Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azərbaycan Ermənistanla sərhəddə daha bir hərbi hissə yaradıb

20 Aprel 2021, 15:12 (GMT +4)

Bakı, 20 aprel, SalamNews. Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi və dövlət sərhədlərinin işğaldan azad olunmasından sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən SalamNews-a bildirilib ki, aprel ayının 20-də Zəngilan rayonu ərazisində Ermənistanla dövlət sərhə­dində yeni hərbi hissə xidməti-döyüş fəaliyyətinə başlayıb.

Bununla əlaqədar təşkil olunmuş mərasimdə DSX rəisinin müavini-Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov çıxış edib, Xidmətin rəisi general-polkovnik Elçin Quliyevin təbri­kini şəxsi heyətə çatdırıb.

Bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılmasının dövlət sərhədlərinin etibarlı mühafizəsi üzrə qarşıya qoyulan tapşırıqların uğurlu icrası üçün böyük əhəmiyyət kəsb etməsi xüsusi qeyd olunub.

Üçrəngli bayrağımızın dalğalandığı, işğaldan azad olunmuş müqəddəs sərhədlərimizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etməyin hər bir Azərbaycan sərhədçisi üçün qürur mənbəyi olması vurğulanıb.

Sonra tədbir iştirakçıları hərbi hissənin xidməti-döyüş fəaliyyətinin təşkili üçün yaradılmış şəraitlə tanış olub, ikimərtəbəli binada yerləşən xidməti otaqlara, kazarma və yeməkxanaya, hamam-camaşırxana, anbar, silah və digər texniki vasitə­lərə baxış keçiriblər. Hərbi hissəyə su və elektrik xətləri çəkilib, həmçinin fasiləsiz elektrik enerjisi təminatı üçün ehtiyat generator qurğusu yerləşdirilib, istilik təchizatı üçün qazanxana tikilib. Hərbi hissənin ərazidaxili yoluna asfalt salınıb.

Tədbirin sonunda xidməti fəaliyyətində fərqlənmiş hərbi qulluqçular təltif olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

19 May 2021, 01:55 (GMT +4)
Türkiyə Superliqasının qalibi olan "Beşiktaş" ölkə kubokunu da qazanıb

19 May 2021, 01:20 (GMT +4)
"Fənərbaxça"da prezident seçkilərinin vaxtı dəyişib

19 May 2021, 00:44 (GMT +4)
İtaliya A Seriyasını tərk edəcək 3-cü klub da müəyyənləşib

19 May 2021, 00:12 (GMT +4)
Güləşçimiz Avropa çempionu olub

18 May 2021, 18:02 (GMT +4)
Ağstafa rayon sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub

18 May 2021, 17:58 (GMT +4)
Çavuşoğlu: İsrail Ramazan bayramını zəhər etdi

18 May 2021, 17:51 (GMT +4)
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib

18 May 2021, 17:40 (GMT +4)
Rusiya XİN: Azərbaycan və Ermənistan sərhədindəki vəziyyəti yaxından izləyirik

18 May 2021, 17:39 (GMT +4)
İsrail BMT Təhlükəsizlik Şurasının qətnaməsinin qarşısını aldığına görə ABŞ-a təşəkkür edib

18 May 2021, 17:30 (GMT +4)
Bu il ƏƏSMN-in fəaliyyət sahələri üzrə 220 min elektron arayış verilib

18 May 2021, 17:20 (GMT +4)
Prezident dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb

18 May 2021, 17:08 (GMT +4)
İlham Əliyev: Belarusla hərbi sahədə əməkdaşlıq çox yaxşı nəticələr verir

18 May 2021, 16:58 (GMT +4)
Ermənistanın axtarışda olan keçmiş naziri İrəvan hava limanında saxlanılıb

18 May 2021, 16:50 (GMT +4)
Allahşükür Paşazadə Türkiyənin Azərbaycandakı səfirini qəbul edib

18 May 2021, 16:37 (GMT +4)
Azərbaycanda son sutkada 1024 nəfər COVID-19-dan sağalıb, 432 nəfər yoluxub

18 May 2021, 16:33 (GMT +4)
Misir Qəzzanın yenidənqurması üçün 500 milyon dollar ayırıb

18 May 2021, 16:27 (GMT +4)
Sergey Ryabkov: Moskva dost olmayan dövlətlərin siyahısını genişləndirə bilər

18 May 2021, 16:21 (GMT +4)
Bu il Azərbaycan 19 min tondan artıq qarğıdalı idxal edib

18 May 2021, 16:10 (GMT +4)
Azərbaycan Prezidenti Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpasında iştiraka dəvət edib

18 May 2021, 16:01 (GMT +4)
“Çelsi”də ilin ən yaxşı futbolçusu bəlli olub

18 May 2021, 15:58 (GMT +4)
Hindistanda COVID-19-dan ölənlərin sayında yeni anti-rekord qeydə alınıb

18 May 2021, 15:55 (GMT +4)
ADY: Bakı-Qəbələ qatarı üçün gediş haqqı hələ müəyyən edilməyib

18 May 2021, 15:41 (GMT +4)
Oljas Süleymenov “Şərəf” ordeni ilə təltif edilib

18 May 2021, 15:35 (GMT +4)
İordan çayının qərbində İsrail qüvvələrinin atəşi nəticəsində 23 fələstinli həyatını itirib

18 May 2021, 15:30 (GMT +4)
Prezident İlham Əliyev Belarusun müdafiə nazirini qəbul edib

18 May 2021, 15:23 (GMT +4)
"Yuventus" yeni formasını təqdim edib - (FOTOLAR)

18 May 2021, 15:20 (GMT +4)
ABŞ digər ölkələrə 80 milyona yaxın COVID-19-a qarşı peyvənd dozu göndərmək niyyətindədir

18 May 2021, 15:14 (GMT +4)
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin edilir 

18 May 2021, 15:04 (GMT +4)
Gömrük Akademiyasında “RENFUL” şirkətinin mütəxəssisləri təlimlər keçirlər (FOTO)

18 May 2021, 15:00 (GMT +4)
AFFA "Sumqayıt" və "Zirə"nin şikayətinə baxıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66