Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Caspian Energy Club Orxan Əliyevin iştirakı ilə Onlayn B2G Forum təşkil edib

14 Aprel 2021, 16:42 (GMT +4)

Bakı, 14 aprel, SalamNews. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin (ADRA) İdarə Heyətinin sədrinin müavini Orxan Əliyev Caspian Energy Club-ın təşkil etdiyi ənənəvi “Online B2G Forum”da iştirak edib. Forum çərçivəsində aktual sual və təkliflər müzakirə olunub. 

Bu barədə SalamNews-a Caspian Energy Club-ın sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Orxan Əliyev onlayn B2G forumda iş adamlarını narahat edən məsələlərə aydınlıq gətirib. Görüşdə əsasən açıq məkandakı reklamların qiymət siyasətinə, qanunvericiliyin iş adamlarına yaratdığı şəraitə toxunulub. 

Orxan Əliyev eyni zamanda reklamların ölçmə mexanizmləri, onlara baxış sayını müəyyənləşdirən texnologiyaların tətbiqi üçün üçüncü tərəflərin təkliflərinə dövlət qurumunun açıq olduğunu vurğulayıb. Qeyd olunub ki, bir sıra innovativ texnoloji həlləri tətbiq edən Agentlik bu sahədə dünya təcrübəsini araşdırmaqda davam edir və artıq rəqəmsal reklamların stimullaşdırılması barədə təkliflər hökümətə təqdim olunub.

Daha sonra Orxan Əliyev “Online B2G Forum” iştirakçılarının təkliflərini dinləyib, suallarını cavablandırıb. 

Caspian Energy Club-ın sədri və baş icraçı direktoru Telman Əliyev açıq və səmimi dialoqa görə Orxan Əliyevə təşəkkür edib. O, həmçinin qeyd edib ki, Caspian Energy Club-ın Kiçik və Orta Biznes üzrə Komitəsi nəznində ADRA ilə birgə ikitərəfli işçi qrupu fəaliyyət göstərir.

Qeyd edək ki, ikitərəfli işçi qrupu mütəmadi olaraq aktual sual, təklif və problemləri müzakirə etməyə və operativ cavablandırmağa imkan verir.

Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən Caspian Energy Club 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-ın əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-ın Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

 

Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

13 May 2021, 13:09 (GMT +4)
İsrailin Qəzzaya hücumunda ölənlərin sayı 83-ə çatıb, onların 24-ü uşaq və qadındır

13 May 2021, 09:34 (GMT +4)
Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Şuşadan Azərbaycan xalqını təbrik edib

13 May 2021, 09:06 (GMT +4)
Şuşada bayram namazı qılınır (CANLI YAYIM)

13 May 2021, 06:40 (GMT +4)
Ərdoğan: Qüdsün şərəfini qorumaq bütün müsəlmanların borcudur və İsrail durdurulmalıdır

13 May 2021, 06:03 (GMT +4)
Azərbaycanda müqəddəs Ramazan bayramı qeyd olunur

12 May 2021, 23:19 (GMT +4)
Mükafatların verildiyi gün – Sabah Ramazan bayramıdır

12 May 2021, 22:59 (GMT +4)
Qəzzada aviazərbələr nəticəsində media nümayəndəliklərinin olduğu hündür bina çöküb (VİDEO)

12 May 2021, 17:22 (GMT +4)
ABŞ, Kanada və Avropada Fələstinə dəstək aksiyası keçirilib (VİDEO)

12 May 2021, 17:01 (GMT +4)
Özbəkistanda Qurani-Kərimin dünyada ən böyük  əlyazma səhifəsi  hazırlanıb

12 May 2021, 16:53 (GMT +4)
Ərazi-Tikinti Planlaşdırma Mərkəzinin xalis mənfəəti kəskin azalıb

12 May 2021, 16:42 (GMT +4)
AAYDA: Paytaxtın İlqar Musayev küçəsində təmir işləri bu gün başa çatacaq

12 May 2021, 16:30 (GMT +4)
Saatlıda heyvan oğruları saxlanılıb

12 May 2021, 16:17 (GMT +4)
Şəmkirdə minik avtomobili yanıb

12 May 2021, 16:06 (GMT +4)
Hindistanda COVID-19-dan ölənlərin sayında yeni anti-rekord qeydə alınıb

12 May 2021, 16:04 (GMT +4)
Lənkəranda evdən 3 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

12 May 2021, 15:59 (GMT +4)
İsrailin Qəzzaya aviazərbələri nəticəsində ölənlərin sayı 53-ə çatıb, onların 14-ü uşaqdır

12 May 2021, 15:52 (GMT +4)
İlham Əliyev: Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur

12 May 2021, 15:40 (GMT +4)
ABŞ səfirliyinin mətbuat katibi Rusiyada persona non-qrata elan edildiyini təsdiqləyib

12 May 2021, 15:35 (GMT +4)
Yuxarı Gövhərağa məscidi təmir olunub

12 May 2021, 15:28 (GMT +4)
Prezident: Şuşanın azad edilməsi Ermənistan ordusunun və Ermənistan dövlətinin çökməsi demək idi

12 May 2021, 15:24 (GMT +4)
AAYDA: Bakının Mikayıl Müşfiq küçəsində təmir işləri bu gün başa çatacaq

12 May 2021, 15:11 (GMT +4)
Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub

12 May 2021, 15:05 (GMT +4)
Prezident Şuşada bərpa edilən “Xan qızı” bulağında olub

12 May 2021, 15:05 (GMT +4)
ABŞ-da boru xəttinə kiberhücum səbəbilə benzin qıtlığı müşahidə edilir

12 May 2021, 14:54 (GMT +4)
Şuşada “Xarıbülbül” musiqi festivalı keçirilib (CANLI YAYIM)  

12 May 2021, 14:42 (GMT +4)
Azərbaycanın Gürcüstandakı səfirliyində iftar təşkil edilib

12 May 2021, 14:30 (GMT +4)
MN: Azərbaycan Ordusunda təlimlər keçiriləcək

12 May 2021, 14:22 (GMT +4)
Ərdoğan İslam dünyasını Ramazan bayramı münasibətilə təbrik edib

12 May 2021, 14:16 (GMT +4)
Ağac kəsən şəxs cəzalandırılıb

12 May 2021, 14:06 (GMT +4)
Pakistanın baş naziri Fələstini dəstəkləyən paylaşım edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66