Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Hərbi Dəniz Qüvvələrində taktiki təlim başlayıb

22 İyun 2021, 09:12 (GMT +4)

Bakı, 22 iyun, SalamNews. Hərbi Dəniz Qüvvələrinin döyüş gəmiləri dəstəsi, döyüş təminatı və təminedici gəmilər dəstəsi və dəniz piyadalarının iştirakı ilə taktiki təlimlər başlayıb.

SalamNews xəbər verir ki, təlimlərin keçirilməsində məqsəd Azərbaycan Respublikasının hərbi-siyasi və iqtisadi maraqlarına yönəlmiş təhdidlərin qarşısının alınması, Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi üzrə Hərbi Dəniz Qüvvələrinin birləşmələri tətəfindən birgə döyüş əməliyyatlarının aparılması, neft-qaz kəmərlərinin monitorinqlərinin keçirilməsi və müxtəlif şəraitlərdə gəmi taktiki qruplarının təyinatı üzrə tapşırıqların yerinə yetirilməsi zamanı xüsusi təyinatlı qruplar üzrə birgə fəaliyyətlərinin işlənilməsidir.

Təlimlər zamanı döyüş fəaliyyətlərinin təşkili və qüvvələrin döyüşdə idarə olunması üzrə komandirlərin və qərargahların bacarıqlarının təkmilləşdirilməsi, eyni zamanda gəmilərin tək-tək və takriki qrup tərkibində döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazırlıqlarının yoxlanılması nəzərdə tutulur.

Təlimlər zamanı həmçinin Xəzər dənizinin Azərbaycana məxsus sektoruna daxil olmuş şərti düşmənin məhv edilməsi, əlverişli əməliyyat rejiminin bərpa edilməsi və universal müdafiənin təşkili üzrə tapşırıqlar da icra ediləcəkdir.

Təlimlər iki mərhələdən ibarət olacaq. Birinci mərhələ zamanı plana əsasən, təlimlərə cəlb edilmiş qüvvə və vasitələr aşağıdakı tapşırıqları icra edəcəklər:

- Siqnalla gəmi və katerlərin döyüşə və səfər hazırlanması.

- Gəmi Komanda Məmtəqəsinin gözətçi gəmisində açılması və tapşırığın dəqiqləşdirilməsi.

- Birləşmələrin, hissələrin, bölmələrin açılması və birgə üzmə fəaliyyətlərinin yerinə yetirilməsi.

- Gəmi və katerlər tərəfindən düşmənin suüstü hücum vasitələrinin və üzən minanın məhv edilməsi.

- Gəmi və katerlərin təyin olunmuş lövbərə durması və universal müdafiənin təşkili.

- Qumbaraatma çalışmasının yerinə yetirilməsi.

- Hava hücumuna qarşı istilik və radiolokasiya maneələrinin qoyulması

- Gəmi qrupu tərəfindən düşmənin sualtı qayıqlarına qarşı dərinlik bombalarının tətbiqi

- Gəmi və katerlərin təyin olunmuş rayonda lövbərə durması və universal müdafiənin təşkili.
Təlimlərin ikinci mərhələsində Xəzər dənizini Axərbaycan Respiblikasına məxsus sektorunda terror-diversiya fəaliyyətlərinin qarşısının alınması üzrə döyüş tapşıtıqlarının yerinə yetirilməsi, qəzada uğramış gəmiyə yardımın göstərilməsi, enerji infrastrukturunun mühafizəsi və müdafiə üzrə tapşırıqların yerinə yetirilməsi nəzərdə tutulub.

Təlimin ssenarisinə uyğun olaraq bu tapşırıqların yerinə yetirilməsi cəlb efiləvək qüvvələr və texnika aşağıda göstərilən tapşırıqları yerinə yetiriləcəkdir.

- Adada aşkar olunmuş terrorçuların müvvəqqəti bazalarının zərərləşdirilməsi.

- Böyük Zirə adasında təchiz olunmamış sahilə desantın çıxarılması.

- Gəmi əməliyyatının keçirilməsi Qəzaya uğramış gəmiyə köməyin göstərilməsi.

- Tapşırıqlar icra edildikdən sonra gəmi və katerlərin baza məntəqələrinə qayıtması.

Bütün tapşırıqlar yerinə yetirdidən sonra Hərbi Dəniz Qüvvələri Komandanı tərəfindən təlimlərə yekun vurulacaq, görülən fəaliyyətlər təhlil ediləcək, təlimlərdə iştirak edən qüvvə və vasitələrin qarşıya qoyulan tapşırıqların icra səviyyəsi qiymətləndiriləcək.

