Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

"Qarabağ" bütün komponentlərdə üstün idi - "Sabah" klubunun baş məşqçisi

10 May 2021, 01:12 (GMT +4)

Bakı,10 may, SalamNews, R.Nadirli. Azərbaycan Premyer Liqasında XXVI turun "Sabah" - "Qarabağ" (0:4) oyunundan sonra təşkil edilən mətbuat konfransında paytaxt təmsilçisinin baş məşqçisi Ramin Quliyev jurnalistlərin suallarını cavablandırıb.

SalamNews xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib.

- Rəqibi təbrik edirəm. Çox danışmayacam, "Qarabağ" bütün komponentlərdə üstün idi və layiqli qələbə qazandı.

- Ötən tur "Sumqayıt" üzərində qələbədən sonra bu oyunda fərqli müdafiə xətti qurmuşduz...
- Ruslan Abışov dünən məşqdən sonra özünü yaxşı hiss etmirdi. Ona görə onu heyətdən çıxardıq. Əlimizdə olan heyətdən maksimum istifadə etdik.

- Bu gün komandada istək yox idi. "Neftçi"nin baş məşqçisi Samir Abasov sizinlə oyundan sonra demişdi ki, onlara qarşı komandalar daha çox güc sərf edir. Nə deyə bilərsiz bu haqda?
- İlk hissədən sonra da uşaqlara dedim ki, döyüşsüz məğlub olduq. Ola bilər ki, hardasa səhvlər etdik, boşluqlar verdik. Oyunu əks-hücumlar üzərində qurmuşduq. Bu gün əzmkarlıq və istək aşağı səviyyədə idi. Məğlub olanda da məğlubiyyəti həzm etmək lazımdı. Bu gün mən bunu qəbul edirəm.

- Bugünkü məğlubiyyət sizin komandadakı gələcəyinizə təsir edə bilər?
- Mən bu haqda nəsə deyə bilmərəm. İstəyərəm ki, qalım, ancaq bu, rəhbərliyin qərarıdır.

- Növbəti iki oyuna komandanı hazırlamaq çətin olmayacaq?
- Bizim maksimum tutacağımız yer 5-ci yer ola bilər. Bir çox futbolçuların müqaviləsi bitir. Bu oyunlar onlar üçün stimul ola bilər. Bu baxımdan matçlar həm onlar, həm də bizim üçün vacibdi.

- Təmkin Xəlilzadənin "Neftçi" ilə razılaşdığı deyilir. Bu haqda nə deyə bilərsiz?
- Mən də bunu mətbuatdan oxumuşam. O, hazırda bizim futbolçumuzdu və mövsümün sonuna qədər vaxt var. Danışıb-danışmaması söhbətləri xoşagəlməzdi. Bu haqda dəqiq məlumatım yoxdu. Mətbuatda yazılanların həqiqət olub-olmamasından xəbərsizəm.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

22 İyun 2021, 12:19 (GMT +4)
Əlilliyin müəyyənləşdirilməsi meyarları dəyişib

22 İyun 2021, 12:08 (GMT +4)
Koloradoda atışma baş verib, ölənlər var 

22 İyun 2021, 11:57 (GMT +4)
Şəki sakinlərindən odlu və soyuq silahlar aşkar edilərək götürülüb

22 İyun 2021, 11:46 (GMT +4)
Azərbaycanda təmənnasız mobil diş və mobil göz klinikaları təşkil olunacaq

22 İyun 2021, 11:41 (GMT +4)
Avro-2020: 1/8 finalın iki cütlüyü bəlli olub

22 İyun 2021, 11:34 (GMT +4)
İsrail qüvvələri son sutkada İordan çayının Qərbində 30 fələstinlini həbs edib

22 İyun 2021, 11:29 (GMT +4)
Azərbaycan neftinin qiyməti 75 dolları ötüb

22 İyun 2021, 11:17 (GMT +4)
MDB ölkələri XİN rəhbərləri müharibə haqqında şeirlər oxuyub - VİDEO

22 İyun 2021, 11:15 (GMT +4)
"Azercell" 100 mindən çox abunəçiyə 5GB aylıq internet paketi hədiyyə edib

22 İyun 2021, 11:10 (GMT +4)
XİN: Azərbaycan UNESCO və BMTQAK-ın missiyasını qəbul etməyə tam hazırdır

22 İyun 2021, 11:00 (GMT +4)
Boksçumuz erməniyə qalib gəlib yarımfinala yüksəlib

22 İyun 2021, 10:57 (GMT +4)
Prezident İlham Əliyev BMT-nin Baş katibinə məktub göndərib 

22 İyun 2021, 10:45 (GMT +4)
Sanksiyalar ləğv edilsə İran yığıb saxladığı 200 milyon barel nefti bazara çıxaracaq - Reuters

22 İyun 2021, 10:35 (GMT +4)
Egey dənizində zəlzələ baş verib

22 İyun 2021, 10:30 (GMT +4)
"Neftçi" Sloveniya klubu ilə heç-heçə edib

22 İyun 2021, 10:25 (GMT +4)
Azərbaycanda iş və xidmət sahələrində COVID-19 pasportu avqustun 1-dən tələb olunacaq

22 İyun 2021, 10:23 (GMT +4)
İran dondurulmuş pullarının bir qismi ilə 16 milyon doza vaksin aldığını bildirib

22 İyun 2021, 10:22 (GMT +4)
50 nəfərdən çox qonağın iştirak etdiyi toylarda COVID-19 pasportu tələb olunacaq

22 İyun 2021, 10:17 (GMT +4)
Toyda iştirak edəcək qonaqların sayı “icaze.e-gov.az” portalına daxil ediləcək

22 İyun 2021, 10:10 (GMT +4)
Avro-2020: Danimarka və Avstriya 1/8 finala yüksəlib, Rusiya mübarizəni dayandırıb

22 İyun 2021, 10:08 (GMT +4)
Azərbaycanda iyulun 1-dən toyların keçirilməsinə icazə verilib

22 İyun 2021, 10:01 (GMT +4)
Amerikalıların üçdə biri Baydenin seçkilərdəki qələbəsini ədalətsiz hesab edir

22 İyun 2021, 09:57 (GMT +4)
İyunun 22-də xarici valyutaların manata qarşı məzənnələri

22 İyun 2021, 09:46 (GMT +4)
"Azərbaycan dili" fənnindən ikinci imtahan keçiriləcək

22 İyun 2021, 09:33 (GMT +4)
Husilər Yəmən səmasında son üç gündə ikinci PUA-nı vurublar

22 İyun 2021, 09:30 (GMT +4)
Qala qəsəbəsində sürücü qəza törədib

22 İyun 2021, 09:17 (GMT +4)
ABŞ Dövlət Departamenti Ermənistanda keçirilən seçkiləri şərh edib

22 İyun 2021, 09:12 (GMT +4)
Hərbi Dəniz Qüvvələrində taktiki təlim başlayıb

22 İyun 2021, 09:00 (GMT +4)
FHN Bakıda binada baş verən partlayışla bağlı məlumat yayıb

22 İyun 2021, 08:57 (GMT +4)
Əfqanıstanın dörd əyalətində yerli camaat Talibana qarşı hərbi səfərbərlik elan edib (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66