Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Azercell Tələbə Təqaüdü və Təcrübə Proqramının iştirakçıları uğurlarını bölüşür

16 Aprel 2021, 16:23 (GMT +4)

Bakı, 16 aprel, SalamNews. Azərbaycanda gənclərin peşəkar və fərdi inkişafına daima dəstək olan Azercell şirkəti bu istiqamətdə icra etdiyi Tələbə Təqaüdü və Təcrübə Proqramlarının uğurlarını bölüşür. On ildən artıqdır reallaşdırılan bu proqramlar çərçivəsində hər il Azərbaycanın universitetlərində təhsil alan onlarla istedadlı gənc Azercell-dən xüsusi təqaüd və şirkətdə təcrübə keçmək imkanı qazanır.

Tələbə Təqaüdü proqramının iştirakçıları Azercell-in təqdim etdiyi dəstək hesabına fərdi inkişafa nail olaraq daha böyük uğurlar əldə ediblər. Proqram iştirakçısı olan tələbələr Azercell təqaüdünün onların həyatını dəyişdiyini, təhsillə bağlı ən böyük arzularını reallaşdırmasına yardımçı olduğunu bildirirlər.

Uğur və nailiyyətlərini bölüşən Azercell təqaüdçüləri qeyd edirlər ki, proqrama seçilmələri onların növbəti nailiyyətləri üçün güclü bir stimul olub. Gənclərin əksəriyyəti bu təqaüdü təhsil aldıqları ixtisas üzrə peşəkar təlimlərə xərcləməklə gələcəkdə uğurlu karyeralarının təməlini atmış olublar. Onlar Azercell təqaüdü hesabına proqramlaşdırma və dil biliklərini təkmilləşdirmək üçün müxtəlif ödənişli kurslara qatılıblar. Təqaüdçülərdən bəziləri bir sıra tədbir və konfranslarda, bilik yarışları və debat oyunlarında iştirak edərək qalib olublar. Tələbələrin bir neçəsi son bir il ərzində maraqlı və məsuliyyətli layihələrə cəlb olunduqlarını açıqlayıblar. Azercell təqaüdçüləri sırasında elmi müsabiqələrdə qalib çıxanlar, dünya səviyyəli şirkətlərdə təcrübə keçənlər, müxtəlif sahələr üzrə beynəlxalq sertifikatlar əldə edənlər, nüfuzlu elmi jurnallarda məqalə dərc etdirənlər var. Təqaüdçülərin əksəriyyəti IELTS beynəlxalq dil sertifikatını qazanaraq, onlayn platformalarda müstəqil surətdə təhsil alıblar. Azercell təqaüdünü magistr təhsilinə xərcləyənlər, təhsilini davam etdirmək üçün texniki avadanlıq alanlar da olub. Azercell təqaüdçüləri birmənalı olaraq hesab edirlər ki, bu proqramda qalib çıxmaq onların gələcək iş həyatları üçün müsbət addımdır.

Əhəmiyyətli faktlardan biri isə Azercell təcrübə proqramında iştirak edən tələbələrin sonradan şirkətdə işə qəbul edilməsidir. Təqaüdçülər şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətlərində, müxtəlif təlimlərdə iştirak etməklə təcrübə keçmək şansını əldə ediblər. Onların bir qismi Azercell-də iş təklifi alaraq uğurlu karyera qurmağa müvəffəq olub.

Belə ki, proqram iştirakçılarından bəziləri Azercell-in Marketinq, Rəqəmsal həllər və Partnyorluq, Texniki və Maliyyə departamentlərində işə qəbul olunublar.

2009-cu ildən etibarən “Azercell Telekom” MMC tərəfindən reallaşdırılan “Tələbə Təqaüdü” proqramı çərçivəsində əsasən informasiya texnologiyaları üzrə ali təhsil alan və yüksək göstəriciləri olan tələbələrə təqaüd ayrılır. Onlara bir il deyil, ümumilikdə təhsil müddətinin sonunadək hər ay 200 manat məbləğində təqaüd verilir. İndiyədək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 235 tələbə Azercell şirkətinin təqaüdçüsü seçilib. Onlar arasında bakalavrlarla yanaşı, magistratura pilləsi üzrə təhsil alan gənclər də var. Bu il isə ikinci Qarabağ Müharibəsi zamanı təhsilini yarımçıq qoyaraq, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş tələbələr də həmin proqram çərçivəsində dəstəklənib.

Azercell gənclərin uğurlu karyera qurmasına kömək etmək, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına, həm də onların işlə təmin olunmasına dəstək məqsədi ilə 2007-ci ildən etibarən Təcrübə Proqramını da reallaşdırır. Hər il bu proqram çərçivəsində onlarla gənc Azercell-də təcrübə keçərək telekommunikasiya sahəsi üzrə biliklərini artırır və gələcək karyeraları üçün əvəzedilməz təcrübə qazanırlar. Azercell mütəmadi olaraq əmək yarmarkalarında, karyera sərgilərində də fəal iştirak etməklə istedadlı gənclərin şirkətdə işə qəbuluna şərait yaradır.

