Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Gömrük Akademiyasında ümummilli lider Heydər Əliyevin 98-ci ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)

07 May 2021, 13:24 (GMT +4)

Bakı, 7 may, SalamNews. Dövlət Gömrük Komitəsinin Akademiyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 98-ci ildönümünə həsr olunmuş “Azərbaycanın nəbzi ilə döyünən ürək!” adlı tədbir keçirilib.

SalamNews xəbər verir ki, zoom platforması üzərindən keçirilən tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, akademik Ziyad Səmədzadə, Akademiyanın rəhbərliyi, əməkdaşları və tələbələr iştirak ediblər.

Öncə müasir Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyevin zəngin həyat yoluna həsr olunmuş video çarx nümayiş etdirilib. 

Tədbiri giriş sözü ilə açan Gömrük Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, dahi şəxsiyyətin dövlətçilik üçün gördüyü işlərdən danışıb. O, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının həyatında oynadığı əvəzolunmaz roldan və misilsiz xidmətlərdən söz açıb. Qulu Novruzov Azərbaycan tarixində uzaqgörən siyasi xadim, dahi rəhbərin ətrafında hər zaman xalqın yumruq  kimi birləşərək həmrəylik  nümayiş etdirdiyini qeyd edib. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrləri xatırladaraq onun ictimai-siyasi xadim olaraq daim xalqın dəstəyindən güc aldığını, dahi və müdrik rəhbərin çağırışlarına xalqın hər zaman dəstək olduğunu, böyük şəxsiyyətin həmişə xalqa arxalandığını vurğulayıb.

Akademiya rəisi ümummilli liderin ideyalarının, onun irsi,  dövlətçilik ənənəsi, siyasi kursunun Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. O, ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu və xalqının yumruq kimi birləşərək, 44 günlük Vətən müharibəsində “Dəmir yumruq”la Ermənistan ordusunu darmadağın etdiyini deyib. Prezident İlham Əliyevin qətiyyəti sayəsində torpaqlarımızın düşmənlərdən azad olunduğunu, xalqın böyük qələbə sevincini yaşadığını vurğulayıb. Ulu Öndərin zəngin irsinin gənc nəslə çatdırılmasına hər zaman ehtiyac duyulduğunu vurğulayan Qulu Novruzov Gömrük Akademiyasının tələbələrinin timsalında bütün gənclərin Heydər Əliyevin həyat yolunu, onun ideyalarını dərindən mənimsədiklərini və dahi şəxsiyyətin irsinin tələbə-gənclərə öyrədilməsinə Akademiyada xüsusi diqqət yetirildiyini qeyd edib.

Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində əbədi iz buraxan nadir şəxsiyyət olduğunu deyib. O, Azərbaycanda dövlət siyasətinin formalaşdırılması, Azərbaycanın müstəqilliyinin qorunmasının ümummilli liderin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Ziyad Səmədzadə Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətlərindən danışaraq, onun ölkəni dağılmaqdan qoruduğunu, “Əsrin müqaviləsi”nin imzalanmasına nail olduğunu, dövlət quruculuğunu həyata keçirdiyini bildirib. O, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk dövrlərdən başlayaraq müdrik dövlət rəhbəri kimi gördüyü işlərdən söz açıb. Ümummilli liderin Azərbaycanın  müstəqilliyinin ilk illərində yenidən respublikaya rəhbərlik etdiyi dönəmdə ölkədə daxili sabitliyi təmin etdiyini bildirib. Ziyad Səmədzadə Heydər Əliyevin bütün sahələrdə, o cümlədən sosial-iqtisadi sahədə gördüyü işlərdən söz açaraq, Ulu Öndərin “Bizim ən böyük xoşbəxtliyimiz müstəqilliyimizdir!” sözlərini xatırladıb. Ümummilli liderin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın dünyanı, qitələri birləşdirən ən mühüm nəqliyyat layihələrini həyata keçirdiyini bildirən akademik nəhəng iqtisadi layihələrin Heydər Əliyevin müdrik və düşünülmüş siyasəti sayəsində reallaşdırıldığını bildirib. Ümummilli liderin Azərbaycan dövlətini dünyaya tanıtdığını, bütün beynəlxalq tribunalarda Azərbaycan həqiqətlərini bəyan etdiyini vurğulayıb. O, Heydər Əliyevin güclü ordu və iqtisadiyyat yaratdığını, ölkə iqtisadiyyatının gücləndirilərək sosial problemlərin həllinə yönəldildiyini, ölkədə güclü ordu quruculuğu həyata keçirildiyini deyib. Bu siyasətin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dinamik inkişaf etdiyini vurğulayan Ziyad Səmədzadə məhz Ulu Öndərin uzaqgörən siyasəti sayəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə şanlı Azərbaycan ordusunun işğalda olan torpaqları azad etdiyini diqqətə çatdırıb.

