Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

"Azercell" İKT sahəsində çalışan qadınları bir araya gətirib

09 Aprel 2021, 17:14 (GMT +4)

Bakı, 9 aprel, SalamNews.“Azercell Telekom” MMC-nin təşkilatçılığı ilə “Qadınların İKT sahəsində rolu” mövzusunda onlayn müzakirə keçirilib.

Şirkətdən SalamNews-a verilən məlumata görə, müzakirə ən son texnoloji danışıq platformalarından olan “Klabhaus”da “Azercell otağında” baş tutub. Tədbirə əsas qonaqlar qismində Azərbaycanın İKT sahəsində öz peşəkarlığı ilə tanınan qadın mütəxəssisləri qatılıb. Belə ki, Yana Krimpe (B.EST Solutions şirkətinin təsisçisi və direktoru), Günel Səfərəliyeva (MONT MMC-nin baş direktoru), İnarə Quliyeva (HPE Azərbaycan nümayəndəliyinin rəhbəri), Xavər Babazadə (“Azercell Telekom” MMC-nin şəbəkə texnologiyası şöbəsinin rəhbəri) İKT sahəsində qadınların rolundan, bu istiqamətdə uğur qazanmaq üçün vacib olan şəxsi və peşəkar keyfiyyətlərdən, eləcə də son illərdə proqramçı, İT mühəndisi peşələrində çalışan qadınların uğur qazanmaq statistikasının yüksəlişindən bəhs ediblər. Onlayn sessiya hər kəsin sərbəst şəkildə sual verib, münasibət bildirməyinə açıq şəkildə keçib. Dinləyicilər tədbirlə bağlı müsbət fikirlərini bölüşüblər.

Hazırda bütün dünyada daha çox qadının İKT sahəsinə cəlb olunması istiqamətində ciddi işlər görülsə də, ən sivil ölkələrdə belə, çətinliklər və maneələr mövcuddur. Bu sahədə çalışan qadınlar İKT üzrə ümumi işçi bazarının cəmi 26% təşkil etməkdədir. Onlayn müzakirənin spikerləri Azərbaycanda qadın olaraq İKT sahəsində uğur qazanmağın imkanlarından da danışıblar, başqa ölkələrlə müqayisədə cinsi diskriminasiyanın yox dərəcədə olduğunu qeyd ediblər. “Azercell Telekom” da işçi seçimi zamanı bu kimi məsələlərə diqqət edir. Məlumat üçün bildirək ki, şirkət işçilərinin 42% məhz qadınlar təşkil edir. Şirkət üzrə rəhbər vəzifələrdə təmsil olunan xanımların sayı isə 30% çoxdur. Qeyd edək ki, “Azercell Telekom”un şəbəkə texnologiyası şöbəsinin rəhbəri Xavər Babazadə İKT istiqamətində səmərəli fəaliyyətlərinə görə Azərbaycan Prezidentinin sərəncamı ilə “Əməkdar Mühəndis” fəxri adına layiq görülüb.

Xatırladaq ki, bütün dünyada aprelin sonuncu həftəsinin dördüncü günü "İKT-də qızlar" günü kimi qeyd edilir. Qabaqcıl Texnologiyalar sahəsində daim öncül olan “Azercell Telekom” qadınların İKT sahəsinə cəlb olunması, onları motivasiya etmək və özgüvənlərini artırmaq, bu istiqamətdə inkişaf etməsi məqsədilə hər il çoxsaylı tədbirlər keçirir, önəmli sosial layihələrə imza atır. İKT sahəsində peşəkar qadın kadrlarının yetişdirilməsinə xüsusi qayğı ilə yanaşan “Azercell” tərəfindən həyata keçirilən layihələr çərçivəsində müxtəlif proqramlar, görüşlər keçirilib, İT əsasları, LİNUX, CİSCO, ORACLE kimi proqramlar haqqında seminarlar təşkil olunub.

