Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » HADİSƏLƏR

Qarabağda döyüşən livanlı muzdlu terrorçunun cinayət işi məhkəməyə göndərilib (Rəsmi)

05 May 2021, 15:38 (GMT +4)

Bakı, 5 may, SalamNews. Azərbaycan Respublikası Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mətbuat xidmətləri birgə məlumat yayıb.

SalamNews-un xəbərinə görə, birgə məlumatda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpası naminə 44 günlük Vətən müharibəsi zamanı xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən Zəfər əldə olunub.

Silahlı qüvvələrimizin qarşısında duruş gətirə bilməyəcəyini anlayan Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyi hər cür cinayətkar əməllər törətməklə yanaşı, beynəlxalq hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozaraq muzdlulardan silahlı qüvvələrin tərkibində istifadə etməklə ordumuza və dinc əhalimizə qarşı çoxsaylı təxribatlara əl atıb.

Belə ki, Livan Respublikasının vətəndaşı Eulcekcian Viken Abraham və qeyrilərinin maddi mükafat müqabilində muzdlu kimi mütəşəkkil dəstə halında birləşib Ermənistan Silahlı Qüvvələri tərkibində Azərbaycan Respublikası vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri faktları əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

İstintaqla müəyyən edilib ki, 1979-cu il təvəllüdlü, Livan Respublikasının vətəndaşı, Beyrut şəhər sakini Eulcekcian Viken Abraham 29 sentyabr 2020-ci il tarixdə Livan Respublikasının vətəndaşı Hovak Kikiyanın ilkin olaraq 2500 ABŞ dolları məbləğində maddi mükafat müqabilində muzdlu kimi Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində hərbi əməliyyatlarda iştirak etmək təklifini qəbul edib, bu məqsədlə həmin gün digər şəxslərlə mütəşəkkil dəstə halında qəsdən Ermənistan ərazisindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda keçib digər muzdluların da olduğu ərazilərə gəlib.

Həmçinin, Viken Eulcekcian və maddi mükafat müqabilində muzdlu kimi döyüşən digər şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin təkibində qanunsuz olaraq əldə etdikləri odlu silahlardan, döyüş sursatlarından və komplekt hissələrindən istifadə etməklə Azərbaycan Respublikası vətəndaşları və Ordusuna qarşı terrorçuluq fəaliyyətində iştirak ediblər.

Törətdiyi cinayət əməllərinə görə Viken Eulcekciana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114.3-cü (muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı), 214.2.1-ci (terrorçuluq qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

05.05.2021-ci il tarixdə cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün məhkəməyə göndərilib".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

24 İyun 2021, 18:02 (GMT +4)
Xocavənddə yolda ermənilər tərəfindən basdırılmış minalar aşkarlanıb (VİDEO)

24 İyun 2021, 17:56 (GMT +4)
Hərbçilər “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib

24 İyun 2021, 17:51 (GMT +4)
Keniyada helikopter qəzasında 10 hərbçi ölüb 

24 İyun 2021, 17:43 (GMT +4)
Ermənistan Nazirlər Kabineti türk mallarının idxalına qoyulan qadağanı altı ay uzadıb

24 İyun 2021, 17:35 (GMT +4)
TƏBİB Azərbaycanda koronavirusun “Hindistan ştammı”nın qeydə alınıb-alınmadığına aydınlıq gətirib

24 İyun 2021, 17:24 (GMT +4)
Suriya ilə bağlı Astana görüşünün yeni tarixi açıqlanıb

24 İyun 2021, 17:20 (GMT +4)
Blinken Merkeli "Şimal Axını-2"nin yaratdığı riskləri azaltmağa çağırıb 

24 İyun 2021, 17:11 (GMT +4)
Silahlı Qüvvələrin hərbçiləri “İgidliyə görə” medalı ilə təltif edilib 

24 İyun 2021, 17:01 (GMT +4)
Prezident bir qrup hərbçini “Vətən uğrunda” medalı ilə təltif edib

24 İyun 2021, 16:50 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

24 İyun 2021, 16:47 (GMT +4)
Əfqanıstan Ordusu Talibana endirilən hava zərbələrinin görüntülərini yayımlayıb (VİDEO)

24 İyun 2021, 16:39 (GMT +4)
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

24 İyun 2021, 16:31 (GMT +4)
Dünyanın beş ölkəsində "Delta Plus" koronavirus suşu aşkar edilib

24 İyun 2021, 16:25 (GMT +4)
Azərbaycan Prezidenti hərbçilərin təltif edilməsi haqqında Sərəncam imzalayıb

24 İyun 2021, 16:13 (GMT +4)
Bakıda daha 10 qanunsuz heyvan kəsimi məntəqəsi aşkarlanıb

24 İyun 2021, 16:02 (GMT +4)
Braziliyada COVID-19-a gündəlik yoluxmada rekord göstərici qeydə alınıb 

24 İyun 2021, 15:52 (GMT +4)
İranda son sutkada koronavirusdan 144 nəfərin ölümü qeydə alınıb

24 İyun 2021, 15:51 (GMT +4)
Bakıda iki avtobus toqquşub, 7 nəfər xəsarət alıb

24 İyun 2021, 15:40 (GMT +4)
Gömrük Akademiyasının ilk magistr tələbələri məzun olub

24 İyun 2021, 15:30 (GMT +4)
Azərbaycanda şirkət direktoru həbs edilib

24 İyun 2021, 15:20 (GMT +4)
Ankarada Kabil hava limanı ilə bağlı Türkiyə və ABŞ heyətləri arasında danışıqlar başlayıb

24 İyun 2021, 15:14 (GMT +4)
Prezident sabiq nazir Fərhad Əliyevin oğlunu da təltif edib

24 İyun 2021, 15:03 (GMT +4)
İlham Əliyev “Gülüstan” sarayında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub

24 İyun 2021, 15:00 (GMT +4)
"Neftçi" daha bir futbolçusu ilə yolları ayırıb

24 İyun 2021, 14:52 (GMT +4)
Əfqanıstanda Talibanın 130 silahlısı təslim olub

24 İyun 2021, 14:46 (GMT +4)
Çex Respublikasında leysan yağışları səbəbindən 45 min ailə işıqsız qalıb

24 İyun 2021, 14:38 (GMT +4)
Faydalı qazıntı yataqlarının istifadəsinə dair növbəti hərrac keçirilib

24 İyun 2021, 14:26 (GMT +4)
Hulusi Akar: Yunanıstan razılaşmaya hörmət etmir

24 İyun 2021, 14:23 (GMT +4)
Türkiyə Kabil hava limanının təhlükəsizliyi üçün əlavə hərbi qüvvə göndərməyəcəyini bildirib

24 İyun 2021, 14:23 (GMT +4)
Prezident hərbçiləri “Laçının azad olunmasına görə” medalı ilə təltif edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66