Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident İlham Əliyev azad olunmuş ərazilərə köçkünlərin nə zaman qayıdacağı sualını cavablandırıb

14 Aprel 2021, 09:00 (GMT +4)

Bakı, 14 aprel, SalamNews. Dəqiq nə vaxt olacağını demək mənim üçün çətindir. Ancaq ümidvaram ki, gələn ildən etibarən, mərhələli şəkildə köçkünlərin ilk qrupu yerləşdirilməlidir.

SalamNews-un məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün ADA Universitetində "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda Belçikanın Avropa Siyasəti Mərkəzindən Amanda Polun sualını cavablandırarkən deyib.

Dövlət başçısı bildirib:

"Biz onları mümkün qədər tez qaytarmaq istəyirik. Onlar bu qədər gözləyiblər. Lakin ən böyük problem minalardır. Ermənistan bizə minaların xəritəsini verməyib, baxmayaraq ki, biz bunun onlarda olduğunu bilirik. Müharibə bitəndən sonra bizim hərbçilərdən başqa, təkcə mülki şəxslər arasında 100-dən çox itkimiz var. 100-dən çox insanın 20-dən çoxu minalardan həlak olub. Bu, daha bir müharibə cinayətidir. Çünki müharibə bitib. Niyə siz bizə minaların xəritəsini vermirsiniz ki, biz həmin əraziləri təmizləyə bilək. Ona görə də minaların təmizlənməsi ilə bağlı çox işlər görülməlidir. Minaların təmizlənməsi çox uzun bir prosesdir, bu, vaxt tələb edir. Çünki bizdə kifayət qədər ixtisaslı kadr yoxdur. Hazırda biz treninq təşkil edirik və həmçinin avadanlıq alırıq. İkinci mühüm məsələ, - ona artıq start verilib, - dəymiş ziyanın hesablanmasıdır. Çünki biz Ermənistanı törətdikləri dağıntılara görə beynəlxalq hüquqi təsisatlarda məhkəməyə verməyi planlaşdırırıq. Bu səbəbdən biz bütün dağıntıları sənədləşdiririk. Hər bir tikili üçün xüsusi pasportlar yaradırıq ki, bu, hüquqi prosedur üçün sənəd olacaq. Əlbəttə ki, infrastruktur layihələri. Çünki biz insanları heç nəyin ortasına göndərə bilmərik. Orada layiqli yaşayış standartları olmalıdır. Biz artıq layihələrə başlamışıq. Mən onlardan bəzilərinin adını çəkə bilərəm. Məsələn, Füzulidən Şuşaya, Şuşadan Cəbrayıla, Horadizdən Zəngilana, Bərdədən Ağdama avtomagistralların tikintisinə artıq başlanılıb. Bunların hamısı ilə bağlı proses artıq gedir. Büdcə təsdiqlənib. Elektrik enerjisi istehsalı, xətlər, Şuşaya xətt artıq çəkilib. Şuşada elektrik stansiyası tezliklə açılacaq. Qeyd etdiyim kimi, maksimum 2 ilə bütün Qarabağ elektrik enerjisi ilə təchiz olunacaq. Sonra, su təchizatı, su kəmərləri yoxdur. İnsanlar oraya getsələr, nə yeyəcəklər, nə içəcəklər, kənd təsərrüfatı ilə necə məşğul olacaqlar? Biz düzgün planlaşdırmalıyıq. Əlbəttə ki, şəhərsalma, çünki hər şey yerlə-yeksan edilib. Ona görə də yeni şəhərsalma layihələri olacaq. Hazırda bununla da bağlı proses gedir. Biz dərhal başlamışıq və sizə deyə bilərəm ki, bizim təsdiqləyəcəyimiz ilk şəhərsalma layihəsi Ağdam və həmçinin digər şəhərlərdir. Biz Zəngilanda kəndlərdən birində pilot layihəyə başlamışıq – “ağıllı kənd”. Düşünürəm ki, bərpa işlərinə ola bilsin gələn ay, ola bilsin iyunda başlanacaq. Ümidvaram ki, ilin sonunadək bu pilot layihə artıq həyata keçiriləcək. Eyni zamanda, mən müxtəlif ölkələrdən olan tərəfdaşlarımızla təmaslarım zamanı bizə şəhərsalma, kəndlərin tikintisi ilə bağlı ideyalar verə biləcək şirkətləri cəlb etmək üçün bu məsələni qaldırmışam. Biz bu şirkətləri bizimlə işləməyə dəvət etmək istəyirik, çünki bizim tikinti imkanlarımız bu əraziləri bərpa etmək üçün yetərli deyil. Dediyim kimi, biz 4 Lüksemburq bərpa etməliyik. Bu, ciddi işdir. Bu səbəbdən, onların hamısının nə vaxt qayıdacağını demək çətindir. Amma onlar mərhələli şəkildə qayıdacaqlar. Böyük ehtimal ki, qayıdış infrastruktura yaxın olan kəndlərdən başlayacaq. Məsələn Ağdam, Füzuli, Cəbrayılda elektrik və su xətlərini çəkmək daha asandır. Yavaş-yavaş biz davam edəcəyik. Eyni zamanda, biz hazırda, Laçında hava limanının inşasını planlaşdırırıq. Çünki Laçına getmək asan deyil. Oranı inşa etmək üçün yük təyyarələrinə ehtiyac var. Həmçinin Kəlbəcərə də yol çəkilir. Mövcud yol indi Rusiya sülhməramlılarının nəzarəti altındadır. Bu yoldan istifadə edirik, ancaq bəzən nə vaxt və necə olacağı bilinmir. İndi biz çoxlu tunellər inşa etməliyik, çünki dağların hündürlüyü 3500 metrə çatır və burada əvvəllər yol olmayıb. Beləliklə, dəqiq nə vaxt olacağını demək mənim üçün çətindir. Ancaq ümidvaram ki, gələn ildən etibarən, mərhələli şəkildə köçkünlərin ilk qrupu yerləşdirilməlidir".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İlham Əliyev: Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur

Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub

Prezident İlham Əliyev “Xarıbülbül” musiqi festivalında iştirak etmək üçün Şuşaya gedib

Prezident İlham Əliyev Naxçıvanda Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib

İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub

Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib

Prezident İlham Əliyev Ordubad dəmir yolu stansiyasında görülən işlərlə tanış olub

İlham Əliyev Naxçıvanda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib

İlham Əliyev Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışında iştirak edib

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərə gedib

Prezident İlham Əliyev və Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevlə bağlı paylaşım edib

AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olunub

Ruhani Hacı İlham Əliyevə 16 il iş verilib

Prezident İlham Əliyev Dövlət Vergi Xidmətinə rəis təyin edib 

Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinə rəisi təyin edib 

İlham Əliyev Türkiyənin yeni səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Serbiyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Azad Rəhimovun vəfatı ilə bağlı nekroloq imzalayıb

14 May 2021, 18:05 (GMT +4)
Türkiyə prezidenti: Qarabağda Azərbaycanı dəstəklədiyimiz kimi Qüdsə və Fələstinə də dəstək veririk

14 May 2021, 17:01 (GMT +4)
İngiltərə Premyer Liqasında ayın ən yaxşıları bəlli olub

14 May 2021, 16:40 (GMT +4)
AÇ-2020: Biletlər satışa çıxarılır

14 May 2021, 16:22 (GMT +4)
Caspian Energy Club “Caspian Energy Latvia”-da pay iştirakını satışa çıxarıb 

14 May 2021, 15:07 (GMT +4)
Türkiyə millisinin Avropa çempionatı üçün geniş heyəti müəyyənləşib - SİYAHI 

14 May 2021, 14:56 (GMT +4)
"Borussiya" Almaniya kubokunu qazanıb - (VİDEO)

14 May 2021, 14:35 (GMT +4)
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Keşlə" ilə, "Neftçi" "Sumqayıt"la qarşılaşır

14 May 2021, 14:21 (GMT +4)
Avropa çempionatının mahnısı təqdim edilib - (VİDEO)

14 May 2021, 13:15 (GMT +4)
Çempionlar Liqasının finalı rəsmən İstanbuldan alınıb

14 May 2021, 11:00 (GMT +4)
"Dinamo" klubu Ukrayna kubokunun qalibi olub

14 May 2021, 09:09 (GMT +4)
İsrailin Qəzzaya hücumunda ölənlərin sayı 115-ə çatıb, onların 28-i uşaqdır (FOTO)

14 May 2021, 09:05 (GMT +4)
"Başakşəhər"in futbolçusu Azərbaycan millisindən imtina edib

14 May 2021, 09:04 (GMT +4)
İsrail prezidenti və müdafiə naziri ölkənin daxilində baş verən qarşıdurma və xaosla bağlı xəbərdarlıq ediblər

13 May 2021, 20:40 (GMT +4)
Azərbaycan Premyer Liqasında 27-ci turun təyinatları açıqlanıb

13 May 2021, 14:12 (GMT +4)
La Liqada azarkeşlər stadionlara qayıdır

13 May 2021, 13:09 (GMT +4)
İsrailin Qəzzaya hücumunda ölənlərin sayı 83-ə çatıb, onların 24-ü uşaq və qadındır

13 May 2021, 09:34 (GMT +4)
Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Şuşadan Azərbaycan xalqını təbrik edib

13 May 2021, 09:06 (GMT +4)
Şuşada bayram namazı qılınır (CANLI YAYIM)

13 May 2021, 06:40 (GMT +4)
Ərdoğan: Qüdsün şərəfini qorumaq bütün müsəlmanların borcudur və İsrail durdurulmalıdır

13 May 2021, 06:03 (GMT +4)
Azərbaycanda müqəddəs Ramazan bayramı qeyd olunur

12 May 2021, 23:19 (GMT +4)
Mükafatların verildiyi gün – Sabah Ramazan bayramıdır

12 May 2021, 22:59 (GMT +4)
Qəzzada aviazərbələr nəticəsində media nümayəndəliklərinin olduğu hündür bina çöküb (VİDEO)

12 May 2021, 17:22 (GMT +4)
ABŞ, Kanada və Avropada Fələstinə dəstək aksiyası keçirilib (VİDEO)

12 May 2021, 17:01 (GMT +4)
Özbəkistanda Qurani-Kərimin dünyada ən böyük  əlyazma səhifəsi  hazırlanıb

12 May 2021, 16:53 (GMT +4)
Ərazi-Tikinti Planlaşdırma Mərkəzinin xalis mənfəəti kəskin azalıb

12 May 2021, 16:42 (GMT +4)
AAYDA: Paytaxtın İlqar Musayev küçəsində təmir işləri bu gün başa çatacaq

12 May 2021, 16:30 (GMT +4)
Saatlıda heyvan oğruları saxlanılıb

12 May 2021, 16:17 (GMT +4)
Şəmkirdə minik avtomobili yanıb

12 May 2021, 16:06 (GMT +4)
Hindistanda COVID-19-dan ölənlərin sayında yeni anti-rekord qeydə alınıb

12 May 2021, 16:04 (GMT +4)
Lənkəranda evdən 3 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66