Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azərbaycan BMT Baş katibinə sərhəd məsələsi ilə bağlı məktub göndərib

07 İyun 2021, 17:00 (GMT +4)

Bakı, 7 iyun, SalamNews. Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin bir neçə ay bundan əvvəl başlanmış tədbirlərlə əlaqədar məktubu və beynəlxalq miqyasda tanınmış sərhədin bərpası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bəyanatı BMT-nin Baş katibinin ünvanına göndərilib.

SalamNews-un məlumatına görə, məktubda deyilir ki, 1991-ci ildə SSRİ dağılandan sonra həm Ermənistan, həm də Azərbaycan beynəlxalq hüquqa müvafiq olaraq keçmiş SSRİ respublikaları kimi malik olduğu sərhədlər daxilində müstəqillik əldə etdi. Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında 1991-ci il dekabrın 8-də imzalanmış sazişdə və 1991-ci il 21 dekabr tarixli Alma-Ata Bəyannaməsində bu sənədləri imzalamış bütün dövlətlər, o cümlədən Ermənistan və Azərbaycan da “mövcud sərhədlərin toxunulmazlığına” hörmət etməyi öhdəyə götürüblər. O vaxtdan Azərbaycan yeni dövlətlərin sərhədlərinin müəyyən edilməsi qaydasını müəyyən edən bu prinsipə qəti sadiq olduğunu dəfələrlə bəyan edib.

Y.Əliyev yazır ki, 1991-ci ilin sonunda və 1992-ci ilin əvvəlində Ermənistan Azərbaycana qarşı tammiqyaslı müharibədə başlayıb və onun suveren ərazisinin xeyli hissəsini işğal edib. 1993-cü ildə Təhlükəsizlik Şurası 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) nömrəli dörd qətnamə qəbul edərək Azərbaycana qarşı güc tətbiq edilməsini və onun ərazilərinin işğal olunmasını pisləyib, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə, onun beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət bəslədiyini və ərazi əldə edilməsi məqsədilə güc tətbiq edilməsinin yol verilməzliyini bir daha bəyan edib. Təhlükəsizlik Şurası Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edib.

Lakin Ermənistan bu əsas tələbləri yerinə yetirməyib. Əksinə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü hiddətləndirici şəkildə pozmaqda davam edib, beynəlxalq sənədlərdə bu prinsipin xatırladılmasını və iki dövlət arasında sərhədin beynəlxalq legitimliyini təmin edən yuxarıda adı çəkilən qaydanın həqiqiliyini dəfələrlə inkar edib. Aşkardır ki, Ermənistanın belə hərəkətləri və bu cür mövqe tutması Azərbaycanı ərazi bütövlüyü hüququndan məhrum edə bilməz. Biz işğala son qoymaq və münaqişəni danışıqlar yolu ilə həll etmək üçün illər boyu ardıcıl səy göstərmişik. Lakin Ermənistan qanunsuz olaraq güc tətbiq etməsinin nəticələrini saxlamaq və möhkəmləndirmək cəhdlərindən əl çəkməyib, yerlərdə daim müxtəlif provokasiyalara əl atıb. Nəticədə 2020-ci il sentyabrın sonlarında Azərbaycan Ermənistanın növbəti silahlı hücumuna cavab olaraq özünümüdafiə hüququnun reallaşdırmaq qaydasında əks-hücum əməliyyatına başlayıb və bu əməliyyatı uğurla başa çatdıraraq 300-dən çox şəhər, qəsəbə və kəndi, o cümlədən Ermənistan ilə həmsərhəd Qubadlı və Zəngilan rayonlarını işğaldan azad edib. Yuxarıda xatırlatdığımız üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq Ermənistan silahlı qüvvələri daha iki sərhədyanı rayonun – Laçın və Kəlbəcər rayonlarının ərazisindən çıxarılandan sonra həmin rayonlar Azərbaycana qaytarılıb.

Azərbaycanlı diplomatın məktubunda daha sonra deyilir ki, Azərbaycan və Ermənistan hər iki tərəfin əlində olan müvafiq rəsmi xəritələr əsasında onların arasında sərhəd xəttini dəqiqləşdirməklə məşğuldurlar. Bu proses tərəflərin sərhəd xidmətlərinin iştirakı ilə onların arasında birbaşa texniki əlaqələr yolu ilə həyata keçirilir. Belə əlaqələr Azərbaycanın işğaldan azad edilmiş Qubadlı, Kəlbəcər və Zəngilan rayonlarında yaranan sərhəd məsələlərinin həllinə kömək edib. Bundan əlavə, Azərbaycan xoş məram nümayiş etdirərək sərhəd xətti dəqiqləşdiriləndən sonra bir hissəsi Azərbaycan ərazisindən keçən Gorus-Qafan avtomobil yolundan Ermənistan vətəndaşlarının istifadə etmələrinə icazə verir.

