Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Prezident Fikrət Qocanın vəfatı ilə bağlı nekroloq imzalayıb

05 May 2021, 17:37 (GMT +4)

Bakı, 5 may, SalamNews. Prezident İlham Əliyev Xalq şairi Fikrət Qocanın vəfatı ilə bağlı nekroloq imzalayıb.

SalamNews xəbər verir ki, nekroloqda deyilir:

Azərbaycan ədəbi ictimaiyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq şairi Fikrət Qoca (Fikrət Göyüş oğlu Qocayev) 2021-ci il mayın 5-də ömrünün 86-cı ilində vəfat etmişdir.

Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuşdur. O, Ağdaş şəhərində orta məktəbi bitirmiş, 1953–1957-ci illərdə Bakı dəmir yolu texnikumunda oxumuş və 1957–1959-cu illərdə Bakı şəhərində tikinti idarəsində işləmişdir.

Ədəbi yaradıcılığa gənc yaşlarından meyil göstərən Fikrət Qoca 1959–1964-cü illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almış, Bakıya qayıtdıqdan sonra 1964–1965-ci illərdə Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində redaktor, 1967–1970-ci illərdə “Azərbaycan gəncləri” qəzeti redaksiyasında ədəbi işçi, 1970–1975-ci illərdə Azərbaycan Yazıçılar İttifaqında məsul katib, 1978–1987-ci illərdə “Azərbaycan” jurnalında şöbə müdiri və 1987–2004-cü illərdə “Qobustan” incəsənət toplusunun baş redaktoru vəzifələrində çalışmışdır. O, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin katibi, 2004-cü ildən birinci katibi olmuşdur.

Fikrət Qoca Azərbaycan ədəbi mühitinə yeni ab-hava gətirən sənətkarlardandır. Şair dərin ictimai məzmunlu yaradıcılığı ilə müasir poeziyamızın mövzu dairəsinə, poetik forma və ifadə tərzinə özünəməxsus çalarlar qazandırmış, mühüm hadisələr və cəmiyyətdəki mənəvi-ictimai proseslər fonunda insanın daxili aləminin dolğun təsvirinə nail olmuşdur. Mənəvi ucalığa və mənalı yaşamağa səsləyən, insan və zaman haqqında lirik-fəlsəfi ümumiləşdirmələrlə zəngin əsərləri Fikrət Qocanı geniş oxucu kütləsinə sevdirmişdir. Şairin bədii tərcümələri sayəsində Azərbaycan oxucusu dünya poeziyasının dəyərli nümunələri ilə yaxından tanış olmaq imkanı əldə etmişdir. Fikrət Qocanın sözlərinə bəstələnmiş mahnılar tanınmış müğənnilərin repertuarında geniş yer tutur.

Fikrət Qoca istiqlal ideyalarının tərənnümünü həmişə diqqət mərkəzində saxlamışdır. Onun xalqımızın azadlıq mübarizəsindən bəhs edən əsərlərinin gənc nəslə vətənpərvərlik ruhunun aşılanmasında əhəmiyyətli rolu vardır.

Fikrət Qocanın uzunmüddətli səmərəli yaradıcılıq fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, “Əməkdar incəsənət xadimi” və “Xalq şairi” fəxri adlarını almış, Azərbaycan Respublikasının ali dövlət təltiflərindən olan “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenlərinə, Dövlət mükafatına və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülmüşdür.

Görkəmli şair, qayğıkeş və səmimi insan Fikrət Qocanın xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Anar Kərimov

Anar Rzayev

Çingiz Abdullayev

Nəriman Həsənzadə

Elçin Əfəndiyev

Sabir Rüstəmxanlı

Rəşad Məcid


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

22 İyun 2021, 12:30 (GMT +4)
Ağcabədi sakini Masallıda külli miqdarda heroinlə yaxalanıb

22 İyun 2021, 12:25 (GMT +4)
İsrail və HƏMAS arasında məhbus və əsirlərin mübadiləsi ilə bağlı müzakirələr aparılır