Ziyad Səmədzadə ulu öndər Heydər Əliyevin Dövlət Gömrük Komitəsinin qanunvericilik bazasının möhkəmləndirilməsi istiqamətində gördüyü işlərə toxunaraq, Gömrük Akademiyasının tələbələrinə bu böyük şəxsiyyətin zəngin həyat və fəaliyyətini dərindən mənimsəməyi, hər zaman milli maraqları üstün tutmağı tövsiyə edib.

Tədbirdə ümummilli liderin 98-ci ildönümünə həsr olunmuş “Azərbaycanın nəbzi ilə döyünən ürək!” adlı ədəbi-musiqili kompozisiya təqdim edilib. Kompozisiyada Akademiyanın tələbələrinin, o cümlədən xor qrupunun ifasında Ulu Öndərə həsr olunmuş şeirlər və mahnılar səsləndirilib.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

21 İyun 2021, 16:53 (GMT +4)
Məscidlərdə pandemiya qaydalarına əməl edilməsi ilə bağlı monitorinqlərə başlanılıb

21 İyun 2021, 16:41 (GMT +4)
Braziliyada son sutkada 44 mindən çox koronavirusa yoluxma qeydə alınıb

21 İyun 2021, 16:35 (GMT +4)
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

21 İyun 2021, 16:25 (GMT +4)
Əfqanıstan Ordusu Talibanın zəbt etdiyi rayon mərkəzlərindən ikisini geri alıb

21 İyun 2021, 16:19 (GMT +4)
Putin koronavirus təhlükəsinin hələ də aradan qaldırılmadığını açıqlayıb

21 İyun 2021, 16:10 (GMT +4)
Yevlax sakinindən 155 kq-dan çox narkotik aşkarlanıb

21 İyun 2021, 16:00 (GMT +4)
“Grand Chess Tour”: Teymur Rəcəbov rapid turnirində 8-ci olub

21 İyun 2021, 15:56 (GMT +4)
Şirkət rəhbəri saxta əmək müqavilələri bağladığına görə həbs edilib

21 İyun 2021, 15:44 (GMT +4)
Kreml: Paşinyanın partiyasının inamlı qələbə qazandığını görürük

21 İyun 2021, 15:32 (GMT +4)
Türkiyə Futbol Federasiyası Azərbaycana təşəkkür edib

21 İyun 2021, 15:30 (GMT +4)
Bakıda gözəllik salonundan oğurluq edən şəxs tutulub

21 İyun 2021, 15:22 (GMT +4)
Araz Abdullayev Kipr klubu ilə müqavilə bağlayıb

21 İyun 2021, 15:20 (GMT +4)
İlham Əliyev: Azərbaycan Kəşmir məsələsində hər zaman Pakistanı dəstəkləyir

21 İyun 2021, 15:19 (GMT +4)
İran prezident seçkilərinin qalibi İbrahim Rəisi Co Baydenlə görüşməyəcəyini bildirib

21 İyun 2021, 15:14 (GMT +4)
AB Rusiyaya qarşı sanksiyaların müddətini yenidən uzadıb

21 İyun 2021, 15:08 (GMT +4)
Canni De Byazi “Neftçi”nin yoxlama matçını izləyəcək

21 İyun 2021, 15:06 (GMT +4)
Lənkəranda rabitə xətlərini oğurlayan keçmiş məhkum saxlanılıb

21 İyun 2021, 14:50 (GMT +4)
Qətər şirkətləri Azərbaycanda bərpa olunan enerji hərraclarına qatıla bilər

21 İyun 2021, 14:43 (GMT +4)
Başımızı uca tutmalıyıq - Türkiyə millisinin futbolçusu

21 İyun 2021, 14:40 (GMT +4)
Rusiya XİN rəhbəri və ATƏT Baş katibi Qarabağı müzakirə edəcək

21 İyun 2021, 14:30 (GMT +4)
İlham Əliyev Azərbaycanla Türkiyə arasında imzalanan sənədi təsdiqləyib

21 İyun 2021, 14:16 (GMT +4)
Rusiyada son sutkada 17.378 koronavirusa yoluxma qeydə alınıb

21 İyun 2021, 14:10 (GMT +4)
Burak Yılmaz: Ölkəmizi layiqincə təmsil etmədik

21 İyun 2021, 14:06 (GMT +4)
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskva şəhərinə yola düşüb

21 İyun 2021, 13:54 (GMT +4)
Prezident Goranboyda yol tikintisinə 13,5 milyon manat ayırıb

21 İyun 2021, 13:44 (GMT +4)
Azərbaycanın XİN başçısı Ermənistandakı seçkilərə münasibət bildirib

21 İyun 2021, 13:38 (GMT +4)
Daha yaxşı milli komandamız olacaq - Şenol Günəş

21 İyun 2021, 13:34 (GMT +4)
Sabah Azərbaycanda 41 dərəcəyədək isti olacaq

21 İyun 2021, 13:21 (GMT +4)
Moskvada yeniyetmələr üçün "Sputnik V" peyvəndinin sınaqları başlayacaq 

21 İyun 2021, 13:14 (GMT +4)
Həsən Ruhani: Sanksiyaların ləğvindən sonra Azərbaycanla əlaqələrimiz daha da genişlənəcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66