Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

DTX: Suriyada qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən azərbaycanlı həbs edilib 

18 İyun 2021, 11:48 (GMT +4)

Bakı, 18 iyun, SalamNews. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən xarici ölkələrin ərazisində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən Azərbaycan Respublikası vətəndaşlarının müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir.

SalamNews-un xəbərinə görə, DTX-nın saytında yer alan məlumatda bildirilib ki, DTX-nin Ukrayna xüsusi xidmət orqanları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etdiyinə görə barəsində DTX-də aparılan cinayət işi üzrə axtarış elan edilmiş Azərbaycan Respublikasının vətəndaşı 1979-cu il təvəllüdlü Mirismayıllı Mirəhəd Tofiq oğlu Ukrayna ərazisində müəyyən edilərək saxlanılıb və ölkəmizə gətirilib.

Mirəhəd Mirismayıllı Suriyada Hacıyev Aqil Tağı oğlunun başçılıq etdiyi “Cundu Şam” adlı cinayətkar birliyin fəaliyyətində iştirak etmək üçün 20 iyun 2013-cü il tarixdə adıçəkilən ölkəyə gedərək orada aparılan silahlı münaqişələrdə digər Azərbaycan Respublikası vətəndaşları ilə birgə iştirak etməkdə şübhəli bilinir.

Həmçinin müəyyən edilib ki, Azərbaycan Respublikası vətəndaşlarının bir qismi həmin bölgələrdə davam edən silahlı münaqişələr zamanı öldürülüb.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi üzrə Mirəhəd Mirismayıllıya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. O, istintaqa verdiyi ifadə zamanı törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşmanlıq hissi keçirdiyini bildirib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

30 İyul 2021, 13:58 (GMT +4)
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanların tarixi açıqlanıb

30 İyul 2021, 13:50 (GMT +4)
"Liverpul" - "Herta" matçında 7 qol qeydə alınıb - (VİDEO)

30 İyul 2021, 13:47 (GMT +4)
Mevlüt Çavuşoğlu: Yanğınları törətməkdə şübhəli bilinənlər saxlanılıb 

30 İyul 2021, 13:42 (GMT +4)
Suriyanın cənubunda radikal qruplaşma üzvlərinə bir gün möhlət verilib

30 İyul 2021, 13:40 (GMT +4)
"Qarabağ"ın Konfrans Liqasındakı növbəti rəqibi bəlli olub

30 İyul 2021, 13:38 (GMT +4)
Prokurorluq Xaçmazda qadının qətlə yetirilməsi ilə bağlı məlumat yayıb

30 İyul 2021, 13:28 (GMT +4)
“AzerGold” ixrac gəlirlərini 56% artırıb

30 İyul 2021, 13:18 (GMT +4)
Sobyanin ictimai yerlərdə əlcək taxmaq məcburiyyətini ləğv edib 

30 İyul 2021, 13:15 (GMT +4)
Azərbaycan Tokio-2020-də ilk medalını qazanıb

30 İyul 2021, 13:10 (GMT +4)
QMİ sədri Allahşükür Paşazadə Türkiyəyə başsağlığı verib

30 İyul 2021, 12:55 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

30 İyul 2021, 12:52 (GMT +4)
Dünyada 196,6 milyondan çox insan koronavirusa yoluxub

30 İyul 2021, 12:45 (GMT +4)
Şamaxıda koronavirus xəstəsi barədə cinayət işi başlanılıb

30 İyul 2021, 12:41 (GMT +4)
Fars Körfəzi yaxınlığında hücuma məruz qalan gəmi İsrail şirkətinə aiddir - KİV

30 İyul 2021, 12:35 (GMT +4)
AZAL-ın bütün uçuş heyəti koronavirus infeksiyasına qarşı peyvənd olunub

30 İyul 2021, 12:23 (GMT +4)
Azərbaycan Türkiyəyə 500 nəfərlik canlı qüvvə və helikopterlər göndərəcək

30 İyul 2021, 12:18 (GMT +4)
Türkiyə hökuməti meşə yanğınları ilə bağlı vəziyyətin yaxşılaşdığını açıqlayıb

30 İyul 2021, 12:10 (GMT +4)
“Məşğulluq marafonu” na qoşulan işəgötürənlərin sayı 320-yə çatıb

30 İyul 2021, 12:00 (GMT +4)
“ƏDV geri al” layihəsi çərçivəsində vətəndaşlara 95 milyon manat qaytarılıb

30 İyul 2021, 11:50 (GMT +4)
Müdafiə naziri zabit heyətinin ixtisasartırma və təkmilləşdirmə kurslarının gedişi ilə maraqlanıb

30 İyul 2021, 11:43 (GMT +4)
Millimizin üzvü Portuqaliya klubuna transfer olunub

30 İyul 2021, 11:42 (GMT +4)
Fars Körfəzi yaxınlığında Britaniya gəmisi hücuma məruz qalıb - KİV

30 İyul 2021, 11:40 (GMT +4)
Hikmət Hacıyev: Prezident İlham Əliyevin tapşırığı ilə Türkiyəyə yardım dəstələri göndəriləcək

30 İyul 2021, 11:30 (GMT +4)
Tərtərdə qəbristanlıqdan oğurluq edənlər tutulub

30 İyul 2021, 11:25 (GMT +4)
Tokio Olimpiadasında COVID-19-a yoluxanların sayı 220-yə yüksəlib 

30 İyul 2021, 11:16 (GMT +4)
Azərbaycanda 101 nəfərə saxta koronavirus sənədi satan vəzifəli şəxslər həbs olunub

30 İyul 2021, 11:06 (GMT +4)
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

30 İyul 2021, 11:04 (GMT +4)
Tokio-2020: Daha bir cüdoçumuz medalsız qalıb

30 İyul 2021, 11:00 (GMT +4)
Ərdoğan: Türkiyə meşə yanğınlarının qarşısını almaq üçün bütün imkanları səfərbər edib

30 İyul 2021, 11:00 (GMT +4)
Azərbaycan neftinin qiyməti 75 dolları keçib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66