Ümumilikdə 2007-ci ildən indiyə qədər 231 tələbə Azercellin Tələbə Təcrübə Proqramı çərçivəsində təcrübə keçib, onlardan 31 isə şirkətdə işlə təmin olunub.

Təhsilə dəstək fəaliyyəti sosial məsuliyyət strategiyasının əsas sahəsi olan Azercell şirkəti Azərbaycanın bir çox qabaqcıl ali təhsil məktəbləri ilə əməkdaşlıq edir. Şirkət Bakı Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Gəncədə Azərbaycan Texnologiya Universiteti və Lənkəran Dövlət Universiteti ilə əməkdaşlıq memorandumları imzalayıb. Bu sazişlər çərçivəsində tələbələrin peşəkar inkişafı, innovasiya və sahibkarlıq sahələrinə cəlb olunması, eləcə də universitetlərin elmi-texniki və tədris bazasının inkişaf etdirilməsinə yönəlmiş müxtəlif layihələr həyata keçirilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

18 May 2021, 18:02 (GMT +4)
Ağstafa rayon sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub

18 May 2021, 17:58 (GMT +4)
Çavuşoğlu: İsrail Ramazan bayramını zəhər etdi

18 May 2021, 17:51 (GMT +4)
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib

18 May 2021, 17:40 (GMT +4)
Rusiya XİN: Azərbaycan və Ermənistan sərhədindəki vəziyyəti yaxından izləyirik

18 May 2021, 17:39 (GMT +4)
İsrail BMT Təhlükəsizlik Şurasının qətnaməsinin qarşısını aldığına görə ABŞ-a təşəkkür edib

18 May 2021, 17:30 (GMT +4)
Bu il ƏƏSMN-in fəaliyyət sahələri üzrə 220 min elektron arayış verilib

18 May 2021, 17:20 (GMT +4)
Prezident dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb

18 May 2021, 17:08 (GMT +4)
İlham Əliyev: Belarusla hərbi sahədə əməkdaşlıq çox yaxşı nəticələr verir

18 May 2021, 16:58 (GMT +4)
Ermənistanın axtarışda olan keçmiş naziri İrəvan hava limanında saxlanılıb

18 May 2021, 16:50 (GMT +4)
Allahşükür Paşazadə Türkiyənin Azərbaycandakı səfirini qəbul edib

18 May 2021, 16:37 (GMT +4)
Azərbaycanda son sutkada 1024 nəfər COVID-19-dan sağalıb, 432 nəfər yoluxub

18 May 2021, 16:33 (GMT +4)
Misir Qəzzanın yenidənqurması üçün 500 milyon dollar ayırıb

18 May 2021, 16:27 (GMT +4)
Sergey Ryabkov: Moskva dost olmayan dövlətlərin siyahısını genişləndirə bilər

18 May 2021, 16:21 (GMT +4)
Bu il Azərbaycan 19 min tondan artıq qarğıdalı idxal edib

18 May 2021, 16:10 (GMT +4)
Azərbaycan Prezidenti Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpasında iştiraka dəvət edib

18 May 2021, 16:01 (GMT +4)
“Çelsi”də ilin ən yaxşı futbolçusu bəlli olub

18 May 2021, 15:58 (GMT +4)
Hindistanda COVID-19-dan ölənlərin sayında yeni anti-rekord qeydə alınıb

18 May 2021, 15:55 (GMT +4)
ADY: Bakı-Qəbələ qatarı üçün gediş haqqı hələ müəyyən edilməyib

18 May 2021, 15:41 (GMT +4)
Oljas Süleymenov “Şərəf” ordeni ilə təltif edilib

18 May 2021, 15:35 (GMT +4)
İordan çayının qərbində İsrail qüvvələrinin atəşi nəticəsində 23 fələstinli həyatını itirib

18 May 2021, 15:30 (GMT +4)
Prezident İlham Əliyev Belarusun müdafiə nazirini qəbul edib

18 May 2021, 15:23 (GMT +4)
"Yuventus" yeni formasını təqdim edib - (FOTOLAR)

18 May 2021, 15:20 (GMT +4)
ABŞ digər ölkələrə 80 milyona yaxın COVID-19-a qarşı peyvənd dozu göndərmək niyyətindədir

18 May 2021, 15:14 (GMT +4)
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin edilir 

18 May 2021, 15:04 (GMT +4)
Gömrük Akademiyasında “RENFUL” şirkətinin mütəxəssisləri təlimlər keçirlər (FOTO)

18 May 2021, 15:00 (GMT +4)
AFFA "Sumqayıt" və "Zirə"nin şikayətinə baxıb

18 May 2021, 14:51 (GMT +4)
AQTİ: Qida təhlükəsizliyi sahəsində innovativ həllərin tətbiqi uğurla davam etdirilir

18 May 2021, 14:39 (GMT +4)
Putin: Rusiya bütün ölkələrlə əməkdaşlığa açıqdır

18 May 2021, 14:28 (GMT +4)
Azərbaycanlılar BMT qərarqahı önündə minalarla bağlı aksiya keçiriblər (FOTO)

18 May 2021, 14:22 (GMT +4)
Premyer Liqanın qalibləri üçün mükafatlandırma mərasimi keçiriləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66