Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Bakıda aptekdə quldurluq və evlərdən oğurluq edən şəxslər saxlanılıblar

13 Aprel 2021, 17:42 (GMT +4)

Bakı, 13 aprel, SalamNews.Sabunçu rayonu Bakıxanov qəsəbəsində quldurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, naməlum şəxs qəsəbə ərazisində yerləşən apteklərdən birinə daxil olaraq orada satıcı işləyən qadını əlindəki bıçaqla onun həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib obyektin kassasından 480 manat pulu talamaqla quldurluq edib.

Zərərçəkən şəxs Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə müraciət edən kimi cinayəti törədən şəxsin axtarışlarına başlanılıb.

Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Orxan Şahbazov saxlanılıb. O, ifadəsində etdiyi cinayəti etiraf edib və hadisə zamanı istifadə etdiyi kəsici aləti polis əməkdaşlarına təhvil verib.

Qeyd edək ki, Orxan Şahbazovun aptekdə törətdiyi quldurluq cinayəti obyektin kameraları tərəfindən də lentə alınıb.
Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində isə Zabrat və ətraf qəsəbələrdə cari ilin fevral-aprel ayları ərzində silsilə oğurluq cinayətləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elşən Mailov saxlanılıb.

Bu şəxsin ətrafında aparılan əməliyyat tədbirləri ilə müəyyən edilib ki, E.Mailov qeyd edilən müddət ərzində təkcə Sabunçu rayonunda 6 mənzildən və 2 zərgərlik məmulatlarının satıldığı obyektdən soyğunçuluq, eləcə də, oğurluq cinayətləri törədib. Araşdırma zamanı onun əsasən qızıl-zinət əşyaları ələ keçirdiyi məlum olub. E.Mailov zərərçəkənlərə ümumilikdə 15 min manata yaxın maddi ziyan vurub.

Qeyd edilən faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Orxan Şahbazov və Elşən Mailov barəsində istintaq tədbirləri davam etdirilir. Saxlanılan şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis bölmələrinə, habelə DİN-in “102” Xidməti Zəng Mərkəzi Sistemi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İranın Dinlərarası Dialoq və Koordinasiya Şurasının sədri Fələstinlə bağlı dünyanın dini liderlərinə çağırış edib

DİN işğaldan azad olunmuş ərazilərə getməməklə bağlı vətəndaşlara xəbərdarlıq edib

Müdafiə naziri təlimlərin gedişi barədə məruzələri dinləyib

Sabahdan Azərbaycanda "Sputnik V" peyvəndinin tətbiqinə başlanılır

"Azərişıq” Ağdamın Çıraqlı kəndində yenidənqurma işləri həyata keçirib

İranın tanınmış din alimi Roma Papasını Fələstinlə bağlı hərəkətə keçməyə çağırıb

İlham Əliyev Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr barədə qazaxıstanlı həmkarını məlumatlandırıb

Qüdsün qərbində sinaqoqda dini ayin zamanı platforma çöküb, üç ölü var (VİDEO)

Salyan rayonunda 5 kəndin yolu yenidən qurulur (FOTO)

İlham Əliyev Qəbələnin Nic qəsəbəsində 1 saylı orta məktəbdə və Müqəddəs Yelisey adına Cotari kilsəsində olub

İsraillə İordaniya, Livan və Suriya sərhədində də gərginlik başlayıb, ölənlər var

İsrailin bu gün Qəzzada qaçqın düşərgəsinə aviazərbəsində səkkiz uşaq və üç qadın həlak olub (FOTO)

"Dinamo" klubu Ukrayna kubokunun qalibi olub

İsrailin Qəzzaya hücumunda ölənlərin sayı 83-ə çatıb, onların 24-ü uşaq və qadındır

Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub

İranın sabiq prezidenti Əhmədinejad prezident seçkilərinə namizədliyini verib

Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin Məşvərət Şurası yaradılıb

Uruqvaylı hücumçu Edinson Kavani "Mançester Yunayted"lə müqaviləni yeniləyib

Fələstinli hərəkatlar Əl-Əqsa məscidindən çıxmaqla bağlı İsrailə möhlət veriblər

Əl-Əqsa məscidinə hücuma cavab olaraq Qəzzadan İsrailə onlarla raket atılıb (VİDEO)

