bu gün "Olimpiakos"la qarşılaşır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66