“Azercell Telekom” bərabər imkanlar yaratmaq və inklüziv cəmiyyət qurmaq istiqamətindəki sosial fəaliyyətini bundan sonra da davam etdirəcək.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

31 İyul 2021, 13:50 (GMT +4)
Bu il Azərbaycan 14 mln ton neft ixrac edib

31 İyul 2021, 13:40 (GMT +4)
Masallı polisi əməliyyat keçirib, saxlanılan var

31 İyul 2021, 13:30 (GMT +4)
Polis akkumulyator oğrularını saxlayıb

31 İyul 2021, 13:30 (GMT +4)
Putin və Ərdoğan Türkiyədəki yanğınlarla bağlı mövcud vəziyyəti müzakirə edib

31 İyul 2021, 13:15 (GMT +4)
Bu il Azərbaycanda 17,2 mln ton neft hasil edilib

31 İyul 2021, 13:00 (GMT +4)
Paytaxtda daxili iməcilik keçirilib

31 İyul 2021, 12:58 (GMT +4)
Yoxlama oyunu: "Qəbələ" "Zirə"yə qalib gəlib

31 İyul 2021, 12:56 (GMT +4)
Ərdoğan Türkiyənin yanğından zərər görən bölgələrini fəlakət zonası elan edib

31 İyul 2021, 12:54 (GMT +4)
İsrail Oman dənizindəki hücumun İran tərəfindən həyata keçirildiyini iddia edib

31 İyul 2021, 12:48 (GMT +4)
Siyəzəndə qaydaları pozan şadlıq sarayının rəhbərliyi məsuliyyətə cəlb olunub

31 İyul 2021, 12:45 (GMT +4)
“Qarabağ” dolu tribunalar önündə oynayacaq

31 İyul 2021, 12:38 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

31 İyul 2021, 12:28 (GMT +4)
XİN: “Ermənistan Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdiyini qəbul etmək istəmir”

31 İyul 2021, 12:18 (GMT +4)
İŞİD İraqda yas məclisinə hücum edib, azı dörd ölü var

31 İyul 2021, 12:17 (GMT +4)
İran Türkiyəyə saniyədə 4 ton su vuran İLLUSİON-76 təyyarəsi göndərir

31 İyul 2021, 12:12 (GMT +4)
"Chessable Masters": Şəhriyar Məmmədyarov ilk görüşlərinə çıxır

31 İyul 2021, 12:10 (GMT +4)
Azərbaycanda hərbi xidmətə növbəti çağırış başa çatıb

31 İyul 2021, 11:59 (GMT +4)
ABŞ Rusiyadakı diplomatik nümayəndəliklərində 182 əməkdaşı işdən azad edəcək

31 İyul 2021, 11:50 (GMT +4)
İran Səhiyyə Nazirliyi ölkənin 29 əyalətində koronavirusun “Delta” ştammının yayıldığını bildirib

31 İyul 2021, 11:49 (GMT +4)
Nazir: Şəhid ailələrinə sosial ödənişlərin təyinatı yekunlaşmaq üzrədir

31 İyul 2021, 11:42 (GMT +4)
Tokio-2020-də 20 idmançımız qalıb

31 İyul 2021, 11:37 (GMT +4)
Prezident Flora Kərimovanı “Şərəf” ordeni ilə təltif edib

31 İyul 2021, 11:27 (GMT +4)
Bezos dünyanın ən varlı adamı olmaq statusunu itirib

31 İyul 2021, 11:26 (GMT +4)
Baş Prokuror deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün Milli Məclisə təqdimat verib

31 İyul 2021, 11:16 (GMT +4)
Suriya-Livan sərhədində meşə yanğınları tam şəkidə söndürülüb (FOTO)

31 İyul 2021, 11:13 (GMT +4)
Cəlilabadda karantin qaydalarını pozan şadlıq evi 4000 manat cərimələnib

31 İyul 2021, 11:06 (GMT +4)
"Beşiktaş" "Sportinq"in futbolçusunu icarəyə götürüb

31 İyul 2021, 11:02 (GMT +4)
Türkiyədə 85 meşə yanğınından 74-ü söndürülüb

31 İyul 2021, 10:55 (GMT +4)
DİN: Azərbaycanda partiya sədrinin sürücüsü azyaşlı qızı döyüb

31 İyul 2021, 10:47 (GMT +4)
Taliban Əfqanıstanın şərqində ən böyük şəhər olan Hərata hücuma keçib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66