Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycanın xarici ticarət dövriyyəsi 9,5 milyard dollar olub

19 İyun 2021, 12:15 (GMT +4)

Bakı, 19 iyun, SalamNewsGömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla cari ilin yanvar-aprel aylarında xarici ticarət dövriyyəsi 9 milyard 532,1 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 6 milyard 3,2 milyon dollar, idxalın dəyəri 3 milyard 528,9 milyon dollar təşkil edib, nəticədə 2 milyard 474,3 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Dövlət Statistika Komitəsindən SalamNews-a bildirilib ki, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 16,5 faiz artıb, real ifadədə isə 12,4 faiz, o cümlədən idxal 18,1 faiz, ixrac 8,3 faiz azalıb. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, xarici ticarət dövriyyəsinin 89,9 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Hindistan, İspaniya, Gürcüstan, Ukrayna, Almaniya, Portuqaliya, Birləşmiş Krallıq, İsrail, Xorvatiya, ABŞ, Belarus, Tunis, İran, İsveçrə, Tailand, Yaponiya və Koreya ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,2 faizi Rusiyanın, 15,2 faizi Türkiyənin, 12,3 faizi Çinin, 6,9 faizi Almaniyanın, 4,3 faizi ABŞ-ın, 4 faizi Ukraynanın, 3,6 faizi İranın, 3,5 faizi İtaliyanın, 2,7 faizi Birləşmiş Krallığın, hər biri 2 faiz olmaqla Koreya və Yaponiyanın, 1,7 faizi Fransanın, 1,6 faizi Braziliyanın, 1,5 faizi Hindistanın, hər biri 1,2 faiz olmaqla Belarus və Polşanın, hər biri 1,1 faiz olmaqla Vyetnam və Norveçin, 1 faizi Niderlandın, 14,9 faizi isə digər ölkələrin payına düşüb.

İdxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, kimya sənayesi məhsullarının, nəqliyyat vasitələrinin, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib. İdxalın 67,3 faizini avtomobil, 17,7 faizini dəmir yolu, 11,1 faizini hava, 3,7 faizini dəniz nəqliyyatı ilə gətirilmiş, 0,2 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil edib.

İxracın 37,5 faizini İtaliyaya, 16,6 faizini Türkiyəyə, 5,5 faizini Hindistana, 5,3 faizini İspaniyaya, 4,9 faizini Gürcüstana, 3,1 faizini Rusiyaya, 3 faizini Portuqaliyaya, hər biri 2,8 faiz olmaqla Ukrayna və Xorvatiyaya, 2,7 faizini İsrailə, 2,5 faizini Tunisə, hər biri 1,9 faiz olmaqla Belarus və Çinə, 1,4 faizini Birləşmiş Krallığa, 1,1 faizini İsveçrəyə, 1 faizini Tailanda, hər biri 0,7 faiz olmaqla Almaniya və İrlandiyaya, 0,6 faizini Rumıniyaya, 0,5 faizini Yunanıstana, 3,5 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib. Cari ilin yanvar-aprel aylarında ixracın 86,7 faizini boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş, 7,7 faizini avtomobil, 4 faizini dəmir yolu, 1,3 faizini hava, 0,3 faizini dəniz nəqliyyatı ilə göndərilmiş məhsulların dəyəri təşkil edib. İxracın strukturunda xam neft, təbii qaz, neft-qaz məhsulları, meyvə və tərəvəzlər, plastik kütlə və ondan hazırlanan məmulatlar, pambıq lifi və ipliyi, alüminium və ondan hazırlanan məmulatlar, qara metallar və onlardan hazırlanan məmulatlar, şəkər, kimya sənayesi məhsulları, bitki yağları, alkoqollu və alkoqolsuz içkilərin payı üstünlük təşkil edib.

