Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » HADİSƏLƏR

Prokurorluq: Daha bir xəstəxanada əməkhaqqı kartları ilə bağlı maxinasiya aşkarlanıb

10 İyun 2021, 16:03 (GMT +4)

Bakı, 10 iyun, SalamNews.  23 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkiminin iqtisadi məsələlər üzrə müavini Zinyət İsmayılovanın qanunsuz əməlləri ilə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Bu barədə SalamNews-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Aparılan istintaq-əməliyyat tədbirləri ilə Zinyət İsmayılovanın 13 aprel 2021-ci il tarixədək xəstəxananın baş həkimi vəzifəsində işləmiş Rəsul Baxşəliyevlə cinayətkar əlaqəyə girərək 2015-ci ildən etibarən xəstəxanada ayrı-ayrı vəzifələrdə işləmiş tibb işçilərinin əmək stajının hesablanması yolu ilə işə gəlməmələrinə şərait yaradılması müqabilində sonuncuların əmək haqqı kartlarını özündə saxlamaqla, kart hesablarına mədaxil olunan ümumilikdə 314 min 400 manat məbləğində pul vəsaitini hər ay nağdlaşdıraraq öz aralarında bölmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Zinyət İsmayılovanın 13.04.2021-ci il tarixdən hazırki dövrədək həmin müəssisənin baş həkimi vəzifəsində işləyən Ceyhun Yusifovla birlikdə eyni cinayətkar üsul ilə həmin işçilərə məxsus cəmi 13 min 800 manat məbləğində pul vəsaitini hər ay nağdlaşdırararaq öz aralarında bölmələrinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq zamanı vurulan maddi ziyanın 112 min manat hissəsinin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Hazırda cinayətlərin törədilməsində hər-hansı formada iştirak edən digər şəxslərin dairəsinin müəyyənləşdirilməsi və vurulan maddi ziyanın qalan hissəsinin ödətdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

03 Avqust 2021, 12:00 (GMT +4)
Azərbaycan baramaçılıq və ipəkçilik üzrə yeni dövlət standartı təsdiq edib

03 Avqust 2021, 11:51 (GMT +4)
Dünya bazarında neft ucuzlaşır

03 Avqust 2021, 11:45 (GMT +4)
İranın yeni prezidenti prioritetlərini açıqlayıb

03 Avqust 2021, 11:40 (GMT +4)
Göyçayda toy sahibləri cərimələnib

03 Avqust 2021, 11:30 (GMT +4)
Bakıda 8 yeni məktəb binası inşa olunur

03 Avqust 2021, 11:20 (GMT +4)
İran vətəndaşınının maşınından “Tramadol" dərmanı aşkarlanıb

03 Avqust 2021, 11:15 (GMT +4)
Tokio Yay Olimpiya Oyunlarına qatılan daha 18 nəfərin koronavirusa yoluxduğu aşkar edilib

03 Avqust 2021, 11:10 (GMT +4)
Azərbaycan nefti 3%-dən çox ucuzlaşıb

03 Avqust 2021, 11:04 (GMT +4)
Tokio-2020: Rafiq Hüseynov erməni güləşçi ilə qarşılaşacaq

03 Avqust 2021, 11:00 (GMT +4)
Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsi çayxanada aşkarlanıb

03 Avqust 2021, 10:53 (GMT +4)
İranın yeni prezidenti İbrahim Rəisi bu gündən rəsmən öz vəzifəsinin icrasına başlayır

03 Avqust 2021, 10:50 (GMT +4)
Arvadını öldürən məhkəmə hakiminin cinayət işi məhkəməyə göndərilib

03 Avqust 2021, 10:40 (GMT +4)
Füzulidə Azərbaycan sərhədini pozan Rusiya vətəndaşı saxlanılıb

03 Avqust 2021, 10:31 (GMT +4)
KİV: Rabitə kanallarını bərpa etməyi Şimali Koreya Cənubi Koreyaya təklif edib

03 Avqust 2021, 10:30 (GMT +4)
Rəsmi Moskva İsrail gəmisinin İran tərəfindən vurulması ilə bağlı iddialara münasibət bildirib

03 Avqust 2021, 10:28 (GMT +4)
Tokio-2020: Daha bir güləşçimiz medalsız qalıb

03 Avqust 2021, 10:23 (GMT +4)
Türkiyə DİN PKK-nın meşə yanğınları ilə əlaqəsinin olduğuna dair xəbərlərə münasibət bildirib

03 Avqust 2021, 10:20 (GMT +4)
Xaricdə doktorantura təhsili üçün sənəd qəbulunun vaxtı uzadılıb

03 Avqust 2021, 10:10 (GMT +4)
Tovuzda yeni avtomobil tuneli inşa edilir

03 Avqust 2021, 10:06 (GMT +4)
Husilər Səudiyyə Ərəbistanı koalisiyasının PUA-sını vurublar (VİDEO)

03 Avqust 2021, 10:00 (GMT +4)
Bakıda gecə klubunun icarədarı karantin qaydalarının pozulması ilə bağlı 4000 manat cərimələnib

03 Avqust 2021, 09:50 (GMT +4)
Mərakeşdə koronavirusla bağlı məhdudiyyətlər sərtləşdirilib

03 Avqust 2021, 09:50 (GMT +4)
İyulda 1400-dən çox şəxsə elektron qaydada pensiya təyin olunub

03 Avqust 2021, 09:42 (GMT +4)
Rəcəb Təyyib Ərdoğan Tunis prezidentini parlamentin buraxılması ilə bağlı qərarını dəyişməyə çağırıb

03 Avqust 2021, 09:40 (GMT +4)
Bu gün müəllim olmaq istəyən 3000-dən çox namizəd üçün təkrar imtahan keçirilir

03 Avqust 2021, 09:30 (GMT +4)
Toy qaydalarını pozduğuna görə daha 1 nəfər barədə cinayət işi açılıb, 89 nəfər cərimələnib

03 Avqust 2021, 09:26 (GMT +4)
İran Britaniya və Rumuniya səfirlərini Tehranda XİN-ə çağırıb

03 Avqust 2021, 09:20 (GMT +4)
Energetika Nazirliyində növbəti vətəndaş qəbulu keçirilib

03 Avqust 2021, 09:18 (GMT +4)
Türkiyədə hazırda 13 meşə yanğınının söndürülməsi üzrə işlər davam edir

03 Avqust 2021, 09:10 (GMT +4)
Kürdəxanıda ağır yol qəzasında altı nəfər yaralanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66