Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » DİN

Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub

12 May 2021, 15:11 (GMT +4)

Bakı, 12 may, SalamNews. Mayın 12-də Şuşada yeni məscidin təməli qoyulub.

SalamNews xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər.

Məscidin təməlini qoyan Prezident İlham Əliyev çıxış edərək deyib:

- Bu gün Şuşa şəhərində yeni məscidin təməlini qoyduq. Şuşada yeni məscid tikiləcəkdir. Məscidin tikintisi ilə bağlı qərarı mən çoxdan vermişdim. Şuşa şəhəri işğalçılardan azad olunandan sonra artıq bu məscidin memarlığı barədə düşünməyə başlamışdım. Nəzərə alsaq ki, Şuşa şəhərində vaxtilə 17 məscid olub və mənfur düşmən onların hamısını dağıdıb. Üç məscid yarıdağıdılmış vəziyyətdə idi - Yuxarı və Aşağı Gövhərağa və Saatlı məscidləri. Onların da təmiri ilə bağlı göstəriş verilib.

Yuxarı Gövhərağa məscidi artıq təmirdən çıxıb. Nəzərə alsaq ki, Şuşa memarlığının öz xüsusiyyətləri vardır və Şuşada vaxtilə inşa edilmiş məscidlər bir üslubda tikilmişdir. Ona görə fikirləşirdim ki, yeni tikiləcək məscidin memarlığı necə olmalıdır. Demək olar ki, bir neçə ay bu haqda fikirləşirdim. Nəhayət, bir fikir ağlıma gəldi ki, bu məscid, bunun memarlığı rəmzi xarakter daşımalıdır. Ona görə təklif etdim ki, məscidin forması 8 rəqəmini əks etdirməlidir. Çünki noyabrın 8-də biz Şuşanı işğalçılardan azad etdik və 8 noyabr Azərbaycanda artıq rəsmi olaraq Zəfər Günüdür. Məscidin iki minarəsi 11 rəqəmini əks etdirməlidir. Onbirinci ayda Şuşa və Qarabağ tam işğaldan azad edildi. Bu fikirlər əsasında memarlar işləməyə başlamışlar və burada göstərilən təqdimatda məscidin görkəmi öz əksini tapır. Bu, ilkin versiyadır, bunun üzərində hələ iş aparılacaq, müəyyən dəyişikliklər ola bilər.

Əlbəttə ki, məscidin daxili dizaynı ilə bağlı təkliflər hələ tam hazır deyil. Ancaq konseptual olaraq məscidin memarlığı 8 noyabr gününü əks etdirəcək. Həm yuxarıdan baxanda 8 rəqəmini görmək mümkün olacaqdır, həm də aşağıdan baxanda. Məscidin yeri də təsadüfən seçilmədi. Bu, Şuşa şəhərinin yuxarı hissəsidir və burada ucaldılacaq məscid şəhərə bir dominant kimi hakim olacaqdır. Belə də olmalıdır. Çünki Şuşa bizim qədim şəhərimizdir, Azərbaycan şəhəridir, azərbaycanlılar tərəfindən salınıb. Azərbaycanlılar həmişə burada yaşayıb. Sadəcə olaraq, işğal dövründə Azərbaycan əhalisi zorla buradan çıxarılmışdı.

Biz Şuşaya qayıtmışıq, əbədi qayıtmışıq! Şəhərə hakim olan bina məscid binası olmalıdır və bu bina şəhərin yuxarı hissəsində yerləşməlidir. Məscidin təməlqoyma günü də təsadüfən seçilmədi. Sabah bütün müsəlman aləmi müqəddəs Ramazan bayramını qeyd edəcək. Fürsətdən istifadə edərək, bütün Azərbaycan xalqını bu mübarək Ramazan bayramı münasibətilə təbrik etmək istəyirəm. Məhz bayram ərəfəsində qədim Şuşa şəhərində yeni məscidin təməlqoyma mərasiminin keçirilməsi böyük tarixi və rəmzi xarakter daşıyır. Bundan sonra artıq memarlar məscidin bütün layihəsi ilə ciddi məşğul olacaqlar və inşaat işləri başlanacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

19 İyun 2021, 17:42 (GMT +4)
İlham Əliyev İranın yeni seçilən prezidentini təbrik edib