 





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

03 Avqust 2021, 11:51 (GMT +4)
Dünya bazarında neft ucuzlaşır

03 Avqust 2021, 11:45 (GMT +4)
İranın yeni prezidenti prioritetlərini açıqlayıb

03 Avqust 2021, 11:40 (GMT +4)
Göyçayda toy sahibləri cərimələnib

03 Avqust 2021, 11:30 (GMT +4)
Bakıda 8 yeni məktəb binası inşa olunur

03 Avqust 2021, 11:20 (GMT +4)
İran vətəndaşınının maşınından “Tramadol" dərmanı aşkarlanıb

03 Avqust 2021, 11:15 (GMT +4)
Tokio Yay Olimpiya Oyunlarına qatılan daha 18 nəfərin koronavirusa yoluxduğu aşkar edilib

03 Avqust 2021, 11:10 (GMT +4)
Azərbaycan nefti 3%-dən çox ucuzlaşıb

03 Avqust 2021, 11:00 (GMT +4)
Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsi çayxanada aşkarlanıb

03 Avqust 2021, 10:53 (GMT +4)
İranın yeni prezidenti İbrahim Rəisi bu gündən rəsmən öz vəzifəsinin icrasına başlayır

03 Avqust 2021, 10:50 (GMT +4)
Arvadını öldürən məhkəmə hakiminin cinayət işi məhkəməyə göndərilib

03 Avqust 2021, 10:40 (GMT +4)
Füzulidə Azərbaycan sərhədini pozan Rusiya vətəndaşı saxlanılıb

03 Avqust 2021, 10:31 (GMT +4)
KİV: Rabitə kanallarını bərpa etməyi Şimali Koreya Cənubi Koreyaya təklif edib

03 Avqust 2021, 10:30 (GMT +4)
Rəsmi Moskva İsrail gəmisinin İran tərəfindən vurulması ilə bağlı iddialara münasibət bildirib

03 Avqust 2021, 10:28 (GMT +4)
Tokio-2020: Daha bir güləşçimiz medalsız qalıb

03 Avqust 2021, 10:23 (GMT +4)
Türkiyə DİN PKK-nın meşə yanğınları ilə əlaqəsinin olduğuna dair xəbərlərə münasibət bildirib

03 Avqust 2021, 10:20 (GMT +4)
Xaricdə doktorantura təhsili üçün sənəd qəbulunun vaxtı uzadılıb

03 Avqust 2021, 10:10 (GMT +4)
Tovuzda yeni avtomobil tuneli inşa edilir

03 Avqust 2021, 10:06 (GMT +4)
Husilər Səudiyyə Ərəbistanı koalisiyasının PUA-sını vurublar (VİDEO)

03 Avqust 2021, 10:00 (GMT +4)
Bakıda gecə klubunun icarədarı karantin qaydalarının pozulması ilə bağlı 4000 manat cərimələnib

03 Avqust 2021, 09:50 (GMT +4)
Mərakeşdə koronavirusla bağlı məhdudiyyətlər sərtləşdirilib

03 Avqust 2021, 09:50 (GMT +4)
İyulda 1400-dən çox şəxsə elektron qaydada pensiya təyin olunub

03 Avqust 2021, 09:42 (GMT +4)
Rəcəb Təyyib Ərdoğan Tunis prezidentini parlamentin buraxılması ilə bağlı qərarını dəyişməyə çağırıb

03 Avqust 2021, 09:40 (GMT +4)
Bu gün müəllim olmaq istəyən 3000-dən çox namizəd üçün təkrar imtahan keçirilir

03 Avqust 2021, 09:30 (GMT +4)
Toy qaydalarını pozduğuna görə daha 1 nəfər barədə cinayət işi açılıb, 89 nəfər cərimələnib

03 Avqust 2021, 09:26 (GMT +4)
İran Britaniya və Rumuniya səfirlərini Tehranda XİN-ə çağırıb

03 Avqust 2021, 09:20 (GMT +4)
Energetika Nazirliyində növbəti vətəndaş qəbulu keçirilib

03 Avqust 2021, 09:18 (GMT +4)
Türkiyədə hazırda 13 meşə yanğınının söndürülməsi üzrə işlər davam edir

03 Avqust 2021, 09:10 (GMT +4)
Kürdəxanıda ağır yol qəzasında altı nəfər yaralanıb

03 Avqust 2021, 09:00 (GMT +4)
Bu gün Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası keçiriləcək

03 Avqust 2021, 07:53 (GMT +4)
Azərbaycan Milli Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyəti İrana gedir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66