22 İyun 2021, 12:19 (GMT +4)
Əlilliyin müəyyənləşdirilməsi meyarları dəyişib

22 İyun 2021, 12:08 (GMT +4)
Koloradoda atışma baş verib, ölənlər var 

22 İyun 2021, 11:57 (GMT +4)
Şəki sakinlərindən odlu və soyuq silahlar aşkar edilərək götürülüb

22 İyun 2021, 11:46 (GMT +4)
Azərbaycanda təmənnasız mobil diş və mobil göz klinikaları təşkil olunacaq

22 İyun 2021, 11:41 (GMT +4)
Avro-2020: 1/8 finalın iki cütlüyü bəlli olub

22 İyun 2021, 11:34 (GMT +4)
İsrail qüvvələri son sutkada İordan çayının Qərbində 30 fələstinlini həbs edib

22 İyun 2021, 11:29 (GMT +4)
Azərbaycan neftinin qiyməti 75 dolları ötüb

22 İyun 2021, 11:17 (GMT +4)
MDB ölkələri XİN rəhbərləri müharibə haqqında şeirlər oxuyub - VİDEO

22 İyun 2021, 11:15 (GMT +4)
"Azercell" 100 mindən çox abunəçiyə 5GB aylıq internet paketi hədiyyə edib

22 İyun 2021, 11:10 (GMT +4)
XİN: Azərbaycan UNESCO və BMTQAK-ın missiyasını qəbul etməyə tam hazırdır

22 İyun 2021, 11:00 (GMT +4)
Boksçumuz erməniyə qalib gəlib yarımfinala yüksəlib

22 İyun 2021, 10:57 (GMT +4)
Prezident İlham Əliyev BMT-nin Baş katibinə məktub göndərib 

22 İyun 2021, 10:45 (GMT +4)
Sanksiyalar ləğv edilsə İran yığıb saxladığı 200 milyon barel nefti bazara çıxaracaq - Reuters

22 İyun 2021, 10:35 (GMT +4)
Egey dənizində zəlzələ baş verib

22 İyun 2021, 10:30 (GMT +4)
"Neftçi" Sloveniya klubu ilə heç-heçə edib

22 İyun 2021, 10:25 (GMT +4)
Azərbaycanda iş və xidmət sahələrində COVID-19 pasportu avqustun 1-dən tələb olunacaq

22 İyun 2021, 10:23 (GMT +4)
İran dondurulmuş pullarının bir qismi ilə 16 milyon doza vaksin aldığını bildirib

22 İyun 2021, 10:22 (GMT +4)
50 nəfərdən çox qonağın iştirak etdiyi toylarda COVID-19 pasportu tələb olunacaq

22 İyun 2021, 10:17 (GMT +4)
Toyda iştirak edəcək qonaqların sayı “icaze.e-gov.az” portalına daxil ediləcək

22 İyun 2021, 10:10 (GMT +4)
Avro-2020: Danimarka və Avstriya 1/8 finala yüksəlib, Rusiya mübarizəni dayandırıb

22 İyun 2021, 10:08 (GMT +4)
Azərbaycanda iyulun 1-dən toyların keçirilməsinə icazə verilib

22 İyun 2021, 10:01 (GMT +4)
Amerikalıların üçdə biri Baydenin seçkilərdəki qələbəsini ədalətsiz hesab edir

22 İyun 2021, 09:57 (GMT +4)
İyunun 22-də xarici valyutaların manata qarşı məzənnələri

22 İyun 2021, 09:46 (GMT +4)
"Azərbaycan dili" fənnindən ikinci imtahan keçiriləcək

22 İyun 2021, 09:33 (GMT +4)
Husilər Yəmən səmasında son üç gündə ikinci PUA-nı vurublar

22 İyun 2021, 09:30 (GMT +4)
Qala qəsəbəsində sürücü qəza törədib

22 İyun 2021, 09:17 (GMT +4)
ABŞ Dövlət Departamenti Ermənistanda keçirilən seçkiləri şərh edib

22 İyun 2021, 09:12 (GMT +4)
Hərbi Dəniz Qüvvələrində taktiki təlim başlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66