Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

"Azercell" 100 mindən çox abunəçiyə 5GB aylıq internet paketi hədiyyə edib

22 İyun 2021, 11:15 (GMT +4)

Bakı, 22 iyun, SalamNews. “Azercell”in 5GB aylıq internet paketi qazandıran kampaniyası davam edir.

Şirkətdən SalamNews-a verilən məlumata görə, ötən ilin oktyabrında başlayan kampaniya çərçivəsində artıq 100 mindən çox “Azercell” abunəçisinin SİM kartı dəyişdirilib. Onların hər birinə ödənişsiz əsaslarla 4G-ni dəstəkləyən yeni SİM kartla yanaşı, 5Gb aylıq internet paketi də hədiyyə olunub.

Müasir dövrün çağırışları istənilən sahədə (bank, nəqliyyat, təhlükəsizlik, səhiyyə, kommunal xidmətlər və s.) yüksək texnologiyalardan istifadəni zəruri edir. Hazırda “Azercell”in 4G şəbəkəsi ilə 240 mbit/san qədər endirmə, 95 Mbit/saniyəyə qədər isə yükləmə sürəti əldə olunur. “Azercell”in 4G texnologiyası abunəçilərin mobil TV, video-konfrans, onlayn oyun, müxtəlif proqramlardan daha rahat istifadəsinə və kəsintisiz səsli zənglər etməsinə, böyük həcmli videoları daha yüksək keyfiyyətdə izləməsinə, bu faylları daha tez yükləyib ötürməsinə şərait yaradır.

4G-nin üstünlüklərindən istifadə etmək üçün 4G-ni dəstəkləyən mobil telefonun və yeni nəsil LTE texnologiyasını dəstəkləyən USİM SİM-kartının olması əsas şərtdir. SİM-kartın 4G dəstəkləməsini yoxlamaq üçün 4G yazıb 2525-ə göndərmək kifayətdir. Əgər SİM-kart bu texnologiyanı dəstəkləmirsə, istənilən “Azercell” satış və ya xidmət mərkəzinə yaxınlaşaraq ödənişsiz əsaslarla nömrənin 4G dəstəkləyən dublikatını əldə etmək və birdəfəlik bonus şəklində 5Gb aylıq internet paketi qazanmaq mümkündür.

Qeyd edək ki, kampaniya yalnız 4G şəbəkəsini dəstəkləməyən SİM karta sahib olan abunəçilərə şamil olunur.

 





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

29 İyul 2021, 23:44 (GMT +4)
Türkiyədə tüğyan edən meşə yanğınları davam edir, ölənlər var (FOTO)

29 İyul 2021, 18:02 (GMT +4)
Bu il ərzində şəhid ailələrinə verilən vəsiqələrin sayı açıqlanıb

29 İyul 2021, 17:52 (GMT +4)
Ucarda toy qaydalarını pozan 6 nəfər cərimələnib

29 İyul 2021, 17:46 (GMT +4)
Azərbaycanda incəsənət əsərlərinin növbəti auksionu keçiriləcək

29 İyul 2021, 17:41 (GMT +4)
Suriya-Livan sərhədində güclü yanğın baş verib, Rusiya aviasiyası işə cəlb edilib

29 İyul 2021, 17:34 (GMT +4)
Türkiyənin daha iki turizm bölgəsində yanğın başlayıb

29 İyul 2021, 17:23 (GMT +4)
“Himayədar ailə” qayğı modelinin tətbiqi ilə əlaqədar sorğu davam edir

29 İyul 2021, 17:12 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

29 İyul 2021, 17:05 (GMT +4)
Azərbaycanda son sutkada 615 nəfər COVID-19-a yoluxub, 181 nəfər sağalıb

29 İyul 2021, 17:01 (GMT +4)
Gürcüstanın hakim partiyasının Marneuli meri vəzifəsinə namizədi məlum olub

29 İyul 2021, 16:50 (GMT +4)
Türkiyədə müalicə olunan Vətən müharibəsi qazisi vəfat edib

29 İyul 2021, 16:48 (GMT +4)
İran Qarabağda atəşkəsin pozulmasına münasibət bildirib

29 İyul 2021, 16:40 (GMT +4)
"Neftçi"nin HİK-lə oyunlarının vaxtı açıqlanıb

29 İyul 2021, 16:37 (GMT +4)
AQTA ölkəyə bitki toxumlarının gətirilməsi ilə bağlı xəbərdarlıq edib

29 İyul 2021, 16:27 (GMT +4)
"Qalatasaray" Çempionlar Liqası ilə vidalaşıb - (VİDEO)

29 İyul 2021, 16:25 (GMT +4)
Astarada narkotikin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

29 İyul 2021, 16:14 (GMT +4)
Şəhid ailələri və qazilərə vahid məkandan xidmət göstərəcək qurumlar üzrə Əlaqələndirmə Komissiyasının ilk iclası keçirilib

29 İyul 2021, 16:03 (GMT +4)
Gəncədə mağazadan oğurluq edən şəxs saxlanılıb

29 İyul 2021, 16:00 (GMT +4)
"Qarabağ" millimizin üzvünü transfer edib

29 İyul 2021, 15:52 (GMT +4)
Əfqanıstanın Nuristan əyalətində sel daşqınları azı 60 nəfərin ölümünə səbəb olub

29 İyul 2021, 15:44 (GMT +4)
Bu il övladlığa uşaq götürmək üçün daxil olan müraciətlərin sayı açıqlanıb

29 İyul 2021, 15:40 (GMT +4)
Çempionlar Liqasında ötən mövsümün ən yaxşı qolu müəyyənləşib - (VİDEO)

29 İyul 2021, 15:34 (GMT +4)
Kreml Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsinə münasibət bildirib

29 İyul 2021, 15:30 (GMT +4)
Xocalı rayonu ərazisində yeni hərbi hissənin açılışı olub - VİDEO

29 İyul 2021, 15:20 (GMT +4)
Prezident Milli Hematologiya və Transfuziologiya Mərkəzinin təmirinə 600 min manat ayırıb

29 İyul 2021, 15:16 (GMT +4)
"Fənərbaxça" Niderland klubu ilə heç-heçə edib - (VİDEO)

29 İyul 2021, 15:10 (GMT +4)
Ağcabədidə tapılan yeni doğulmuş körpə ilə bağlı prokurorluq tərəfindən zəruri tədbirlər görülüb

29 İyul 2021, 15:00 (GMT +4)
Jurnalist Rafiq Hacıyev vəfat edib

29 İyul 2021, 14:57 (GMT +4)
Peskov: Azərbaycanla əlaqələrimizə dəyər veririk

29 İyul 2021, 14:53 (GMT +4)
UEFA reytinqində Azərbaycanın mövqeyi dəyişməyib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66