Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

246 min fermerə payızlıq əkinlərə görə subsidiya ödənilib

14 Aprel 2021, 13:30 (GMT +4)

Bakı, 14 aprel, SalamNews. Kənd Təsərrüfatı Nazirliyi 2020-ci ilin payızlıq əkinlərinə görə fermerlərə subsidiya ödənişlərini davam etdirir.

Nazirlikdən SalamNews-a verilən məlumata görə, monitorinq nəticələrinə uyğun olaraq müraciətləri təsdiqlənmiş daha 17,929 fermerə əkin subsidiyası ödənilib. Bununla da müvafiq dövrdə payızlıq əkinlərə görə subsidiya almış fermerlərin sayı 245927 nəfərə çatıb. Ümumilikdə 335 min nəfərdən artıq fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 2020-ci il üzrə payızlıq əkinləri bəyan edib və onlardan torpaq sənədləri təsdiqlənən fermerlərin subsidiya müraciəti qəbul edilib.

Subsidiya almaq üçün elektron müraciəti təsdiqlənmiş fermerlərin sahələrində aparılan monitorinqlər başa çatmaq üzrədir. Torpaq sənədləri və əkin bəyanları ilə bağlı şübhələr yaranan fermerlərin sahələri monitorinqlərə cəlb olunur. Monitorinq və qiymətləndirmələr “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq çarpaz (elektron bəyannamə məlumatlarının Subsidiya İnformasiya Sistemində olan digər məlumatlarla üzləşdirilməsi), yerüstü müşahidə (peyk ilə və digər texniki imkanlarla əkinlərin və çoxillik əkmələrin müəyyən edilərək, elektron bəyannamə məlumatları ilə üzləşdirilməsi) və yerində müşahidə (seçmə üsulu ilə əkinlərin aparıldığı yerlərdə DAİM mütəxəssislərinin nəzarət və qiymətləndirmə tədbirlərini həyata keçirməsi) üsulları ilə aparılır. Fermerlərin əkin bəyanları təlimatlara uyğun olaraq yoxlanıldıqca, subsidiya ödənişləri həyata keçirilir.

Subsidiya qaydalarına uyğun olaraq, ödənişlər fermer kartlarına 25% nağdlaşdırıla bilən və 75% nağdsız hissə şəklində ödənilib. Fermerlər subsidiyanın nağdlaşdırıla bilinməyən hissəsi ilə gübrə, pestisid, toxum və ting təchizatçılarından təsərrüfatlarına lazım olan məhsulları POS-terminal vasitəsilə ödəniş etməklə əldə edə bilərlər. Subsidiya qaydalarında edilmiş son dəyişikliyə görə, fermerlər təsərrüfatları üçün gübrənin tam dəyərini “Fermer kartı” ilə nağdsız ödəmək imkanı qazanıblar.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

18 May 2021, 18:02 (GMT +4)
Ağstafa rayon sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub

18 May 2021, 17:58 (GMT +4)
Çavuşoğlu: İsrail Ramazan bayramını zəhər etdi

18 May 2021, 17:51 (GMT +4)
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib

18 May 2021, 17:40 (GMT +4)
Rusiya XİN: Azərbaycan və Ermənistan sərhədindəki vəziyyəti yaxından izləyirik

18 May 2021, 17:39 (GMT +4)
İsrail BMT Təhlükəsizlik Şurasının qətnaməsinin qarşısını aldığına görə ABŞ-a təşəkkür edib

18 May 2021, 17:30 (GMT +4)
Bu il ƏƏSMN-in fəaliyyət sahələri üzrə 220 min elektron arayış verilib

18 May 2021, 17:20 (GMT +4)
Prezident dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb

18 May 2021, 17:08 (GMT +4)
İlham Əliyev: Belarusla hərbi sahədə əməkdaşlıq çox yaxşı nəticələr verir

18 May 2021, 16:58 (GMT +4)
Ermənistanın axtarışda olan keçmiş naziri İrəvan hava limanında saxlanılıb

18 May 2021, 16:50 (GMT +4)
Allahşükür Paşazadə Türkiyənin Azərbaycandakı səfirini qəbul edib

18 May 2021, 16:37 (GMT +4)
Azərbaycanda son sutkada 1024 nəfər COVID-19-dan sağalıb, 432 nəfər yoluxub

18 May 2021, 16:33 (GMT +4)
Misir Qəzzanın yenidənqurması üçün 500 milyon dollar ayırıb

18 May 2021, 16:27 (GMT +4)
Sergey Ryabkov: Moskva dost olmayan dövlətlərin siyahısını genişləndirə bilər

18 May 2021, 16:21 (GMT +4)
Bu il Azərbaycan 19 min tondan artıq qarğıdalı idxal edib

18 May 2021, 16:10 (GMT +4)
Azərbaycan Prezidenti Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpasında iştiraka dəvət edib

18 May 2021, 16:01 (GMT +4)
“Çelsi”də ilin ən yaxşı futbolçusu bəlli olub

18 May 2021, 15:58 (GMT +4)
Hindistanda COVID-19-dan ölənlərin sayında yeni anti-rekord qeydə alınıb

18 May 2021, 15:55 (GMT +4)
ADY: Bakı-Qəbələ qatarı üçün gediş haqqı hələ müəyyən edilməyib

18 May 2021, 15:41 (GMT +4)
Oljas Süleymenov “Şərəf” ordeni ilə təltif edilib

18 May 2021, 15:35 (GMT +4)
İordan çayının qərbində İsrail qüvvələrinin atəşi nəticəsində 23 fələstinli həyatını itirib

18 May 2021, 15:30 (GMT +4)
Prezident İlham Əliyev Belarusun müdafiə nazirini qəbul edib

18 May 2021, 15:23 (GMT +4)
"Yuventus" yeni formasını təqdim edib - (FOTOLAR)

18 May 2021, 15:20 (GMT +4)
ABŞ digər ölkələrə 80 milyona yaxın COVID-19-a qarşı peyvənd dozu göndərmək niyyətindədir

18 May 2021, 15:14 (GMT +4)
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin edilir 

18 May 2021, 15:04 (GMT +4)
Gömrük Akademiyasında “RENFUL” şirkətinin mütəxəssisləri təlimlər keçirlər (FOTO)

18 May 2021, 15:00 (GMT +4)
AFFA "Sumqayıt" və "Zirə"nin şikayətinə baxıb

18 May 2021, 14:51 (GMT +4)
AQTİ: Qida təhlükəsizliyi sahəsində innovativ həllərin tətbiqi uğurla davam etdirilir

18 May 2021, 14:39 (GMT +4)
Putin: Rusiya bütün ölkələrlə əməkdaşlığa açıqdır

18 May 2021, 14:28 (GMT +4)
Azərbaycanlılar BMT qərarqahı önündə minalarla bağlı aksiya keçiriblər (FOTO)

18 May 2021, 14:22 (GMT +4)
Premyer Liqanın qalibləri üçün mükafatlandırma mərasimi keçiriləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66