Bu fonda şübhə yoxdur ki, Qaragöl ətrafında yaranmış vəziyyətlə əlaqədar Ermənistanın başladığı təhrikçi kampaniya iyun ayında Ermənistanda kəskin siyasi və iqtisadi böhran şəraitində keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində əsasən daxili məqsədlər güdür. Bu şəraitdə Azərbaycana nifrət təbliği və revanşist şüarlar bir-biri ilə mübarizə aparan tərəflərin –1990-cı illərin əvvəlində Azərbaycanla müharibəyə başlayanların və 30 il sonra həmin müharibəni uduzmuş indiki hakimiyyət orqanlarının təklif etdiyi yeganə stimullardır.

Bundan əlavə, otuz il ərzində Azərbaycan ərazisini işğal edəndən sonra, iki ölkə arasında sərhəd rejimi olmadığı indiki şəraitdə Ermənistan hələ də qonşu dövlətin sərhədlərinə hörmət etmək zərurəti ilə barışmayıb və onun ərazi bütövlüyünü pozmaqda davam edir. Mövcud olmayan qurumun adından uydurulmuş sənədlərin və saxtalaşdırılmış tarix versiyalarının yayılması, Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərindəki yaşayış məntəqələrinin müxtəlif saxta adlarla xatırlanması, revanşist səylərin bərpa edilməsi ... – belə nümunələrdən çox göstərmək olar.

Bütün sərhəd məsələləri iki ölkənin sərhəd orqanları arasında yaradılmış rabitə kanalı vasitəsilə həll edilməlidir. Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbərliyi 2021-ci il mayın 12-dən etibarən bu bölgədədir və Qaragöl ətrafında vəziyyətin normallaşdırılmasına dair danışırlar aparılır. Azərbaycan bütün zəruri informasiyanı hər iki tərəfin mövqelərini dinləməyi vacib hesab etmiş beynəlxalq tərəfdaşlara təqdim edib. Ermənistan isə beynəlxalq birliyi çaşdırmaqda davam edir. Buna görə unutmamalıyıq ki, saxtalaşdırma və uydurma praktikası Ermənistana çoxdan xasdır. Çoxsaylı təkzibolunmaz faktlara baxmayaraq bu ölkə onilliklər boyu Azərbaycana qarşı təcavüz törətməsini, onun ərazilərini işğal etməsini, yüz minlərlə dinc sakini doğma yurdlarından qovmasını, işğal edilmiş rayonları və şəhərləri dağıtmasını və qarət etməsini, münaqişə zamanı minlərlə dinc azərbaycanlını qətlə yetirməsini israrla inkar edir.

Məktubun sonunda qeyd edilir ki, Azərbaycan hər hansı dövlətin torpaqlarına iddia etmir, lakin öz ərazisinin bircə qarışını belə heç kəsə verməyəcək. Azərbaycan iki ölkənin beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində bir-birinin suverenliyini və ərazi bütövlüyünü qarşılıqlı tanımaq və hörmət etmək əsasında bu ölkələrin dövlətlərarası münasibətlərinin normallaşdırılmasının tərəfdarıdır və Ermənistandan qarşılıqlı mövqe gözləyir.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Ceyhun Bayramov BMT-nin Azərbaycandakı nümayəndəsilə görüşüb

İranın xarici işlər naziri nüvə sazişi ilə bağlı BMT baş katibinə 200 səhifəlik məktub göndərib

Livan İsraildən BMT-yə şikayət edəcəyini bildirib

BMT Baş katibi İraqdakı terror hücumunu törədənlərin mühakimə olunmasına çağırıb

BMT Ali Komissarı Belarusdakı yeni repressiyaları pisləyib

Bağdadda BMT nümayəndəsi ilə İran səfiri arasında görüş keçirilib 

Haiti BMT-dən ölkəyə əsgər göndərməsini istəyib

Suriya üzrə xüsusi nümayəndə İranın BMT-nin siyasi proseslərindəki iştirakını yüksək dəyərləndirir

XİN: Azərbaycan BMT QAK missiyasını qəbul etməyə hazırdır

BMT-nin Azərbaycanda yeni rezident əlaqələndiricisi təyin olunub

BMT baş katibi ABŞ-ı İrana qarşı sanksiyaları ləğv etməyə çağırıb

İran İsrailin və Səudiyyənin BMT-nin qara siyahısına salınmamasını kəskin tənqid edib

BMT Baş katibi: Qlobal səviyyədə kütləvi toxunulmazlığı formalaşdırmaq lazımdır

Azərbaycan Prezidenti BMT-nin ali nümayəndəsini qəbul edib

Ceyhun Bayramov: "Azərbaycan YUNESKO və BMT QAK-dan cavab gözləyir"

