Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

İlham Əliyev “Boeing Commmercial Airplanes” Şirkətinin prezidentini qəbul edib

28 Aprel 2021, 12:25 (GMT +4)

Bakı, 28 aprel, SalamNews. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də “Boeing Commercial Airplanes” Şirkətinin prezidenti və baş icraçı direktoru Stenli Dili qəbul edib.

SalamNews  xəbər verir ki, Stenli Dil dedi: “Boeing” şirkəti adından Azərbaycanla əməkdaşlıq məsələsində liderliyinizə görə Sizə təşəkkürümü ifadə etmək istəyirəm.

Prezident İlham Əliyev: Təşəkkür edirəm.

Stenli Dil: Biz Azərbaycanla bağlı bütün işləri həyata keçirə bilmişik.

Prezident İlham Əliyev: Bəli, artıq iyirmi ildən çoxdur.

Stenli Dil: Bəli, iyirmi ildir ki, iş birliyi aparırıq.

Prezident İlham Əliyev Azərbaycanın “Boeing” şirkəti ilə uğurlu əməkdaşlıq həyata keçirdiyini bildirdi, bu əməkdaşlığın hava yollarımızın inkişafında rolundan danışdı. Dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilərimizdə yeni hava limanlarının inşa olunduğu dedi və bu baxımdan təyyarə parkımızın genişlənəcəyini vurğuladı.

Prezident İlham Əliyev: Sizin də bildiyiniz kimi biz Azərbaycanda bir neçə hava limanı tikmişik və üç əlavə hava limanı da...

Stenli Dil: Tikilməkdədir?

Prezident İlham Əliyev: Bəli, işğaldan azad edilmiş ərazilərdə inşa olunacaq.

Stenli Dil: Bilirəm, bu, çox vacibdir.

Prezident İlham Əliyev: İki gün bundan əvvəl onlardan birinin təməlini qoydum. Tikintisinə bir neçə ay bundan öncə başladığımız birinci hava limanı isə sentyabrda istismara veriləcək.

Stenli Dil: İşlər çox sürətlə gedir.

Dövlətimizin başçısı, eyni zamanda, ölkəmizin yükdaşıma təyyarələri parkının potensialını da vurğuladı və bu sahədə də əməkdaşlıq üçün imkanları qeyd etdi.

Prezident İlham Əliyev: Əminəm ki, bizim uğurlu əməkdaşlığımız davam edəcək. Həmçinin siz bizə yükdaşıma üçün təyyarə parkının inkişafında da kömək etmisiniz.

Stenli Dil: Bəli, bu, çox vacibdir.

Prezident İlham Əliyev: Bəli, hesab edirəm ki, Azərbaycan yükdaşıma təyyarələri parkının potensialına görə aparıcı ölkələr sırasındadır.

Stenli Dil: Elədir ki, var. 2020-ci ildə hava yolu ilə yükdaşımaları sahəsində ən yaxşı daşıyıcı olmaq şərəfinə nail olmağı, bu prosesin iyirmi il öncə başladığını və sizin bu sahədə artıq liderə çevrildiyinizi nəzərə alaraq bu, təqdirəlayiqdir.

Prezident İlham Əliyev: Bəli, hesab edirəm ki, bu, böyük nailiyyətdir. Çünki bizim regionda belə güclü yükdaşıma parkına o qədər də çox ölkə sahib deyil. Bu, bizə kömək edir və əməkdaşlığa xidmət edir.

Stenli Dil: Yükdaşıma bacarığına nail olmaq strateji bir məsələdir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Prezident İlham Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşlarını təltif edib

Prezident İlham Əliyev Bakıda “Intercontinental” otelinin açılışında iştirak edib

Prezident İlham Əliyev hərbi xidmətə çağırış və ehtiyata buraxılma ilə bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev İƏT-in Elm və Texnologiya üzrə ikinci Zirvə toplantısında çıxış edib

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Şuşada qarşılayıb  (VİDEO)

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Füzulidə qarşılayıb

Prezident İlham Əliyev Zəfər yolu üzərində körpünün inşası ilə tanış olub

İlham Əliyev Zəfər yolunun tikintisi ilə tanış olub

Prezident İlham Əliyev və Mehriban Əliyeva Füzuliyə səfər ediblər

İlham Əliyev:  Əgər Ermənistan müharibə istəyirsə, ötən ilin payızındakı eyni nəticəni əldə edəcək

İlham Əliyev 10 ölkənin Azərbaycanda yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edib

İlham Əliyev İtaliyanın Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib (FOTO)

Prezident İlham Əliyev Vladimir Putini təbrik edib

İlham Əliyev və Mehriban Əliyeva Moskvanın və Bütün Rusiyanın Patriarxına başsağlığı verib

Prezident İlham Əliyev media nümayəndələrinin həlak olması ilə bağlı başsağlığı verib

