Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Bu il Azərbaycanda diplomları tanınmayan xarici universitetlərin adları açıqlanıb

13 Aprel 2021, 14:12 (GMT +4)

Bakı, 13 aprel, SalamNews. Bu ilin I rübü ərzində diplomların tanınması üzrə müraciətlərin statistikası açıqlanıb.

SalamNews xəbər verir ki, ötən dövr ərzində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə 678 müraciət daxil olub.

Onlardan 493-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 185 nəfərin müraciətinə isə mənfi cavab verilib. Tanınma üzrə müraciətlərin icrası yanvar ayı üzrə 21, fevral ayı üzrə 14, mart ayı üzrə isə 20 gün ərzində tamamlanıb.

Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 103, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 72 və digər səbəblərə görə 10 nəfərin müraciəti mənfi cavablandırılıb.

İxtisas seçimlərində iqtisadiyyat üzrə 112, hüquqşünaslıq üzrə 91, maliyyə üzrə 82, tibb üzrə 75, biznesin idarə edilməsi üzrə 49, mühəndislik üzrə 48, menecment üzrə 41, beynəlxalq münasibətlər üzrə 32, turizim üzrə 14, kompüter elmləri üzrə 13 və digər ixtisaslar üzrə 121 müraciət qeydə alınıb.

Ölkələr üzrə müraciətlərin sayına gəlincə, Ukraynadan 197, Türkiyədən 170, Rusiyadan 167, Gürcüstandan 50, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 11, digər ölkələrdən isə 83 müraciətin olduğu müşahidə edilib.

Ümumilikdə rüb ərzində verilən mənfi qərarların 29%-i 10 ali təhsil müəssisəsini (Tbilisi Humanitar Tədris Universiteti, Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Universiteti, H.P.Konaşeviç-Saqaydaçnıy adına Kiyev Su Nəqliyyatı İnstitutu, “Sinergiya” Moskva Maliyyə-Sənaye Universiteti, Poltava İqtisadiyyat və Ticarət Universiteti, Simon Kuznets adına Xarkov Milli İqtisad Universiteti, Odessa Dövlət Ekologiya Universiteti, Voljsk Dövlət Su Nəqliyyatı Universiteti, Tbilisi Açıq Tədris Universiteti və Avropa Universiteti (Gürcüstan) əhatə edir.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

12 May 2021, 04:42 (GMT +4)
İsrailin Qəzzaya aviazərbələrində KİV-lərin ofislərinin yerləşdiyi hündürmərtəbəli bina uçub (VİDEO)

12 May 2021, 04:11 (GMT +4)
Ramazanın 29-cu gününün duası, iftar və imsak vaxtı

12 May 2021, 01:08 (GMT +4)
"Mançester Siti" yeddiqat İngiltərə çempionu olub

12 May 2021, 00:40 (GMT +4)
Türkiyə çempionatı: "Beşiktaş" və "Fənərbaxça" məğlub olub, "Qalatasaray" qələbə qazanıb

12 May 2021, 00:09 (GMT +4)
Azərbaycan I Divizionunda gümüş və bürünc medalçılar müəyyənləşib

11 May 2021, 23:23 (GMT +4)
"Spartak" azərbaycanlı futbolçu ilə yolları ayırıb

11 May 2021, 22:38 (GMT +4)
Təl-Əvivə 130 raket atılıb, şəhərdə yanğınlar baş verib (VİDEO)

11 May 2021, 21:39 (GMT +4)
Ayətullah Xamenei: İsrail zor gücündən başqa bir dili anlamır

11 May 2021, 20:51 (GMT +4)
Fələstinlilərin raket atəşi nəticəsində İsrailin strateji əhəmiyyətli yanacaq zavodunda güclü yanğın baş verib (FOTO)

11 May 2021, 17:18 (GMT +4)
İran Fars Körfəzində ABŞ hərbi donanması ilə ölkənin hərbi qayıqları arasında yaranan gərginliyə münasibət bildirib

11 May 2021, 17:01 (GMT +4)
Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

11 May 2021, 16:50 (GMT +4)
Ərdoğan Fələstin üçün "Kardan Ayrılıq" şeirini oxuyub (VİDEO)

11 May 2021, 16:36 (GMT +4)
Azərbaycanda son sutkada 1306 nəfər koronavirusdan sağalıb, 514 nəfər yoluxub

11 May 2021, 16:28 (GMT +4)
Ceyhun Bayramov: Regionda nəqliyyatla bağlı razılaşmalara daha çox diqqət ayrılmalıdır

11 May 2021, 16:13 (GMT +4)
Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin Məşvərət Şurası yaradılıb

11 May 2021, 16:03 (GMT +4)
Türkiyə Tatarıstana başsağlığı verib

11 May 2021, 15:50 (GMT +4)
Azərbaycan və Rusiya XİN-ləri arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr Planı imzalanıb

11 May 2021, 15:40 (GMT +4)
Aviazərbələrlə cavab olaraq İsrailin Aşkelon şəhərinə 60 civarında raket atılıb, dağıntılar var (VİDEO)

11 May 2021, 15:29 (GMT +4)
Müdafiə naziri azad edilmiş ərazilərdə yerləşən bölmələrdə olub

11 May 2021, 15:15 (GMT +4)
“YAŞAT” Fondu daha 11 qazini müalicə üçün Türkiyəyə göndərib

11 May 2021, 15:05 (GMT +4)
Tatarıstanda matəm elan edilib

11 May 2021, 14:57 (GMT +4)
Fələstin Beynəlxlaq Cinayət Məhkəməsindən İsrailin hücumlarına baxmağı tələb edib

11 May 2021, 14:53 (GMT +4)
“Sputnik V”in növbəti partiyasının gətiriləcəyi vaxt açıqlanıb

11 May 2021, 14:43 (GMT +4)
Azərbaycan velosipedçisi Ukraynada birinci olub

11 May 2021, 14:42 (GMT +4)
Rusiyada son sutkada 8 115 yeni koronavirusa yoluxma qeydə alınıb

11 May 2021, 14:32 (GMT +4)
İnterpol xətti ilə axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib

11 May 2021, 14:22 (GMT +4)
İtaliya A Seriyasına yüksələn ikinci komanda bəlli olub

11 May 2021, 14:20 (GMT +4)
Qəbələdə gecə saatlarında işləyən restoran aşkarlanıb

11 May 2021, 14:06 (GMT +4)
Zakir Həsənov Azərbaycan Ordusunu təbrik edib

11 May 2021, 13:50 (GMT +4)
Türkiyə Qızıl Aypara Cəmiyyəti Fələstinə yardım göndərib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66