Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Dövlət başçısı: Türkiyə, Pakistan və Əfqanıstana minnətdarlığımı bildirmək istəyirəm

16 İyun 2021, 16:57 (GMT +4)

Bakı, 16 iyun, SalamNews. "Bildiyiniz kimi, Ermənistan 30 ilə yaxın idi ki, ölkəmizin təqribən 20 faiz ərazisini işğal altında saxlayırdı. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə aparıb. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Ermənistan Xocalı soyqırımını törədib. Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınıb".

SalamNews xəbər verir ki, bunu Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə onlayn formatda keçirilən ikinci Zirvə toplantısında çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş dörd qətnamə, Qoşulmama Hərəkatının bəyannamələri, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri, ATƏT və digər beynəlxalq təşkilatların müvafiq qərarları münaqişənin həllinin hüquqi bazasını təşkil edirdi: "Lakin Ermənistan beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayaraq, torpaqlarımızı əbədi olaraq işğal altında saxlamağa cəhd edirdi. Ermənistan 2020-ci ilin iyul, avqust və sentyabr aylarında üç dəfə dövlət sərhədi və keçmiş təmas xətti boyu hərbi təxribatlara əl ataraq günahsız mülki əhalinin qətlə yetirilməsinin və müharibənin alovlanmasının səbəbkarı oldu".

Prezident xatırladıb ki, ötən ilin sentyabr ayında Ermənistanın irimiqyaslı hərbi hücumuna cavab olaraq Azərbaycan əks-hücum əməliyyatına başladı və işğal altında olan ərazilərin böyük hissəsini azad etdi:

"44 günlük Vətən müharibəsində tam məğlubiyyətə uğrayan Ermənistan 2020-ci ilin 10 noyabr tarixində kapitulyasiya aktına imza ataraq Azərbaycanın işğal altında olan digər ərazilərindən qoşunlarını çıxarmağa məcbur oldu. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinin icrasını təmin etdi. Beləliklə, Azərbaycan 30 illik münaqişəyə son qoydu və hərbi-siyasi yollarla ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Biz müharibə zamanı İslam Əməkdaşlıq Təşkilatı tərəfindən nümayiş etdirilən qətiyyətli mövqeyi yüksək qiymətləndiririk. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanı dəstəkləyən bəyanatlarla çıxış edib. Xüsusilə mən müharibənin ilk günlərindən bizə siyasi dəstək ifadə edən Türkiyə, Pakistan və Əfqanıstana minnətdarlığımı bildirmək istəyirəm".





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

29 İyul 2021, 10:10 (GMT +4)
"Bakı Metropoliteni" 10 yeni güclü ventilyator istifadəyə verib

29 İyul 2021, 10:00 (GMT +4)
Ötən gün 1977 nəfər toylara buraxılmayıb

29 İyul 2021, 10:00 (GMT +4)
Trampın kürəkəni siyasətdən ayrılır

29 İyul 2021, 09:49 (GMT +4)
Əfqanıstanın Nəngərhar əyalətində Talibanın hücumu nəticəsində səkkiz hərbçi həyatını itirib

29 İyul 2021, 09:40 (GMT +4)
DTX-nin həbs etdiyi xidmət rəisinin məhkəməsinin vaxtı məlum olub

29 İyul 2021, 09:30 (GMT +4)
Bakıda çoxmərtəbəli binada baş verən yanğın söndürülüb

29 İyul 2021, 09:20 (GMT +4)
Meksikalı jurnalistin Qarabağ təəssüratları yerli mətbuatda geniş işıqlandırılıb

29 İyul 2021, 09:18 (GMT +4)
Peruda bir neçə zəlzələ baş verib

29 İyul 2021, 09:10 (GMT +4)
II və III ixtisas qrupları üzrə 3 nəfər yüksək bal toplayıb

29 İyul 2021, 09:02 (GMT +4)
İran Parlamentinin sədri Suriya prezidenti Bəşər Əsədlə görüşüb

29 İyul 2021, 09:00 (GMT +4)
MN: Ermənistan atəşkəsi pozaraq Kəlbəcər rayonu istiqamətindəki mövqelərimizi yenidən atəşə tutub

29 İyul 2021, 03:10 (GMT +4)
Azərbaycan karateçiləri Tokioya yollanıb

29 İyul 2021, 02:01 (GMT +4)
Qurban Qurbanov: Komanda olaraq çox istəkliyik

29 İyul 2021, 00:55 (GMT +4)
Tapança-tüfənglə tankın qarşısına çıxmaq çox çətindir - Samir Abasov

29 İyul 2021, 00:22 (GMT +4)
"Neftçi"nin çox gözəl futbolçuları və baş məşqçisi var - Pedro Martins

29 İyul 2021, 00:10 (GMT +4)
Tokio-2020: Futbol turnirində 1/4 final cütlükləri məlum olub

28 İyul 2021, 23:32 (GMT +4)
Tokio-2020: Yaponiya medal sıralamasında ilk pillədə qərarlaşıb

28 İyul 2021, 23:15 (GMT +4)
"Neftçi" klubu "Olimpiakos"a uduzub

28 İyul 2021, 22:40 (GMT +4)
Tokio-2020: 19 idmançımız mübarizəni dayandırıb

28 İyul 2021, 22:29 (GMT +4)
Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzəki azad edilib (FOTO)

28 İyul 2021, 21:00 (GMT +4)
"Sabah" Gürcüstan klubuna penaltilərlə məğlub olub

28 İyul 2021, 19:35 (GMT +4)
Tokio-2020: Boksçumuz 4/1 finala yüksəlib

28 İyul 2021, 18:02 (GMT +4)
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

28 İyul 2021, 17:58 (GMT +4)
Almaniyada daşqınlar nəticəsində ölənlərin sayı 180-i keçib

28 İyul 2021, 17:53 (GMT +4)
Təyyarə ilə Azərbaycana giriş-çıxışına icazə veriləcək şəxslər müəyyənləşib

28 İyul 2021, 17:45 (GMT +4)
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı 700-ü ötüb

28 İyul 2021, 17:32 (GMT +4)
Ukraynada yüngül mühərrikli təyyarə evin üzərinə düşüb, ölənlər var

28 İyul 2021, 17:27 (GMT +4)
İslam dünyasında Qədir-Xum bayramı qeyd edilir

28 İyul 2021, 17:25 (GMT +4)
“Yeni Klinika”nın üç əməkdaşı məhkəmə zalında həbs edildib

28 İyul 2021, 17:15 (GMT +4)
Şeyxülislam ABŞ-ın Stirlinq Fondunun baş icraçı direktorunu qəbul edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66