Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Azərbaycanda təmənnasız mobil diş və mobil göz klinikaları təşkil olunacaq

22 İyun 2021, 11:46 (GMT +4)

Bakı, 22 iyun, SalamNews. Azərbaycanda telefon rabitəsinin yaradılmasının 140 illiyi ilə bağlı silsilə tədbirlər həyata keçiriləcək.

SalamNews xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb.

Məlumata görə, artıq yubileylə bağlı “Azərbaycan Telefon Rabitəsi 140” loqotipi hazırlanıb.

Yubiley çərçivəsində il ərzində bir sıra silsilə tədbirlər həyata keçiriləcək.

Belə ki, jurnalistlər arasında mövzu ilə bağlı müsabiqənin keçirilməsi, İKT-də xüsusi rolu olan qadınların mükafatlandırılması, rabitənin 140 illiyinə həsr edilmiş markanın, zərfin və xatirə nişanının hazırlanması nəzərdə tutulur.

Eyni zamanda, regionlarda rabitə və yüksək texnologiyalar sahəsi haqqında biliklərin artırılması məqsədilə ödənişsiz onlayn kursların təşkili planlaşdırılır.

Həmçinin könüllü qanvermə aksiyası, müvafiq mobil operator tərəfindən bir neçə regionda təmənnasız səyyar mobil diş və mobil göz klinikaları təşkil olunacaq.

Müvafiq mobil və sabit şəbəkə operatorları müxtəlif xidmətlər üzrə xüsusi güzəştli kampaniyalar keçirəcək.

Rabitənin tarixi barədə sənədli filmin çəkilişi də görüləcək işlər sırasındadır.

Rabitəçi şəhid ailələri, qocaman rabitəçilər evlərində ziyarət ediləcək, rabitə sahəsində uzun müddət çalışan əməkdaşlar xüsusi diplomlarla təltif ediləcək.

Xatırladaq ki, Azərbaycanda ilk telefon xəttini 1880-ci ilin dekabr ayında “Qafqaz və Merkuri” tərsanəsi inşa edib. Xətt cəmiyyətin “Naberejnaya” küçəsində yerləşən baş kontoru ilə Bakı limanında yerləşən “Kaspi” neft cəmiyyətinin kontorunu birləşdirib. 1881-ci ilin yanvar ayında “Nobel qardaşları cəmiyyəti” telefon çəkilişinə icazə almaq məqsədilə Bakı qubernatoru general-leytenant Pozenə müraciət edib və fevralın 18-də icazə verilib. Həmin ilin noyabr ayının 23-də Azərbaycanda uzunluğu 6 km olan və “Nobel qardaşları cəmiyyəti”nin baş kontoru ilə sədr və baş mühəndisin evlərini birləşdirən ilk telefon xətti istismara verilib. Rəsmi olaraq bu xətt Azərbaycanda ilk telefon xətti hesab olunur və telefon rabitəsinin yaradılması həmin ilə təsadüf edir.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

31 İyul 2021, 17:00 (GMT +4)
Bu gün Bakıda 546 küçə dezinfeksiya edilib

31 İyul 2021, 16:45 (GMT +4)
Bakıda iki avtomobil toqquşub, ölən var

31 İyul 2021, 16:40 (GMT +4)
Gürcüstanda son sutkada COVID-19-a yoluxanların sayı 3 mindən çox olub

31 İyul 2021, 16:35 (GMT +4)
“Şahdəniz”dən hasil edilən 98 mlrd kubmetr qaz ixrac edilib

31 İyul 2021, 16:24 (GMT +4)
İranda Qədir-Xum bayramı münasibətilə minlərlə məhbus əfv edilib

31 İyul 2021, 16:23 (GMT +4)
Prezident Ərdoğan meşə yanğınınlarının baş verdiyi bölgələri ziyarət edəcək 

31 İyul 2021, 16:15 (GMT +4)
“Müzəffər Sərkərdə, yenilməz Ordu” adlı vətənpərvərlik tədbiri keçirilib (FOTO)

31 İyul 2021, 16:00 (GMT +4)
Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzinin açılışı olub

31 İyul 2021, 15:50 (GMT +4)
AÇG və “Şahdəniz”dən 567 mln tondan çox neft hasil edilib

31 İyul 2021, 15:43 (GMT +4)
Bayden Kuba hökumətinə qarşı yeni sanksiyalar vəd edib

31 İyul 2021, 15:40 (GMT +4)
Azərbaycan Ordusunun əsgəri şəhid olub

31 İyul 2021, 15:30 (GMT +4)
FHN-də yanğın təhlükəsizliyi ilə bağlı müşavirə keçirilib

31 İyul 2021, 15:27 (GMT +4)
Tokio Olimpiadasında COVID-19-a yoluxanların sayı 246-ya çatıb

31 İyul 2021, 15:15 (GMT +4)
Bakıda onlayn yolla "patı" satan şəxs saxlanılıb

31 İyul 2021, 15:02 (GMT +4)
Əlcəzair Səudiyyənin əl-Ərəbiyyə telekanalının nümayəndəliyinin bağlanılması barədə qərar verib

31 İyul 2021, 15:00 (GMT +4)
Sabunçuda dənizdə batan şəxsin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib

31 İyul 2021, 14:50 (GMT +4)
Bu il Azərbaycanda 20,3 mlrd kubmetr qaz hasil edilib

31 İyul 2021, 14:44 (GMT +4)
Rusiyada son sutkada 23 807 koronavirusa yoluxma aşkar edilib

31 İyul 2021, 14:40 (GMT +4)
Azad edilən ərazilərdə 13 911 daşınmaz əmlakın inventarlaşdırılması tamamlanıb

31 İyul 2021, 14:30 (GMT +4)
İlham Əliyev İsveçrə Prezidentinə məktub göndərib

31 İyul 2021, 14:24 (GMT +4)
Çavuşoğlu: Azərbaycandan yanğınların söndürülməsinə kömək üçün 102 nəfər gəlib

31 İyul 2021, 14:20 (GMT +4)
Müəllim olmaq istəyənlər üçün təkrar imtahanların keçiriləcəyi tarix açıqlanıb

31 İyul 2021, 14:11 (GMT +4)
Tokio-2020: Çin medal sıralamasına liderlik edir

31 İyul 2021, 14:10 (GMT +4)
MN: "Azərbaycan Ordusunun atəşkəsi pozması barədə məlumat yalandır"

31 İyul 2021, 14:00 (GMT +4)
Yarım ildə Azərbaycanda 3,3 milyon ton neft emal edilib

31 İyul 2021, 13:52 (GMT +4)
Türkiyə Tokio-2020-də ilk qızıl medalını qazanıb

31 İyul 2021, 13:50 (GMT +4)
Bu il Azərbaycan 14 mln ton neft ixrac edib

31 İyul 2021, 13:40 (GMT +4)
Masallı polisi əməliyyat keçirib, saxlanılan var

31 İyul 2021, 13:38 (GMT +4)
Müəmmər Qəddafinin oğlu son 10 ildə ilk dəfə olaraq kamera qarşısına çıxıb (FOTO)

31 İyul 2021, 13:30 (GMT +4)
Polis akkumulyator oğrularını saxlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66