Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycan Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyası təsis olunub

16 Aprel 2021, 17:32 (GMT +4)

Bakı, 16 aprel, SalamNews. “Azərbaycan Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin təsis olunmasına həsr edilmiş toplantı keçirilib. Aqrar Tədqiqatlar Mərkəzində keçirilən toplantıda Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, ölkədə gülçülüklə məşğul olan şirkətlərin təmsilçiləri və sahibkarlar iştirak ediblər.

SalamNews xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov bildirib ki, ölkədə gül istehsalının genişləndirilməsi üçün böyük potensial var. Həmçinin gülün böyük ixrac potensialının da olması bu sahəyə marağı artırır. Gül istehsalçılarının vahid platformada birləşməsi isə onların daha səmərəli fəaliyyətinə müsbət təsir edəcək. Bu səbəbdən gülçülərin bir araya gələrək ictimai birlik təsis etməsi təşəbbüsü təqdirəlayiqdir və Nazirlik istehsalçıların ixtisaslaşmış birliklər formatında təşkilatlanması təşəbbüslərini hər zaman dəstəkləyir.

A. İsmayılovun sözlərinə görə, yaradılacaq Assosiasiya gül istehsalçılarına bir sıra üstünlüklər verəcək, onların mütəmadi bir araya gələrək təcrübə mübadiləsi aparmalarına, ölkədə gülçülüyün inkişafına dair təkliflər hazırlamalarına şərait yaradacaq.

Nazirlik rəsmisi, həmçinin dövlət-özəl əməkdaşlığının sahənin inkişafına daha da təkan verəcəyini qeyd edib.

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirib ki, gül istehsalı perspektivli, eyni zamanda böyük ixrac potensialı olan sahədir. Gəlirli olduğu üçün gülçülük ölkədə məşğulluğun artırılması baxımından da faydalı olacaq.

Daha sonra tədbir iştirakçıları Azərbaycan Respublikasında gülçülüyün inkişafına dair fikirlərini bölüşüblər.

Toplantının sonunda “Azərbaycan Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin təsis olunması barədə qərar qəbul olunub. Müzakirələrdən sonra Birliyin Nizamnaməsi təsdiq edilib. Səsvermə nəticəsində Cavid Axundov Assosiasiyanın sədri seçilib. Bundan başqa, Assosiasiyanın 7 nəfərdən ibarət İdarə Heyəti də formalaşdırılıb.

Assosiasiyanın rəsmi qeydiyyatdan keçirilməsi üçün sənədlər hazırlanaraq Ədliyyə Nazirliyinə göndəriləcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

17 May 2021, 21:35 (GMT +4)
Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib

17 May 2021, 18:02 (GMT +4)
Azərbaycan kəndlərində ilk dəfə GPON texnologiyası əsasında şəbəkə qurulur

17 May 2021, 17:58 (GMT +4)
İranın Dinlərarası Dialoq və Koordinasiya Şurasının sədri Fələstinlə bağlı dünyanın dini liderlərinə çağırış edib

17 May 2021, 17:52 (GMT +4)
Bakının 6 rayonunda piyada təhükəsizliyi gücləndirilib

17 May 2021, 17:42 (GMT +4)
Bakı-Gəncə qatarı Bakı-Sumqayıt dəmir yolu xəttinə cəlb edilir

17 May 2021, 17:38 (GMT +4)
Türkiyənin cənub-şərqində 10 PKK terrorçusu zərərsizləşdirilib

17 May 2021, 17:31 (GMT +4)
Astarada aptekdən oğurluq edən şəxs saxlanılıb

17 May 2021, 17:20 (GMT +4)
Gömrük Akademiyası və Baş Prokurorluğun Elm-Tədris Mərkəzi birgə təlimlərə başlayıb

17 May 2021, 17:12 (GMT +4)
AZAL mülki aviasiya sahəsində yüksək beynəlxalq təhlükəsizlik tələblərinə cavab verdiyini bir daha təsdiq edib

17 May 2021, 17:07 (GMT +4)
“Real”ın hücumçusu ən yaxşı fransız futbolçu seçilib

17 May 2021, 17:02 (GMT +4)
Aprelin 22-23-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb

17 May 2021, 16:57 (GMT +4)
Türkiyədə 4.94 milyondan çox insan COVID-19-dan müalicə alaraq sağalıb

17 May 2021, 16:52 (GMT +4)
Naxçıvan Qarnizonu Qoşunlarında növbəti komanda-qərargah təlimi başlayıb (VİDEO)

17 May 2021, 16:45 (GMT +4)
Son bir həftədə azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb

17 May 2021, 16:40 (GMT +4)
La Liqanı tərk edəcək ilk klub məlum olub

17 May 2021, 16:36 (GMT +4)
Cavad Zərifin Vyanaya səfərinin ləğvinin detalları açıqlanıb

17 May 2021, 16:35 (GMT +4)
Azərbaycanda daha 426 nəfər koronavirusa yoluxub, 13 nəfər ölüb

17 May 2021, 16:30 (GMT +4)
Lavrov: Rusiya sərhəd delimitasiyası məsələsində Ermənistana və Azərbaycana kömək etməyə hazırdır

17 May 2021, 16:24 (GMT +4)
DİN işğaldan azad olunmuş ərazilərə getməməklə bağlı vətəndaşlara xəbərdarlıq edib

17 May 2021, 16:12 (GMT +4)
Müdafiə naziri təlimlərin gedişi barədə məruzələri dinləyib

17 May 2021, 16:07 (GMT +4)
Almaniya Futbol İttifaqının prezidenti istefa verib

17 May 2021, 16:02 (GMT +4)
AzTV maliyyə yoxlamaları ilə bağlı açıqlama yayıb

17 May 2021, 15:51 (GMT +4)
Almaniyada son sutkada 5 mindən çox koronavirusa yoluxma aşkar edilib

17 May 2021, 15:41 (GMT +4)
"Nar" komandası "Breyn Rinq" yarışının yarımfinalına yüksəlib

17 May 2021, 15:30 (GMT +4)
Üzgüçümüz Avropa çempionu olub

17 May 2021, 15:20 (GMT +4)
Türkiyə heyəti peyvənd tədarükünü müzakirə etmək üçün Rusiyaya yola düşüb

17 May 2021, 15:09 (GMT +4)
Naxçıvanda orta aylıq əməkhaqqı 3 %-dən çox artıb

17 May 2021, 14:59 (GMT +4)
Gürcüstanda daha 504 nəfərdə koronavirusa yoluxma aşkar edilib

17 May 2021, 14:50 (GMT +4)
Fələstinli hərəkatlar İsrailin bir hərbi gəmisini raketlə hədəfə alıblar

17 May 2021, 14:49 (GMT +4)
FHN havaların isinməsi ilə bağlı əhaliyə müraciət edib (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66