Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

DİN: DSX-nın iki hərbçisini qətlə yetirdikdən sonra dağda gizlənən iranlı sərhəd pozucularından biri zərərsizləşdirilib

19 May 2021, 12:32 (GMT +4)

Bakı, 19 may, SalamNews. Mayın 15-də Azərbaycan dövlət sərhədini pozaraq Dövlət Sərhəd Xidmətinin iki hərbçisini qətlə yetirən İran vətəndaşlarından biri zərərsizləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov SalamNews-a bildirib ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayonu ərazisində dağlarda gizlənən İran vətəndaşlarından birinin yeri müəyyən edilib: "O, təslim olmayaraq hərbi qulluqçulara silahlı müqavimət göstərib. Bu səbəbdən həmin şəxs zərərsizləşdirib".

Qeyd edək ki, mayın 15-də DSX Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçərkən DSX-nın əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara odlu silahdan atəş açıb və nəticədə xidməti vəzifələrini icra edən baş leytenant Samir Eyvazov və kiçik gizir Fərid Alimov həlak olublar.

Keçirilən əməliyyat tədbirləri nəticəsində sərhəd pozucularından biri saxlanılıb, saxlanılan şəxsin İran İslan Respublikasının vətəndaşı Bərgi Həsənəli Novruz oğlu olması müəyyən edilib.

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 120.2.1 (qəsdən adam öldürmə), 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3 (satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma), 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə cinayət işi başlanılıb.

Hadisə yerinə baxış zamanı sərhəd pozucularının qanunsuz yolla ölkə ərazisinə gətirdikləri narkotik vasitə hesab olunan 3840 qram marixuana və 95 qram metamfetamin, güclü təsir edən maddə olan 17715 ədəd preqabalin həbi, eləcə də odlu silaha aid gilizlər və digər maddi subutlar aşkar olunaraq götürülüb.

 

İstintaq zamanı Bərgi Həsənəli Novruz oğlu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

 

Cinayət işinin istintaqının aparılması Baş Prokurorluğunun rəhbərliyinin göstərişinə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

03 Avqust 2021, 12:51 (GMT +4)
Çində yeni epidemiyanın qarşısını almaq üçün Uxan sakinləri COVID-19 testindən keçiriləcək

03 Avqust 2021, 12:38 (GMT +4)
Azərbaycanda “Aİ-98” markalı benzin cüzi bahalaşıb

03 Avqust 2021, 12:30 (GMT +4)
Yardımlıda meşə yanğınının söndürülməsinə helikopter cəlb olunub

03 Avqust 2021, 12:29 (GMT +4)
Ayətullah Xamenei Rəisini təbrik edib və hökumətin tez bir zamanda formalaşdırılmasını istəyib

03 Avqust 2021, 12:28 (GMT +4)
Sahibə Qafarova: Deputatın da, Milli Məclisin də yiyəsi Azərbaycan xalqıdır

03 Avqust 2021, 12:27 (GMT +4)
Dünyada COVID-19-a yoluxanların sayı 199 milyona yaxınlaşıb

03 Avqust 2021, 12:20 (GMT +4)
Cəlilabadda "patı" satanlar saxlanılıb

03 Avqust 2021, 12:10 (GMT +4)
Bakıda 161 nömrəli marşrut xəttində ödəniş “BakıKart”la olacaq

03 Avqust 2021, 12:00 (GMT +4)
Azərbaycan baramaçılıq və ipəkçilik üzrə yeni dövlət standartı təsdiq edib

03 Avqust 2021, 11:51 (GMT +4)
Dünya bazarında neft ucuzlaşır

03 Avqust 2021, 11:45 (GMT +4)
İranın yeni prezidenti prioritetlərini açıqlayıb

03 Avqust 2021, 11:40 (GMT +4)
Göyçayda toy sahibləri cərimələnib

03 Avqust 2021, 11:30 (GMT +4)
Bakıda 8 yeni məktəb binası inşa olunur

03 Avqust 2021, 11:20 (GMT +4)
İran vətəndaşınının maşınından “Tramadol" dərmanı aşkarlanıb

03 Avqust 2021, 11:15 (GMT +4)
Tokio Yay Olimpiya Oyunlarına qatılan daha 18 nəfərin koronavirusa yoluxduğu aşkar edilib

03 Avqust 2021, 11:10 (GMT +4)
Azərbaycan nefti 3%-dən çox ucuzlaşıb

03 Avqust 2021, 11:04 (GMT +4)
Tokio-2020: Rafiq Hüseynov erməni güləşçi ilə qarşılaşacaq

03 Avqust 2021, 11:00 (GMT +4)
Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsi çayxanada aşkarlanıb

03 Avqust 2021, 10:53 (GMT +4)
İranın yeni prezidenti İbrahim Rəisi bu gündən rəsmən öz vəzifəsinin icrasına başlayır

03 Avqust 2021, 10:50 (GMT +4)
Arvadını öldürən məhkəmə hakiminin cinayət işi məhkəməyə göndərilib

03 Avqust 2021, 10:40 (GMT +4)
Füzulidə Azərbaycan sərhədini pozan Rusiya vətəndaşı saxlanılıb

03 Avqust 2021, 10:31 (GMT +4)
KİV: Rabitə kanallarını bərpa etməyi Şimali Koreya Cənubi Koreyaya təklif edib

03 Avqust 2021, 10:30 (GMT +4)
Rəsmi Moskva İsrail gəmisinin İran tərəfindən vurulması ilə bağlı iddialara münasibət bildirib

03 Avqust 2021, 10:28 (GMT +4)
Tokio-2020: Daha bir güləşçimiz medalsız qalıb

03 Avqust 2021, 10:23 (GMT +4)
Türkiyə DİN PKK-nın meşə yanğınları ilə əlaqəsinin olduğuna dair xəbərlərə münasibət bildirib

03 Avqust 2021, 10:20 (GMT +4)
Xaricdə doktorantura təhsili üçün sənəd qəbulunun vaxtı uzadılıb

03 Avqust 2021, 10:10 (GMT +4)
Tovuzda yeni avtomobil tuneli inşa edilir

03 Avqust 2021, 10:06 (GMT +4)
Husilər Səudiyyə Ərəbistanı koalisiyasının PUA-sını vurublar (VİDEO)

03 Avqust 2021, 10:00 (GMT +4)
Bakıda gecə klubunun icarədarı karantin qaydalarının pozulması ilə bağlı 4000 manat cərimələnib

03 Avqust 2021, 09:50 (GMT +4)
Mərakeşdə koronavirusla bağlı məhdudiyyətlər sərtləşdirilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66