19 İyun 2021, 17:02 (GMT +4)
Tədris digər dillərdə aparılan I siniflərə məktəb seçiminə başlanılır

19 İyun 2021, 16:56 (GMT +4)
Bakının iki rayonunda içməli suyun verilməsində məhdudiyyətlər yaranıb

19 İyun 2021, 16:50 (GMT +4)
Azərbaycana gətirilən 1.2 ton hind quşu dərisi yararsız çıxıb

19 İyun 2021, 16:45 (GMT +4)
Ceyhun Bayramov Rumıniya və Qabonun xarici işlər nazirlərilə görüşüb

19 İyun 2021, 16:40 (GMT +4)
Fransada yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb

19 İyun 2021, 16:31 (GMT +4)
Hərbi alpinistlərin iştirakı ilə “Qarabağ Azərbaycandır” adlı alpinist ekspedisiyası təşkil edilib

19 İyun 2021, 16:27 (GMT +4)
Putin İran seçkilərinin qalibi İbrahim Rəisini təbrik edib

19 İyun 2021, 16:21 (GMT +4)
Ceyhun Bayramov: "Şuşa Bəyannaməsi əməkdaşlığın dərinləşdirilməsi üçün əsas yaradır"

19 İyun 2021, 16:16 (GMT +4)
Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni təyinatlar olub

19 İyun 2021, 16:09 (GMT +4)
Bakı Nəqliyyat Agentliyi azarkeşlərə müraciət edib

19 İyun 2021, 16:00 (GMT +4)
Yeni Zelandiyada tornado nəticəsində bir nəfər ölüb

19 İyun 2021, 15:45 (GMT +4)
NRYTN: "WhatsApp" və "Instagram"da yaranan problemlər lokal deyil

19 İyun 2021, 15:32 (GMT +4)
Ayətullah Xamenei İranda keçirilən prezident seçkilərinin nəticələrilə bağlı bəyanat verib

19 İyun 2021, 15:30 (GMT +4)
Müdafiə Nazirliyinin nümayəndə heyəti Milli Qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət edib (FOTO)

19 İyun 2021, 15:17 (GMT +4)
Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Azərbaycana səfər edəcək

19 İyun 2021, 15:05 (GMT +4)
Peruda avtobus dərəyə aşıb, ölənlər var

19 İyun 2021, 14:50 (GMT +4)
Şirvanda tanışını qətlə yetirən şəxs tutulub

19 İyun 2021, 14:38 (GMT +4)
Bu gün "Qalatasaray"ın yeni prezidenti seçilir

19 İyun 2021, 14:28 (GMT +4)
Britaniya səfiri Tehranda XİN-ə çağırılıb

19 İyun 2021, 14:20 (GMT +4)
Rusiyada son sutkada 17,906 koronavirusa yoluxma qeydə alınıb

19 İyun 2021, 14:08 (GMT +4)
Yanvar-may aylarında Azərbaycan ən çox Rusiyadan məhsul idxal edib

19 İyun 2021, 13:53 (GMT +4)
“Anadolu Qartalı - 2021” təliminə hazırlıq məşqləri keçirilib (FOTO)

19 İyun 2021, 13:42 (GMT +4)
Pakistanla Qarabağda yenidənqurma layihələri üzrə əməkdaşlıq müzakirə edilib

19 İyun 2021, 13:30 (GMT +4)
Yaltada daşqınlar nəticəsində xəsarət alanların sayı 18 nəfərə yüksəlib

19 İyun 2021, 13:25 (GMT +4)
7 tondan artıq yabanı halda bitən narkotik bitkisi məhv edilib

19 İyun 2021, 13:14 (GMT +4)
Vilayət Eyvazov Qulam İsakzaini qəbul edib

19 İyun 2021, 13:12 (GMT +4)
Həsən Ruhani prezident seçkilərində qalib gələn İbrahim Rəisiyə baş çəkib

19 İyun 2021, 13:08 (GMT +4)
Şuşada silah-sursat aşkar edilib

19 İyun 2021, 12:58 (GMT +4)
Ceyhun Bayramov: Mehriban qonşuluq münasibətlərinə alternativ yoxdur

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66