18 May 2021, 09:00 (GMT +4)
Bu gündən Azərbaycanda "Sputnik V” vaksininin tətbiqinə başlanılır

18 May 2021, 08:57 (GMT +4)
İsrailin Qəzzaya hücumunda ölənlərin sayı 215-ə çatıb, onların 61-i uşaqdır

17 May 2021, 21:35 (GMT +4)
Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib

17 May 2021, 18:02 (GMT +4)
Azərbaycan kəndlərində ilk dəfə GPON texnologiyası əsasında şəbəkə qurulur

17 May 2021, 17:58 (GMT +4)
İranın Dinlərarası Dialoq və Koordinasiya Şurasının sədri Fələstinlə bağlı dünyanın dini liderlərinə çağırış edib

17 May 2021, 17:52 (GMT +4)
Bakının 6 rayonunda piyada təhükəsizliyi gücləndirilib

17 May 2021, 17:42 (GMT +4)
Bakı-Gəncə qatarı Bakı-Sumqayıt dəmir yolu xəttinə cəlb edilir

17 May 2021, 17:38 (GMT +4)
Türkiyənin cənub-şərqində 10 PKK terrorçusu zərərsizləşdirilib

17 May 2021, 17:31 (GMT +4)
Astarada aptekdən oğurluq edən şəxs saxlanılıb

17 May 2021, 17:20 (GMT +4)
Gömrük Akademiyası və Baş Prokurorluğun Elm-Tədris Mərkəzi birgə təlimlərə başlayıb

17 May 2021, 17:12 (GMT +4)
AZAL mülki aviasiya sahəsində yüksək beynəlxalq təhlükəsizlik tələblərinə cavab verdiyini bir daha təsdiq edib

17 May 2021, 17:07 (GMT +4)
“Real”ın hücumçusu ən yaxşı fransız futbolçu seçilib

17 May 2021, 17:02 (GMT +4)
Aprelin 22-23-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb

17 May 2021, 16:57 (GMT +4)
Türkiyədə 4.94 milyondan çox insan COVID-19-dan müalicə alaraq sağalıb

17 May 2021, 16:52 (GMT +4)
Naxçıvan Qarnizonu Qoşunlarında növbəti komanda-qərargah təlimi başlayıb (VİDEO)

17 May 2021, 16:45 (GMT +4)
Son bir həftədə azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb

17 May 2021, 16:40 (GMT +4)
La Liqanı tərk edəcək ilk klub məlum olub

17 May 2021, 16:36 (GMT +4)
Cavad Zərifin Vyanaya səfərinin ləğvinin detalları açıqlanıb

17 May 2021, 16:35 (GMT +4)
Azərbaycanda daha 426 nəfər koronavirusa yoluxub, 13 nəfər ölüb

17 May 2021, 16:30 (GMT +4)
Lavrov: Rusiya sərhəd delimitasiyası məsələsində Ermənistana və Azərbaycana kömək etməyə hazırdır

17 May 2021, 16:24 (GMT +4)
DİN işğaldan azad olunmuş ərazilərə getməməklə bağlı vətəndaşlara xəbərdarlıq edib

17 May 2021, 16:12 (GMT +4)
Müdafiə naziri təlimlərin gedişi barədə məruzələri dinləyib

17 May 2021, 16:07 (GMT +4)
Almaniya Futbol İttifaqının prezidenti istefa verib

17 May 2021, 16:02 (GMT +4)
AzTV maliyyə yoxlamaları ilə bağlı açıqlama yayıb

17 May 2021, 15:51 (GMT +4)
Almaniyada son sutkada 5 mindən çox koronavirusa yoluxma aşkar edilib

17 May 2021, 15:41 (GMT +4)
"Nar" komandası "Breyn Rinq" yarışının yarımfinalına yüksəlib

17 May 2021, 15:30 (GMT +4)
Üzgüçümüz Avropa çempionu olub

17 May 2021, 15:20 (GMT +4)
Türkiyə heyəti peyvənd tədarükünü müzakirə etmək üçün Rusiyaya yola düşüb

17 May 2021, 15:09 (GMT +4)
Naxçıvanda orta aylıq əməkhaqqı 3 %-dən çox artıb

17 May 2021, 14:59 (GMT +4)
Gürcüstanda daha 504 nəfərdə koronavirusa yoluxma aşkar edilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66