Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

AZAL mülki aviasiya sahəsində yüksək beynəlxalq təhlükəsizlik tələblərinə cavab verdiyini bir daha təsdiq edib

17 May 2021, 17:12 (GMT +4)

Bakı, 17 may, SalamNews. Milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) "Operational Safety Audit" (IOSA) standartına uyğunluğun müəyyən edilməsi üzrə auditdən növbəti dəfə uğurla keçib.

Bu barədə SalamNews-a AZAL-dan bildirilib.

Məlumata görə, ilk dəfə distant formatda baş tutan bu audit yoxlaması AZAL-ın mülki aviasiya sahəsində ən ciddi beynəlxalq təhlükəsizlik tələblərinə cavab verən etibarlı aviadaşıyıcı olduğunu bir daha təsdiq edib. IOSA auditi (IATA-nın "İstismar Təhlükəsizliyinin Yoxlanılması" Proqramı) bir neçə bölmə üzrə qurulmuş yüzlərlə vacib standartın və tövsiyə olunan prosedurların yoxlanılması proqramıdır və aviaşirkət auditdən keçdiyi zaman həmin standartlara uyğunluğunu təsdiq etməlidir. Audit proqramına aviadaşımalar sahəsində yerüstü, yük və uçuş əməliyyatları, hava gəmiləri parkına xidmət göstərilməsi, hava daşımalarının təhlükəsizliyi və s. kimi əsas fənlərin yoxlanılması daxildir. Audit yoxlaması təkcə aviaşirkətin istehsalat fəaliyyətinin deyil, həm də təşkilati strukturunun qiymətləndirilməsini əhatə edir. Yoxlama çərçivəsində insan amilinin təsirindən yaranan risklərin minimuma endirilməsi sistemi və əks əlaqə sistemi qiymətləndirilir ki, bu da düzəliş məqsədilə tədbirlərin vaxtında görülməsini təmin edir. Aviadaşıyıcının hər bir əməkdaşının hərəkətləri ən kiçik təfərrüatlara qədər əvvəlcədən müəyyən olunub. Bu addım mümkün olan bütün səhvləri və çatışmazlıqları minimuma endirməyə imkan verir.

“AZAL mülki hava daşımalarının təhlükəsizliyi sahəsində ən mühüm yoxlamalardan biri olan IOSA auditindən artıq yeddinci dəfədir ki, uğurla keçir. Pandemiya şəraitində auditi uğurla keçməsi bir daha sübut edir ki, uçuş təhlükəsizliyinin ən yüksək səviyyədə saxlanılması aviaşirkətimizin əsas prioritetlərindən biridir” - deyə aviaşirkətin prezidenti Cahangir Əsgərov bildirib.

Azərbaycanın Milli aviadaşıyıcısı 1993-cü ildən IATA-nın üzvüdür. AZAL uçuşların təhlükəsizliyini ciddi səviyyədə təmin etməklə yanaşı yüksək keyfiyyətli xidmət göstərdiyinə görə dəfələrlə mükafatlara layiq görülüb. Hava daşımaları sahəsində dünyada ən nüfuzlu reytinq şirkəti sayılan Britaniyanın “Skytrax” konsaltinq şirkəti AZAL-ı nüfuzlu "4 ulduz" reytinqinə layiq görüb, eləcə də aviaşirkəti "Orta Asiya və Hindistan" bazarında mövcud olan daşıyıcılar arasında ən yaxşı aviaşirkət elan edib.

 

Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

21 İyun 2021, 11:30 (GMT +4)
Sosial şəbəkələrdə onlayn narkotik satan 27 nəfər saxlanılıb

21 İyun 2021, 11:18 (GMT +4)
Ağ Ev Çini təcridetmə ilə hədələyib

21 İyun 2021, 11:15 (GMT +4)
Şamaxıda zəlzələ qeydə alınıb

21 İyun 2021, 11:05 (GMT +4)
Ermənilər Laçında 1 milyon 511 min manatlıq qanunsuz ağac kəsiblər, cinayət işi açılıb

21 İyun 2021, 10:54 (GMT +4)
Almaniyada atışma baş verib, xəsarət alanlar var

21 İyun 2021, 10:49 (GMT +4)
Mayk Pompeo İranda Rəisinin prezident seçilməsinə münasibət bildirib

21 İyun 2021, 10:47 (GMT +4)
İsveçrə - Türkiyə matçının ən yaxşısı məlum olub

21 İyun 2021, 10:43 (GMT +4)
Saxta əlilliklə bağlı 266 şəxsin sənədləri Baş Prokurorluğa göndərilib

21 İyun 2021, 10:32 (GMT +4)
"Kapital Bank" korporativ müştərilər üçün mobil bankçılıq tətbiqini istifadəyə verib

21 İyun 2021, 10:21 (GMT +4)
Paşinyan Ermənistanda "polad" inqilabın baş verdiyini açıqlayıb

21 İyun 2021, 10:15 (GMT +4)
Əfqanıstan prezidenti ölkədə şiddətli döyüşlər fonunda ABŞ-a gedir

21 İyun 2021, 10:13 (GMT +4)
Qazaxıstanın xarici işlər naziri Azərbaycana gəlib

21 İyun 2021, 10:01 (GMT +4)
İyunun 21-də xarici valyutaların manata qarşı məzənnələri

21 İyun 2021, 09:49 (GMT +4)
İranın yüksək rəsmisi yeni prezidentin nüvə sazişilə bağlı mövqeyini açıqlayıb

21 İyun 2021, 09:40 (GMT +4)
Avro-2020: Türkiyə mübarizəni dayandırıb, Uels 1/8 finala yüksəlib

21 İyun 2021, 09:38 (GMT +4)
Ermənistanda Paşinyanın partiyası seçkilərdə qalib gəlib

21 İyun 2021, 09:35 (GMT +4)
Yevlaxda 3 otaqlı ev yanıb

21 İyun 2021, 09:22 (GMT +4)
Hacıqabulda avtomobil yanıb

21 İyun 2021, 09:10 (GMT +4)
Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində Paşinyanın partiyası qalib gəlir

21 İyun 2021, 09:07 (GMT +4)
Husilər Yəmən səmasında ABŞ istehsalı olan bir PUA-nı vurublar (VİDEO)

21 İyun 2021, 09:00 (GMT +4)
Bu gün Azərbaycana yay fəsli gəlib

21 İyun 2021, 08:05 (GMT +4)
İran Buşehr nüvə elektrik stansiyasının işinin bir neçə günlüyə dayandırıldığını bildirib

20 İyun 2021, 14:12 (GMT +4)
Burak Elmas "Qalatasaray"ın yeni prezidenti seçilib

20 İyun 2021, 13:46 (GMT +4)
"Neftçi" yeni futbolçu ilə müqavilə bağlayıb

20 İyun 2021, 13:23 (GMT +4)
Portuqaliya - Almaniya oyununun ən yaxşı futbolçusu açıqlanıb

20 İyun 2021, 12:00 (GMT +4)
Güləşçimiz Avropa çempionu olub

20 İyun 2021, 09:51 (GMT +4)
Avro -2020: İspaniya və Fransa xal itirib, Almaniya qələbə qazanıb

19 İyun 2021, 17:42 (GMT +4)
İlham Əliyev İranın yeni seçilən prezidentini təbrik edib

19 İyun 2021, 17:02 (GMT +4)
Tədris digər dillərdə aparılan I siniflərə məktəb seçiminə başlanılır

19 İyun 2021, 16:56 (GMT +4)
Bakının iki rayonunda içməli suyun verilməsində məhdudiyyətlər yaranıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66