Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Caspian Energy Club “Caspian Energy Italy”-da pay iştirakını satışa çıxarıb

17 May 2021, 12:15 (GMT +4)

Bakı, 17 may, SalamNews. Caspian Energy Club İtaliyadakı fəaliyyətini genişləndirmək məqsədilə “Caspian Energy Italy”-da pay iştirakını satışa çıxarıb.

Bu barədə SalamNews-a Caspian Energy Club-un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Pay iştirakının satışı barədə təkliflər paketi çərçivəsində “Caspian Energy Italy ” italyan və ingilis dillərində eyniadlı jurnal dərc etmək hüququn əldə edir. Eyni zamanda Caspian Energy TV, Caspian Energy Photo, Caspian Energy News, Caspian Energy Investor, Caspian Energy Jobs və Caspian Energy Info layihələrinə tam və ya qismən inteqrasiya nəzərdə tutulub.

“Caspian Energy Italy” İtaliyanın bir sira şəhərlərində ildə bir neçə dəfə beynəlxalq Caspian Energy Forum təşkil edəcək. “Caspian Energy Italy” həmçinin hər il Caspian Energy Award Italy , Caspian Business Award Italy və Brand Award Italy beynəlxalq mükafatlarının təqdimetmə mərasimlərini keçirəcək.

Bununla yanaşı, hər ay İtaliyanın fərqli regionlarında Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının nümayəndələrinin və şirkət top-menecerlərinin B2G, B2B və B2С formatlarında müxtəlif tədbir və forumlar təşkil olunacaq. Business Tour layihəsi çərçivəsində sahibkarlar İtaliyanın müxtəlif region və müəssisələrinin investisiya imkanları ilə tanış olmaq və ora şəxsən baş çəkmək fürsəti əldə edəcəklər.

Caspian Energy beynəlxalq jurnalı 1999-cu il mayın 28-dən fəaliyyət göstərir və dünyanın 50 ölkəsində yayılır. Caspian Energy ticarət markası da dünyanın 50 ölkəsində qeydiyyatdan keçib.
20 il ərzində jurnalda dünyanın müxtəlif ölkələrinin prezident və baş nazirlərinin, həmçinin nüfuzlu beynəlxalq təşkilatların, nəhəng transmilli şirkətlərin rəhbərlərinin müsahibələri, aparıcı ekspertlərin icmal və analitik materialları dərc olunur. Müxtəlif qiymətləndirmələrə görə, Caspian Energy jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının aparıcı nəşrləri beşliyinə daxil olub, həmin regionlarda fəaliyyətin müəyyən edilməsində əksər investorlar üçün istiqamətləndirici rol oynayır.

Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və Klubun fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. “Caspian Energy Club”un mənzil-qərargahı Bakı şəhərində yerləşir.

Klubun Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

13 İyun 2021, 02:00 (GMT +4)
Güləşçimiz Rafiq Hüseynov Polşada bürünc medala sahib olub 

13 İyun 2021, 01:25 (GMT +4)
Avro-2020: Belçika və Finlandiya qələbə qazanıb 

13 İyun 2021, 01:11 (GMT +4)
İki karateçimiz Tokio-2020-dən kənarda qalıb

12 İyun 2021, 23:05 (GMT +4)
Danimarka Futbol Federasiyası və UEFA Eriksenlə bağlı rəsmi məlumat yayıb

12 İyun 2021, 22:45 (GMT +4)
Bril Embolo Uels - İsveçrə oyununun ən yaxşı futbolçusu seçilib

12 İyun 2021, 21:21 (GMT +4)
Avro-2020-də oyun təxirə salınıb

12 İyun 2021, 20:35 (GMT +4)
Futbol üzrə Türkiyə millisi Bakıya gəlib - (FOTOLAR)

12 İyun 2021, 19:00 (GMT +4)
Avro-2020: Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib - (VİDEO)

12 İyun 2021, 17:29 (GMT +4)
"Neftçi" ilk transferini reallaşdırıb

12 İyun 2021, 17:10 (GMT +4)
“Qarabağ” millimizin üzvü ilə yeni müqavilə bağlayıb

12 İyun 2021, 17:02 (GMT +4)
KOBİA: Qarabağda xarici investorların iştirak edəcəyi layihələr üzərində iş gedir

12 İyun 2021, 16:57 (GMT +4)
Texasda baş verən atışma nəticəsində 12 nəfər yaralanıb

12 İyun 2021, 16:52 (GMT +4)
AVRO-2020-nin açılış matçının ən yaxşısı məlum olub

12 İyun 2021, 16:50 (GMT +4)
Livan prezidenti suriyalı qaçqınların ölkələrinə qaytarılması üçün beynəlxalq ictimaiyyətə çağırış edib

12 İyun 2021, 16:44 (GMT +4)
Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri praktiki məşğələdə iştirak ediblər (VİDEO)

12 İyun 2021, 16:36 (GMT +4)
Azərbaycanda son sutkada 204 nəfər COVID-19-dan sağalıb, 61 nəfər yoluxub

12 İyun 2021, 16:24 (GMT +4)
Tovuzda yabanı halda bitən 1 tona yaxın narkotik məhv edilib

12 İyun 2021, 16:16 (GMT +4)
Türkiyəyə qol şansı vermədik - Roberto Mançini

12 İyun 2021, 16:12 (GMT +4)
ABŞ Ukraynaya daha 150 milyon dollar yardım ayıracaq

12 İyun 2021, 16:05 (GMT +4)
İlham Əliyev:  Əgər Ermənistan müharibə istəyirsə, ötən ilin payızındakı eyni nəticəni əldə edəcək

12 İyun 2021, 15:53 (GMT +4)
Azad edilən ərazilərdə minaya düşərək həlak olan və yaralananların sayı açıqlanıb

12 İyun 2021, 15:45 (GMT +4)
Oyunumuzun İtaliya yığmasından çox geri qaldığını gördük - Şenol Günəş

12 İyun 2021, 15:42 (GMT +4)
Bu gün İranda prezidentliyə namizədlərin üçüncü və sonuncu depatı keçirilir

12 İyun 2021, 15:41 (GMT +4)
Yarasalarda yeni koronavirus növü aşkarlanıb

12 İyun 2021, 15:30 (GMT +4)
BNA: Azarkeşlərin daşınması üçün xüsusi ekspres xətlər açılıb

12 İyun 2021, 15:17 (GMT +4)
Danimarka Rusiyanı hava sərhədlərini pozmaqda ittiham edib

12 İyun 2021, 15:09 (GMT +4)
“Azər­su” Avropa Çempionatı ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyətə başlayıb

12 İyun 2021, 14:57 (GMT +4)
AVRO-2020 ilə bağlı bəzi yollarda hərəkətə məhdudiyyət qoyulub

12 İyun 2021, 14:48 (GMT +4)
Türkiyə millisinin futbolçusu Burak Yılmaz tarixə düşüb

12 İyun 2021, 14:46 (GMT +4)
Səudiyyə Ərəbistanı bu il xarici zəvvarların həcc ziyarətinə qatıla bilməyəcəklərini elan edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66