Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

İlham Əliyev: “Qüds şəhəri ilə bağlı mövqeyimiz çox aydındır”

21 May 2021, 13:10 (GMT +4)

Bakı, 21 may, SalamNews. “Bizim mövqeyimiz həmişə aydın olub. Yenə də biz beynəlxalq ədaləti, beynəlxalq hüququ, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin icrasını təşviq edirik. Biz Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına münasibətdə bu selektiv yanaşmanın qurbanı olmuşuq”.

SalamNews xəbər verir ki, bunu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, bəzi hallarda bu qətnamələr bir neçə günə icra olunur: “Bizə gəldikdə isə onlar 27 il ərzində, ümumiyyətlə, icra olunmadı. Biz ərazi bütövlüyümüzü bərpa edərək onları özümüz icra etdik. Əlbəttə ki, biz həmişə mübahisələrin sülh yolu ilə həllini təşviq edirik. 

Əlbəttə, Yaxın Şərqdə gərginliyin azaldılması hesab edirəm, beynəlxalq birliyin marağındadır. Qüds şəhəri ilə bağlı bizim mövqeyimiz çox aydındır. Bizim mövqeyimiz İsrail-Fələstin münaqişəsinin iki dövlət əsasında olan həlli üzərində qurulub. Bir neçə il bundan əvvəl biz fələstinlilərə dəstək olmaq üçün Bakıda donor konfransını keçirdik. Hesab edirəm ki, bu mövqe beynəlxalq hüquqa tamamilə uyğundur. İki dövlət əsasında həll, gərginliyin azaldılması, sülh danışıqları və həlli tapmaq üçün səmimi istək. Həlli tapmaq çətindir. Bizim vəziyyətdə də həlli tapmaq çətin idi. Lakin hesab edirəm ki, beynəlxalq birliyin və əlbəttə ki, supergüclərin birgə səyləri... Əlbəttə ki, Azərbaycan böyük ölkələr arasındakı münasibətlərə təsir göstərə bilən ölkə deyil, lakin Qoşulmama Hərəkatının sədri olaraq biz üzv ölkələrinin konsolidasiya olunmuş mövqeyini müdafiə edəcəyik. Baş Assambleyanın sammitində mən Qoşulmama Hərəkatının sədri olaraq çıxış etdim və mənim nitqim bütün üzv dövlətlərlə razılaşdırılmışdı. Odur ki, bu məsələdə yanaşma eyni olacaq”.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

03 Avqust 2021, 12:30 (GMT +4)
Yardımlıda meşə yanğınının söndürülməsinə helikopter cəlb olunub

03 Avqust 2021, 12:29 (GMT +4)
Ayətullah Xamenei Rəisini təbrik edib və hökumətin tez bir zamanda formalaşdırılmasını istəyib

03 Avqust 2021, 12:28 (GMT +4)
Sahibə Qafarova: Deputatın da, Milli Məclisin də yiyəsi Azərbaycan xalqıdır

03 Avqust 2021, 12:27 (GMT +4)
Dünyada COVID-19-a yoluxanların sayı 199 milyona yaxınlaşıb

03 Avqust 2021, 12:20 (GMT +4)
Cəlilabadda "patı" satanlar saxlanılıb

03 Avqust 2021, 12:10 (GMT +4)
Bakıda 161 nömrəli marşrut xəttində ödəniş “BakıKart”la olacaq

03 Avqust 2021, 12:00 (GMT +4)
Azərbaycan baramaçılıq və ipəkçilik üzrə yeni dövlət standartı təsdiq edib

03 Avqust 2021, 11:51 (GMT +4)
Dünya bazarında neft ucuzlaşır

03 Avqust 2021, 11:45 (GMT +4)
İranın yeni prezidenti prioritetlərini açıqlayıb

03 Avqust 2021, 11:40 (GMT +4)
Göyçayda toy sahibləri cərimələnib

03 Avqust 2021, 11:30 (GMT +4)
Bakıda 8 yeni məktəb binası inşa olunur

03 Avqust 2021, 11:20 (GMT +4)
İran vətəndaşınının maşınından “Tramadol" dərmanı aşkarlanıb

03 Avqust 2021, 11:15 (GMT +4)
Tokio Yay Olimpiya Oyunlarına qatılan daha 18 nəfərin koronavirusa yoluxduğu aşkar edilib

03 Avqust 2021, 11:10 (GMT +4)
Azərbaycan nefti 3%-dən çox ucuzlaşıb

03 Avqust 2021, 11:04 (GMT +4)
Tokio-2020: Rafiq Hüseynov erməni güləşçi ilə qarşılaşacaq

03 Avqust 2021, 11:00 (GMT +4)
Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsi çayxanada aşkarlanıb

03 Avqust 2021, 10:53 (GMT +4)
İranın yeni prezidenti İbrahim Rəisi bu gündən rəsmən öz vəzifəsinin icrasına başlayır

03 Avqust 2021, 10:50 (GMT +4)
Arvadını öldürən məhkəmə hakiminin cinayət işi məhkəməyə göndərilib

03 Avqust 2021, 10:40 (GMT +4)
Füzulidə Azərbaycan sərhədini pozan Rusiya vətəndaşı saxlanılıb

03 Avqust 2021, 10:31 (GMT +4)
KİV: Rabitə kanallarını bərpa etməyi Şimali Koreya Cənubi Koreyaya təklif edib

03 Avqust 2021, 10:30 (GMT +4)
Rəsmi Moskva İsrail gəmisinin İran tərəfindən vurulması ilə bağlı iddialara münasibət bildirib

03 Avqust 2021, 10:28 (GMT +4)
Tokio-2020: Daha bir güləşçimiz medalsız qalıb

03 Avqust 2021, 10:23 (GMT +4)
Türkiyə DİN PKK-nın meşə yanğınları ilə əlaqəsinin olduğuna dair xəbərlərə münasibət bildirib

03 Avqust 2021, 10:20 (GMT +4)
Xaricdə doktorantura təhsili üçün sənəd qəbulunun vaxtı uzadılıb

03 Avqust 2021, 10:10 (GMT +4)
Tovuzda yeni avtomobil tuneli inşa edilir

03 Avqust 2021, 10:06 (GMT +4)
Husilər Səudiyyə Ərəbistanı koalisiyasının PUA-sını vurublar (VİDEO)

03 Avqust 2021, 10:00 (GMT +4)
Bakıda gecə klubunun icarədarı karantin qaydalarının pozulması ilə bağlı 4000 manat cərimələnib

03 Avqust 2021, 09:50 (GMT +4)
Mərakeşdə koronavirusla bağlı məhdudiyyətlər sərtləşdirilib

03 Avqust 2021, 09:50 (GMT +4)
İyulda 1400-dən çox şəxsə elektron qaydada pensiya təyin olunub

03 Avqust 2021, 09:42 (GMT +4)
Rəcəb Təyyib Ərdoğan Tunis prezidentini parlamentin buraxılması ilə bağlı qərarını dəyişməyə çağırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66