XİN: Azərbaycan UNESCO və BMTQAK-ın missiyasını qəbul etməyə tam hazırdır

Prezident İlham Əliyev BMT-nin Baş katibinə məktub göndərib 

BMT-nin xüsusi elçisi Myanmada vətəndaş müharibəsinin ola biləcəyini bəyan edib

BMT fələstinli qaçqınların sayını açıqlayıb

BMT-nin «Şiələrə qarşı qətliam» adlandırdığı «Spayker faciəsi»ndən 7 il keçir

03 Avqust 2021, 10:31 (GMT +4)
KİV: Rabitə kanallarını bərpa etməyi Şimali Koreya Cənubi Koreyaya təklif edib

03 Avqust 2021, 10:30 (GMT +4)
Rəsmi Moskva İsrail gəmisinin İran tərəfindən vurulması ilə bağlı iddialara münasibət bildirib

03 Avqust 2021, 10:23 (GMT +4)
Türkiyə DİN PKK-nın meşə yanğınları ilə əlaqəsinin olduğuna dair xəbərlərə münasibət bildirib

03 Avqust 2021, 10:20 (GMT +4)
Xaricdə doktorantura təhsili üçün sənəd qəbulunun vaxtı uzadılıb

03 Avqust 2021, 10:10 (GMT +4)
Tovuzda yeni avtomobil tuneli inşa edilir

03 Avqust 2021, 10:06 (GMT +4)
Husilər Səudiyyə Ərəbistanı koalisiyasının PUA-sını vurublar (VİDEO)

03 Avqust 2021, 10:00 (GMT +4)
Bakıda gecə klubunun icarədarı karantin qaydalarının pozulması ilə bağlı 4000 manat cərimələnib

03 Avqust 2021, 09:50 (GMT +4)
Mərakeşdə koronavirusla bağlı məhdudiyyətlər sərtləşdirilib

03 Avqust 2021, 09:50 (GMT +4)
İyulda 1400-dən çox şəxsə elektron qaydada pensiya təyin olunub

03 Avqust 2021, 09:42 (GMT +4)
Rəcəb Təyyib Ərdoğan Tunis prezidentini parlamentin buraxılması ilə bağlı qərarını dəyişməyə çağırıb

03 Avqust 2021, 09:40 (GMT +4)
Bu gün müəllim olmaq istəyən 3000-dən çox namizəd üçün təkrar imtahan keçirilir

03 Avqust 2021, 09:30 (GMT +4)
Toy qaydalarını pozduğuna görə daha 1 nəfər barədə cinayət işi açılıb, 89 nəfər cərimələnib

03 Avqust 2021, 09:26 (GMT +4)
İran Britaniya və Rumuniya səfirlərini Tehranda XİN-ə çağırıb

03 Avqust 2021, 09:20 (GMT +4)
Energetika Nazirliyində növbəti vətəndaş qəbulu keçirilib

03 Avqust 2021, 09:18 (GMT +4)
Türkiyədə hazırda 13 meşə yanğınının söndürülməsi üzrə işlər davam edir

03 Avqust 2021, 09:10 (GMT +4)
Kürdəxanıda ağır yol qəzasında altı nəfər yaralanıb

03 Avqust 2021, 09:00 (GMT +4)
Bu gün Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası keçiriləcək

03 Avqust 2021, 07:53 (GMT +4)
Azərbaycan Milli Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyəti İrana gedir

03 Avqust 2021, 02:19 (GMT +4)
Tokio-2020: Bu gün 4 idmançımız çıxış edəcək

03 Avqust 2021, 01:55 (GMT +4)
Tokio-2020: Medal sıralamasında lider dəyişməyib

03 Avqust 2021, 01:20 (GMT +4)
Tokio-2020: Futbolda Kanada - İsveç finalı olacaq

03 Avqust 2021, 00:48 (GMT +4)
"Chessable Masters": Şəhriyar Məmmədyarov Levon Aronyanla heç-heçə edib

03 Avqust 2021, 00:30 (GMT +4)
Tokio-2020: Kubalı güləşçi tarixə düşüb

02 Avqust 2021, 23:15 (GMT +4)
HİK çox yaxşı komanda oyunu sərgiləyir - Samir Abasov 

02 Avqust 2021, 18:02 (GMT +4)
Ceyhun Bayramov BMT-nin Azərbaycandakı nümayəndəsilə görüşüb

02 Avqust 2021, 17:53 (GMT +4)
İspaniya meşə yanğınları ilə mübarizə üçün Türkiyəyə təyyarə göndərəcək

02 Avqust 2021, 17:51 (GMT +4)
Deputat Eldəniz Səlimov YAP-dan çıxarılıb

02 Avqust 2021, 17:46 (GMT +4)
İranın yeni prezidentinin andiçmə mərasiminə 10 dövlət başçısı qatılacaq

02 Avqust 2021, 17:42 (GMT +4)
Sumqayıt sakini Biləsuvarda "patı" və heroinlə tutulub

02 Avqust 2021, 17:34 (GMT +4)
DİN deputat Eldəniz Səlimovla bağlı münasibətini açıqlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66