Prezident İlham Əliyev 110/35/6 kilovoltuq “Binəqədi” yarımstansiyasının açılışını edib

Küveyt Dövlətinin Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib

Prezident İlham Əliyev sərəncam imzalayıb

İlham Əliyev İqtisadiyyat Nazirliyinin yeni binasının açılışında iştirak edib

Prezident İlham Əliyev “8 Noyabr” stansiyasında yaradılan şəraitlə tanış olub (FOTO)

18 İyun 2021, 21:10 (GMT +4)
İranda prezident seçkilərinin vaxtı saat 22.00-a qədər uzadılıb

18 İyun 2021, 18:24 (GMT +4)
"Grand Chess Tour": Teymur Rəcəbov Levon Aronyanla heç-heçə edib 

18 İyun 2021, 18:02 (GMT +4)
AMB uçot dərəcəsini sabit saxlayıb

18 İyun 2021, 17:50 (GMT +4)
"Qəbələ" klubu növbəti transferini reallaşdırıb

18 İyun 2021, 17:48 (GMT +4)
Peskov: Türkiyə ilə uçuşların bərpası məsələsinə qərargah baxır

18 İyun 2021, 17:45 (GMT +4)
İsrail qüvvələri İordan çayının Qərbində daha səkkiz fələstinlini həbs edib

18 İyun 2021, 17:35 (GMT +4)
Prezident İlham Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşlarını təltif edib

18 İyun 2021, 17:20 (GMT +4)
Bakıda avtobusla minik avtomobili toqquşub, yaralanan var

18 İyun 2021, 17:10 (GMT +4)
Gürcüstanda koronavirusa yoluxanların sayı 357 min nəfəri keçib

18 İyun 2021, 17:01 (GMT +4)
"Çukariçki" - "Sumqayıt" matçının vaxtı dəyişdirilib

18 İyun 2021, 16:57 (GMT +4)
Azərbaycan Türkiyənin aparıcı şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

18 İyun 2021, 16:47 (GMT +4)
Əhmədinejad İran prezident seçkilərində səsverməyə qatılmayacağını bildirib

18 İyun 2021, 16:40 (GMT +4)
UEFA milli komandalara xəbərdarlıq edib

18 İyun 2021, 16:37 (GMT +4)
Azərbaycanda son sutkada 148 nəfər COVID-19-dan sağalıb, 60 nəfər yoluxub

18 İyun 2021, 16:27 (GMT +4)
Lavrov Rusiya və ABŞ səfirlərinin geri dönməsini vacib addım adlandırıb 

18 İyun 2021, 16:14 (GMT +4)
XİN başçısı: Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması vacibdir

18 İyun 2021, 16:10 (GMT +4)
Boksçumuz Avropa çempionatında erməniyə qalib gəlib 

18 İyun 2021, 16:03 (GMT +4)
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçılara müraciət edib

18 İyun 2021, 15:54 (GMT +4)
Əfqanıstanın Hərat əyalətində 150 hərbçi Talibanın mühasirəsindən çıxarılıb

18 İyun 2021, 15:49 (GMT +4)
"Qarabağ" - "Aşdod" matçının vaxtı bəlli olub

18 İyun 2021, 15:45 (GMT +4)
Türkiyədə İŞİD-ə maddi dəstək göstərməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

18 İyun 2021, 15:34 (GMT +4)
Azərbaycan “Anadolu Qartalı - 2021” təlimində 4 təyyarə ilə iştirak edəcək

18 İyun 2021, 15:24 (GMT +4)
Azərbaycan düyü idxalını 7 %-dək azaldıb

18 İyun 2021, 15:13 (GMT +4)
Sobyanin koronavirusla bağlı mövcud məhdudiyyətləri 29 iyuna qədər uzadıb

18 İyun 2021, 15:02 (GMT +4)
Prezident İlham Əliyev Bakıda “Intercontinental” otelinin açılışında iştirak edib

18 İyun 2021, 14:50 (GMT +4)
Laçın və Kəlbəcər ərazilərinə 17 yük maşını mina basdırılmasına görə erməni polkovnik beynəlxalq axtarışa verilib

18 İyun 2021, 14:48 (GMT +4)
Peskov: Rusiya Dağlıq Qarabağdakı vəziyyətlə bağlı bütün tərəflərlə təmasdadır

18 İyun 2021, 14:38 (GMT +4)
Nazirlik: Suriyadan gətirilən 6 qadın və 14 uşağın reabilitasiyası həyata keçirilir

18 İyun 2021, 14:33 (GMT +4)
İranlı namizəd seçkilərdə verilən hər səsi bir ballistik raketə bənzədib

18 İyun 2021, 14:27 (GMT +4)
Lavrov Türkiyənin Azərbaycanda hərbi baza yaradacağı barədə yayılan xəbərləri şayiə adlandırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66