Təlimlər iyunun 23-də başa çatacaq.

 




Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

29 İyul 2021, 03:10 (GMT +4)
Azərbaycan karateçiləri Tokioya yollanıb

29 İyul 2021, 02:01 (GMT +4)
Qurban Qurbanov: Komanda olaraq çox istəkliyik

29 İyul 2021, 00:55 (GMT +4)
Tapança-tüfənglə tankın qarşısına çıxmaq çox çətindir - Samir Abasov

29 İyul 2021, 00:22 (GMT +4)
"Neftçi"nin çox gözəl futbolçuları və baş məşqçisi var - Pedro Martins

29 İyul 2021, 00:10 (GMT +4)
Tokio-2020: Futbol turnirində 1/4 final cütlükləri məlum olub

28 İyul 2021, 23:32 (GMT +4)
Tokio-2020: Yaponiya medal sıralamasında ilk pillədə qərarlaşıb

28 İyul 2021, 23:15 (GMT +4)
"Neftçi" klubu "Olimpiakos"a uduzub

28 İyul 2021, 22:40 (GMT +4)
Tokio-2020: 19 idmançımız mübarizəni dayandırıb

28 İyul 2021, 22:29 (GMT +4)
Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzəki azad edilib (FOTO)

28 İyul 2021, 21:00 (GMT +4)
"Sabah" Gürcüstan klubuna penaltilərlə məğlub olub

28 İyul 2021, 19:35 (GMT +4)
Tokio-2020: Boksçumuz 4/1 finala yüksəlib

28 İyul 2021, 18:02 (GMT +4)
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

28 İyul 2021, 17:58 (GMT +4)
Almaniyada daşqınlar nəticəsində ölənlərin sayı 180-i keçib

28 İyul 2021, 17:53 (GMT +4)
Təyyarə ilə Azərbaycana giriş-çıxışına icazə veriləcək şəxslər müəyyənləşib

28 İyul 2021, 17:45 (GMT +4)
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı 700-ü ötüb

28 İyul 2021, 17:32 (GMT +4)
Ukraynada yüngül mühərrikli təyyarə evin üzərinə düşüb, ölənlər var

28 İyul 2021, 17:27 (GMT +4)
İslam dünyasında Qədir-Xum bayramı qeyd edilir

28 İyul 2021, 17:25 (GMT +4)
“Yeni Klinika”nın üç əməkdaşı məhkəmə zalında həbs edildib

28 İyul 2021, 17:15 (GMT +4)
Şeyxülislam ABŞ-ın Stirlinq Fondunun baş icraçı direktorunu qəbul edib

28 İyul 2021, 17:05 (GMT +4)
Kaspersky fövqəladə halların təhlili üçün nəzərdə tutulan intellektual sistemi sınaqdan keçirir

28 İyul 2021, 16:54 (GMT +4)
Sumqayıtda kəsilmiş ağacların yerinə yeniləri əkilib

28 İyul 2021, 16:45 (GMT +4)
KİV: "Şimali Axın-2" üzərindəki işlərin 99 faizi tamamlanıb

28 İyul 2021, 16:37 (GMT +4)
İraqda aralarında İŞİD komandirləri olmaqla 14 təhlükəli terrorçu ələ keçirilib

28 İyul 2021, 16:33 (GMT +4)
Təhsil tələbə kreditlərinin verilməsi qaydası açıqlanıb

28 İyul 2021, 16:22 (GMT +4)
Tramp koronavirus məhdudiyyətlərinin sərtləşməsinə qarşıdır

28 İyul 2021, 16:14 (GMT +4)
Bakıda 3 saylı "ASAN Kommunal" mərkəzinin açılışı olub

28 İyul 2021, 16:03 (GMT +4)
Politico: Bayden Putinə qarşı sanksiya tətbiq etməkdən çəkinir

28 İyul 2021, 15:51 (GMT +4)
Zakir Həsənov: Sərhəddəki insidentə görə məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür

28 İyul 2021, 15:41 (GMT +4)
İran Parlamenti xarici sosial şəbəkələrə məhdudiyyət barədə qanun layihəsini qəbul edib

28 İyul 2021, 15:38 (GMT +4)
Kəlbəcər və Laçın yol tikintisinə 10 milyon manat ayrılıb (SƏRƏNCAM)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66